Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə8/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   4   5   6   7   8   9   10   11   ...   73

 
23 
Əbu  Hənifə:  “İman  –  Allahdan  başqa  ibadətə  layiq  haqq  ilah 
olmadığına,  Onun  tək  olub  şəriki  olmadığına,  mələklərinə, 
kitablarına,  Peyğəmbərlərinə,  Cənnətə,  Cəhənnəmə,  Qiyamətə, 
Qədərin  Xeyir  və  Şərinə,  heç  kimsəyə  öz  əməlini  yaratmaq 
gücünün  verilmədiyinə,  Əməllərin  bütünlüklə  insanın  istəyi 
altında  olmadığına,  insanlar  onlar  üçün  yaradılmış  sonluğa  və 
onlar  üçün  nə  təqdir  olunmuşsa  ona  doğru  hərəkət  etmələrinə 
şəhadət etməyindir“ dedi.  
Əbu  Muti:  Əgər  bunun  hamısını  qəbul  edib,  lakin  hər  bir  şey 
mənim  öz  istəyimlədir:  “İstəyən  iman  etsin,  istəyən  kafir  olsun” 
ayəsinə  görə:  İstəsəm  iman  edərəm,  istəsəm  iman  etmərəm” 
deyərsə nə olar? Deyə soruşdum.  
Əbu Hənifə: “O, kimsə iddiasında yalançıdır. Allahın: “Xeyr, bu 
(Quran) bir öyüd-nəsihətdir! İstəyənlər ondan öyüd alar. Bununla 
belə,  Allah  istəməsə,  onlar  əsla  öyüd  ala  bilməzlər.  Qorxub 
çəkinməyə  də,  bağışlamağa  da  layiq  olan  ancaq  Odur!”.  (əl-
Mudəssir 54-56), “(Ey insanlar! Onu da bilin ki) Allah istəməsə, siz 
(bunu)  istəyə  bilməzsiniz.  (Ancaq  Allah  istəsə,  istəyə  bilərsiniz). 
Həqiqətən,  Allah  (hər  şeyi)  biləndir,  hikmət  sahibidir!”.  (əl-İnsan 
30)  ayətlərini  görmürsənmi?  O,  ki  qaldı:  “Və  de:  “Haqq 
Rəbbinizdəndir.  Kim  istəyir  inansın,  kim  də  istəyir  inanmasın 
(kafir olsun)".  (əl-Kəhf  29)  ayəsi  Vaid  (Təhdid,  hədə)  üçündür.  O, 
kimsə  bu  sözü  ilə  ayəni  inkar  etmədiyi  üçün  kafir  olmaz.  Ayənin 
nazil  olmasını  rədd  etməmiş,  fəqət  Təvilində  (təfsirində)  xəta 
etmişdir.  
Əbu  Muti:  Əgər  bir  kimsə  başına  gələn  müsibətdən  dolayı  bu 
sənə  Allahdan  olan  bir  imtahandır,  yoxsa  əməllərinə  görə 
olmuşdur”  deyə  soruşarsa.  Bu  Allahdan  mənə  olan  bir  imtahan 
deyildir – deyərsə kafir olurmu?  
Əbu Hənifə: Xeyr – dedi. Əbu Muti: “Nə üçün?” deyə soruşdu. 
Əbu  Hənifə:  “Çünki  Allah:  “(Ey  insan!)  Sənə  yetişən  hər  bir 
yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir...”. 
(ən-Nisa 79) buyurur. Yəni, pislik günahın səbəbilədir, mən də onu 


 
24 
günahın  səbəbilə  sənə  təqdir  etdim  deməkdir.  Necə  ki,  Allah 
buyurur: “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız 
günahların  (etdiyiniz  əməllərin)  ucbatındandır!  (Bütün  bunlara 
baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər”. (əş-Şura 30). 
Yəni,  günahlarınızın  səbəbilədir.  Necə  ki:  “Əgər  Allah  istəsəydi, 
sizi  (eynilə  dində  olan)  tək  bir  ümmət  edərdi.  (Allah)  dilədiyini 
zəlalətə  salar,  dilədiyini  isə  doğru  yola  yönəldər.  Sözsüz  ki, 
etdiyiniz  əməllərə  görə  sorğu-sual  olunacaqsınız”.  (ən-Nəhl  93). 
Lakin o, kimsə təvildə xəta etmişdir. “Bilin ki, Allah insanla onun 
qəlbi  arasındadır...”.  (əl-Ənfal  24).  Yəni,  möminlə  küfr  arasına, 
kafirlə iman arasına girər deməkdir (Yəni, onun istəyinə çatmasına 
mane ola bilər).  
 
İstitaa (Bacarıq, Qüdrət) Haqqında Söz 
 
Əbu  Hənifə:  “İstitaa  (bacarıq,  güc)  –  insanın  onun  səbəbilə 
günahları  etməsidir.  Həmçinin  qulun  xeyirli  işləri  etməsi  üçündə 
səbəbdir.  Qul, Allahın onda xəlq  etdiyi  İstitaaya görə  cavabdehlik 
daşıyır.  Hansıki  ondan  pis  işlərə  deyil,  xeyirli  işlərə  sətf  etməsini 
əmr etmişdi.  
Əbu Muti: “Əgər o: “Allah qullarını günah etməyə məcbur edir, 
daha  sonra  onları  günaha  görə  cəzalandırır  -  deyərsə  necə  cavab 
verilir” deyə soruşdum.  
Əbu Hənifə: O, kimsədən: Qul özü üçün fayda və zərər vermyə 
qadir  ola  bilərmi?  Deyə  soruş.  Əgər  xeyr,  çünki  onlar  itaət  və 
asiliklərdən başqa özləri üçün fayda və zərər (onun istəyi olmadan 
baş  verir)  mövzusunda  məcburdular”  deyərsə,  ona:  Allah  şəri 
yaratdımı?” deyə soruş. O buna: “Bəli” deyərsə öz iddiasından vaz 
keçmiş  olar.  Əgər:  Xeyr”  deyərsə,  bu  zaman  de:  “De:  "Sığınıram 
sübhün Rəbbinə! Yaratdıqlarının şərindən...”. (əl-Fələq 1-2) ayəsinə 
görə  kafir  olur.  Çünki  bu  ayə  Allahın  şəri  yaratdığından  xəbər 
verir.  


 
25 
Əbu Muti: Əgər o: Siz, Allah küfrü və imanı dilədi (küfr və iman 
Allahın diləməsi ilədir) demirsinizmi?” deyərsə və ona: Bəli, desək. 
O,  Yenə  də:  Allah:  “Mütləq  qüdrətindən  qorxub  çəkinməyə  layiq 
olan  da,  bağışlamağa  qadir  olan  da  Odur!”.  (əl-Mudəssir  56) 
buyurmurmu? Deyə soruşarsa və ona: Bəli, desək. O, da: Bu zaman 
Allah  küfrə  layiqdirmi?  (ona  qarşı  bu  qədər  küfrlər  edilir)” 
deyərsə, biz o kimsəyə qarşı nə cavab verə bilərik? Deyə soruşdum.  
Əbu  Hənifə:  “O  itaət  etmələrini  dilədiyi  kimsələrin  itaətinə 
layiqdir,  asilik  etmələrini  dilədiyi  kimsələrin  asiliklərinə  isə  layiq 
deyildir”.  Əgər  o:  Allah  özünə  qarşı  yalan  (şirk  və  küfr) 
söylənilməsini diləmədi” deyərsə, ondan soruş: “Allaha qarşı iftira 
(şirk,  küfr) insan  kəlamıdır,  yoxsa  yox?  Əgər o: Bəli,  deyərsə ona: 
“Adəmə  bütün  şeylərin  adlarını  öyrədən  kimdir?”  deyə  soruş. 
Əgər  o:  “Allah”  deyərsə  ona:  Küfr  -  kəlamdır,  yoxsa  yox?”  deyə 
soruş.  Əgər  o:  “Bəli,  deyərsə  ona:  Kafiri  kim  danışdırdı?  (Ona 
danışmaq imkanını, qüdrətini verən kimdir?)” Deyə soruş. Əgər o: 
“Allah”  deyə  cavab  versə  öz  fikrinə  qarşı  çıxmış  olar.  Çünki  Şirk 
kəlam  növündəndir.  Əgər  Allah  diləsəydi  onlara  şirk  sözünü 
danışdırmazdı.  Əbu  Muti:  Əgər  o:  Bir  kimsə  istəsə  edər,  istəsə 
etməz, istəsə yeyər, istəsə yeməz, istəsə içər, istəsə içməz” deyərsə, 
ondan:  Allah  İsrail  övladları  üçün  dənizi  keçmələrini,  Fironun 
boğulmasını  təqdir  etmədimi?  Deyə  soruş.  Əgər  o:  “Bəli,  deyərsə 
ondan:  Ola  bilərdimiki  Firon  dəstəsilə  birlikdə  Musanın  
əleyhissəlam - ardıyca getməsin, özü və dəstəsi suda boğularaq tələf 
olmasınlar?”  deyə  soruş.  Əgər:  Bəli,  deyərsə  kafir  olar,  Xeyr  – 
deyərsə  əvvəlki  sözünə  cavab  vermiş  olar.  Bizə  Əli  İbn  Əhməd, 
Nusayr İbn Yəhyədən, o da Əbu Mutunin belə dediyini nəql etdi. 
Əbu  Hənifə  deyir  ki,  bizə  Həmməd,  o  da  İbrahimdən,  o  da  Əbu 
AbdurRahmən  Abdullah  İbn  Məsud  -  radiyallahu  anhu  –  rəvayət 
edir  ki,  doğru  sözlü  və  doğruluğu  təsdiq  olunan  Peyğəmbər  – 
sallallahu  aleyhi  və  səlləm  -  bizə  buyurdu:  «Sizdən  hər  birinizin 
yaradılışı  anasının  bətnində  qırx  gün  nütfə
28
 şəklində  olaraq  bir 
                                                
28
 Nütfə – məni mənasındadır. Nütfə bəzən də saf su adlanır. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə