Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə11/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   7   8   9   10   11   12   13   14   ...   73

 
32 
etdikləri  şeylər  islah  etdiklərindən  daha  çoxdur  (çünki  əmirlərə 
qarşı çıxmağın zərərləri faydasından çoxdur). Qan tökmək, haramı 
halal  saymaq,  malları  qəsb  etmək  vardır.  Belə  ki,  Allah  Quranda 
buyurmuşdu:  “Əgər  möminlərdən  iki  dəstə  bir-biri  ilə  vuruşsa, 
onları  dərhal  barışdırın.  Əgər  onlardan  biri  təcavüzkarlıq  etsə, 
təcavüzkarlıq  edənlə  Allahın  əmrinə  (itaətinə)  qayıdana  qədər 
vuruşun.  (Təcavüzkarlıq  edən  Allahın  əmrinə)  qayıtsa,  hər  iki 
dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz 
ki, Allah insaflıları sevər!”. (əl-Hucurat 9).  
Əbu  Muti:  “Təcavüz  edən  zümrəyə  qarşı  qılınclamı  vuruşaq?” 
deyə soruşdum.  
Əbu  Hənifə:  Bəli,  ilk  növbədə  yaxşılığı  əmr  edib,  pislikdən 
çəkindirərsən.  Əgər  qəbul  edərlərsə  nə  gözəl,  əgər  qəbul 
etməzlərsə onlarla döyüşərik. Sən adil zümrə ilə bərabər ol!  İmam 
zalım  olsa  da  belə.  Çünki  Peyğəmbər  –  sallallahu  aleyhi  və səlləm  - 
buyurdu:  «Sizə  zalım  olanın  zülmü,  adil  olanın  ədaləti  zərər 
verməz. Sizin əcriniz sizə, onların günahı da özlərinə aiddir”
33
.  
Əbu  Muti:  Hökm  verən  Xəvariclər  barəsində  sözün  nədir?” 
deyə soruşdum.  
Əbu Hənifə: Onlar Xəvariclərin ən pisləridir” deyə cavab verdi. 
Onları təkfir edə bilərikmi?” deyə soruşdum. O: “Xeyr, lakin Əli və 
Ömər  İbn  AbdulƏziz  –  radıyallahu  anhu  -  kimi  xeyirli  imamların 
etdikləri  şəkildə  onlarla  hərb  edə  bilərik”  dedi.  Mən:  “Axı, 
Xəvariclər  təkbir  gətirir,  namaz  qılır,  Quran oxuyurlar.  Məgər  sən 
Əbu Umamənin hədisini xatırlamırsanmı? O, Şam məscidinə daxil 
olduqda  orada  Xəvariclərin  kəsilmiş  başları  ilə  qarşılaşdı.  Əbu 
Ğalib  əl-Humsiyə:  Ey  Əbu  Ğalib!  Bunlar  sənin  məmləkətinin 
insanlarıdır.  Onların  kim  olduqları  barəsində  sənə  xəbər  vermək 
istəyirəm.  Onlar  Cəhənnəm  əhlinin  köpəkləridir.  Onlar  səma 
altında  öldürülənlərin  ən  şərliləridir”  deyər  və  ağlayardı.  Əbu 
Ğalib: 
“Ey 
Əbu 
Umamə! 
Səni 
ağladan 
nədir? 
Onlar 
müsəlmandırlar, sən isə onlar haqqında belə sözlər deyirsən” dedi. 
                                                
33
 İbn Məcə “Fitən” 9.  


 
33 
Əbu  Umamə:  Onlar  Allahın  onlar  haqqında  buyurduğu:  “Bəzi 
üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə (qiyamət günündə), 
üzü qara olanlara: “İman gətirəndən sonra kafirmi oldunuz? İndi, 
kafir  olduğunuza  görə  dadın  əzabı!”  –  deyiləcəkdir”.  (Ali  İmran 
106)  kimsələrdir.  Bunun  üzərinə  Əbu  Ğalib:  “Bunlar  sənin  öz 
sözlərindir,  yoxsa  Peyğəmbərdən  –  sallallahu  aleyhi  və  səlləm  - 
eşitdiyin sözlərdir”. Əbu Umamə: “Əgər mən bunu Peyğəmbərdən 
–  sallallahu  aleyhi  və  səlləm  -  bir,  iki,  üç  və  yeddi  dəfə  eşitməmiş 
olsaydım  sizcə  xəbər  verərdimmi?”  dedi  və  Xəvariclərin  küfrü 
Allahın nemətlərinə qarşı küfr etmələridir – dedi
34
.  
Əbu Muti: Xəvariclər üsyan edir, hərb edir, hücüm edir sonar da 
sülh  bağlıyırlar.  Onlar  (sülhdən)  öncə  etdikləri  əməllərinə  görə 
mühakimə  olunurlarmı?  deyə  soruşdum.  Əbu  Hənifə:  “Hərb 
bitdikdən  sonra  onlar  üçün  bir  zarar  yoxdur.  Onlara  hədd  tətbiq 
olunmaz,  qan  tökdükləri  üçün  qisas  da  alınmaz”  dedi.  Mən:  “Nə 
üçün?”  dedim.  O:  “Osmanın  – radıyallahu anhu  - öldürülməsindən 
sonra insanlar arasnda ortaya çıxan fitnədən dolayı səhabələr: Təvil 
nəticəsində qana  bulaşanlara  qisas olunmayacaq,  təvil nəticəsində 
haram  yolla  qadınlara  təcavüz  edənlərə  hədd  cəzası  tətbiq 
olunmayacaq və təvil yolla bir mala sahib çıxan kimsə üçün də bir 
cəza  yoxdur,  yalnız  haqsız  yerə  kimdənsə  nə  isə  götürbsə  o 
müstəsnadır. Sahibinə geri qaytarılacaqdır” deyə ittifaq etmişlər.  
 
İmanında
35
 Şübhə Edən Kimsə Barəsində
36
 
                                                
34
 Tirmizi 3000, İmam Əhməd “Musnəd” 5/250, əl-Albani “Həsən Səhih”.  
35
 İmanda  İstisna  Etmək  «İnşəallah,  Mən  Möminəm»  Demək  -  Əhli  Sünnə  vəl  Cəmaat 
imanda istisna etmək – yəni «İnşəallah, mən möminəm» deməyin və özləri haqqında yəqin 
olaraq «Mən möminəm» deməyin əleyhinədir. Bu isə onların Allahdan qorxmaları və qədərə 
iman  etmələrinə  görədir.  Çünki  heç  kəs  yəqin  olaraq  deyə  bilməz  ki,  «mən  möminəm». 
Mütləq iman bütün itaətləri etməyi və bütün qadağaları tərk etməyi əhatə edir. İnsan bütün 
bunları etdikdə də yəqin olaraq bu kəlməni söyləməz. Əgər belə etsə onda özünü tərif etmiş, 
təmizə  çıxarmış  və  özünü  Allahdan  haqqıyla  qorxan,  yaxın  kimsələrdən  olduğunu  irəli 
sürmüş olur. Beləliklə də özünə yəqin olaraq mömin deyən kimsə özünün Cənnət əhlindən 
olduğunu  da  irəli  sürməlidir.  Bu  isə  mümkün  deyildir.  «Özünüzü  təmizə  çıxartmayın.  O, 
Allahdan  qorxub  pis  əməllərdən  çəkinənin  kim  olduğunu  daha  gözəl  bilir».  (ən-Nəcm  32). 


 
34 
                                                                                                           
İstisna  Etmək  –  «İnşəallah,  mən  möminəm»  demək  haqqında  üç  rəy  vardır.  Kimisi  bunun 
vacib  olduğunu,  kimisi  bunun  haram  olduğunu,  kimisi  də  bu  məsələdə  orta  yolu  tuturlar. 
Müxaliflərin qeyd etdiyinə görə iman tək bir şey olub əməl və sözdən ibarət deyildir. İman 
qəlbdəki  təsdiqdir.  Əgər  qəlb  təsdiq  edirsə  o,  özünün  mömin  olduğunda  da  heç  bir  şəkk-
şübhə  etməməlidir.  Onlara  görə  şahadət  kəlməsini  söylədiyimi  bildiyim  kimi,  mömin 
olduğumu  da  bilirəm.  Onların  «Mən  möminəm»  deməyi,  «Mən  müsəlmanam»  deməyi 
kimidir  və  bu  məsələdə  «İnşəallah,  mən  möminəm»  deyənlərə  də  Şəkkak  –  şübhəçi  adını 
verirlər.  İmam  Əbu  Hənifə  –  rahmətullahi  aleyhi  –  də  imanda  inşəallah,  mən  möminəm 
deməyin  haram  olduğu  fikrindədir.  O,  deyir:  «Mömin  yəni  inanan  kimsə  həqiqətən 
mömindir,  kafir  də  həqiqətən  kafirdir.  Küfrdə  şübhə  olmadığı  kimi  imanda  da  şübhə 
yoxdur». Allah buyurur: «Onlar həqiqi möminlərdir». (əl-Ənfal 4). «Bütün bunlar həqiqətən 
kafirdilər».  (ən-Nisa  151). Muhəmməd  - sallallahu aleyhi və səlləm –  in  ümmətinin  günahkar 
olan  kimsələrinin  hamısı  həqiqətən  mömin  olub,  kafir  deyillər».  əl-Vəsiyyə  s.87,  əl-Fikhul 
Əbsat  s. 41,43,52. İmam Əbu Hənifə – rahmətullahi aleyhi –, Harisi  və Haskəfinin rəvayətinə 
görə  belə  demişdir:  «Alqamə  ilə  birlikdə  Ata  İbn  Əbi  Rəbahın  yanında  idik».  Alqamə  ona: 
«Ey  Əbu  Muhəmməd!  Ölkəmizdə  imanlarını  özlərinə  nisbət  etməyə  və  mən  möminəm 
deməyi xoş qarşılamayan bir qrup vardır» dedi. Ata İbn Əbi Rəbah: «Onlara nə olur ki, bunu 
söyləmirlər?» deyə qarşılıqlı sual verdi. Alqamə sözünə davam edərək: «Deyirlər ki, mömin 
olduğumuzu  söylədikdə  özümüzü  Cənnət  əhlindən  olduğumuzu  da  qeyd  edirik».  Ata 
onlara: «Allah! Allah! Bu şeytanın hiylələrindən biridir. Şeytan onları Allahın onlara verdiyi 
ən  böyük  nemət  olan  İslamı  tərk  etməyə  və  bu  xüsuslarda  Peyğəmbər  - sallallahu aleyhi və 
səlləm – ə müxalif olmalarını vəsvəsə edir. Mən səhabələrin və eyni zamanda da Peyğəmbər 
sallallahu aleyhi və səlləm – in də bunu etdiyinin şahidi olmuşam». Xarizmi «Cəmiul Məsanid» 
1/182,  Aliyyul  Qari  “Şərhu  Musnədi  Əbu  Hənifə”  s.  378.  Digər  bir  qrup  isə  hər  bir  şeydə 
istisna  etməyə  başladılar  və  bu  məsələdə  həddi  aşmışlar.  Məs:  Onlar  etdikləri  bütün  saleh 
əməllərdə  də  istisna  etməyə  başladılar.  «İnşəallah  mən  namaz  qıldım,  inşəallah  oruc 
tutdum» və s. sözlər söyləməyə başladılar. Yenə onlardan bir çoxu hər şeydə istisna etməyə 
başladılar. «İnşəallah bu paltardır, inşəallah bu ayaqqabıdır» və s. Lakin ən gözəl mövqe isə 
Sələfin  mövqeyidir.  Allah  Qurani  Kərimdə  yəqin  olaraq  baş  verən  bəzi  işləri  Allahın 
diləməsinə bağlayaraq ifadə edildiyini açıq göstərən bir sıra ayələr vardır. Məs: «And olsun 
ki, Allah öz peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu təsdiq etdi. (Ey möminlər!) 
Siz, inşəallah əmin-amanlıq içində, (bəziniz) başınızı qırxdırmış, (bəziniz) saçınızı qısaltmış 
halda  və  (müşriklərdən)  qorxmadan  Məscidulhərama  daxil  olacaqsınız».  (əl-Fəth  27).  O, 
yürüyüb-qaçmaq  və  atasına  kömək  edə  bilmək  çağına  (on  üç  yaşında)  çatdıqda  (İbrahim) 
dedi: «Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən! 
O,  dedi: «Atacan! Sənə  nə əmr  olunursa,  onu da et. İnşəallah mənim səbrlilərdən olduğumu 
görəcəksən».  (əs-Saffat  102).  Və  heç  bir  şey  barəsində:  «Mən  onu  sabah  edəcəyəm!  demə. 
Ancaq:  «İnşəallah  edəcəyəm»  de.  (əl-Kəhf  23-24).  (Yəqub  və  ailəsi)  Yusifin  hüzuruna  daxil 
olduqda  o,  ata-anasını  bağrına  basıb:  «İnşəallah  əmin-amanlıqla  Misirə  daxil  olun»  dedi. 
(Yusif  99). Aişə  –  radıyallahu anhə –  rəvayət  etdi  ki,  Peyğəmbər  - sallallahu aleyhi və səlləm – 
gecənin  sonunda  Bəqi  qəbrsanlığına  girər  və  deyərdi:  «Ey  möminlər  topluluğunun  yurdu! 
Salam  üzərinizə  olsun.  Sizə  vəd  olunmuş  (ölüm)  gəlmişdir.  İnşəallah  biz  də  sizə 
qovuşacağıq. Allahım! Bəqi qəbrsanlığında yatanları bağışla!». Başqa rəvayətdə Peyğəmbər 
sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Ey  möminlərin  və  müsəlmanların  yatdığı  yurdun 
sakinləri! Salam üzərinizə olsun! İnşəallah biz də sizə qovuşacağıq!». Müslim, İmam Əhməd 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə