Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə16/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   12   13   14   15   16   17   18   19   ...   73

 
46 
Əgər  möminsənsə  salavat  gətir,  əgər  mömin  deyilsənsə  salavat 
gətirmə”  deyilir.  Allah:  “Ey  iman  gətirənlər!  Cümə  günü  namaza 
çağırılanda  Allahı  yad  etməyə  tələsin  və  ticarəti  dayandırın. 
Bilsəniz,  bu  sizin  üçün  nə  qədər  xeyirlidir!”.  (Cumə  9).  Muaz  – 
radıyallahu anhu - dedi: “Bir kimsənin Allah haqqında şübhə etməsi 
onun  bütün  yaxşılıqlarını  puç  edər.  Allaha  iman  etdiyi  halda 
günah  edən  kimsənin  əff  edilməsi  umulur,  əzab  görməsindən  də 
qorxulur”. Ondan: “Şübhə yaxşılıqları sildiyi kimi, iman etmək də 
pislikləri  daha  çox silər”  dedi. Muaz:  “Vallahi,  bu  kimsədən  daha 
çox  heyrət  ediləcək  bir  kimsə  görmədim”  dedi.  Ondan  “Sən 
müsəlmansan?”  deyə  soruşdu.  O:  “Bilmirəm”  dedi.  O,  kimsəyə: 
“Bilmirəm – sözün haqqamı, yoxsa yalanamı aiddir” deyə soruşdu. 
O: “Haqqa” deyərsə, ondan: “Dünyada doğru olan bir şey Axirətdə 
doğru  deyilmi?”.  Əgər  o:  “Bəli”  deyərsə.  Ondan:  “Qəbr  əzabına, 
sorğu-suala,  Xeyir  və  şərin  Allahdan  olmasına  iman  edirsənmi?” 
deyə soruş. Əgər o: “Bəli” deyərsə, ondan: “Sən möminsən?” deyə 
soruş.  O  yenə  də:  “Bilmirəm”  deyərsə,  o  zaman:  “Bilmədin, 
anlamadın, qurtulmadın” de.  
Əbu  Muti:  Əgər  bir  kimsə:  “Cənnət  və  Cəhənnəm  yaradılmış 
deyildir” deyərsə? deyə soruşdum.  
Əbu  Hənifə:  “Onlar  şeydir,  yoxsa  şey  deyildir”  deyə  soruş. 
Çünki  Allah  Quranda:  “Allah  hər  şeyin  xaliqidir.  O,  hər  şeyə 
vəkildir!”.  (əz-Zumər  62).  “Şübhəsiz  ki,  Biz  hər  şeyi  müəyyən 
ölçüdə (lazım olduğu qədər) yaratdıq”. (əl-Qəmər 49). “Onlar (ölən 
gündən  qiyamətə  qədər  qəbir  evində)  səhər-axşam  (gündə  iki  dəfə) 
odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): “Firon 
əhlini ən şiddətli əzaba salın!”. (əl-Mumin 46). Buyurur. Mən: Əgər 
o:  “Cənnət  və  Cəhənnəm  Fanidi  (bir  gün  yox  olacaqlar)”  deyə 
soruşarsa”.  Əbu  Hənifə:  “Allah  Quranda  Cənnət  nemətlərini: 
“Tükənməz və  qadağan  edilməyən  meyvələr  içində”.  (əl-Vaqiə  33). 
Olaraq  vəsf  etmişdir.  Cənnət  və  Cəhənnəmliklər  öz  yerlərinə 
girdikdən sonra  Cənnət  və Cəhənnəm  yox olacaqdır  deyən  kimsə 
orada əbədi qalmağı inkar etdiyi üçün kafir olur”.  


 
47 
Allahın İsim Və Sifətləri 
 
Əbu Hənifə: “Allah məxluqatının sifətləri ilə vəsf edilməz. Onun 
qəzəbi  və  rızası  keyfiyyəti  bilinməyən  sifətlərindəndir.  Bu  Əhli 
Sünnə  vəl Cəmaatın görüşüdür.  O,  (Allah)  qəzəb  də  edər  və  Razı 
da olur. Onun qəzəbi cəzalandırması, rizası da mükafatlandırması 
kimi  deyilməz.  Biz  Onu  özünü  vəsf  etdiyi  kimi  vəsf  edərik.  O, 
birdir. Heç bir şeyə möhtac deyildir, doğmamış və doğulmamışdır, 
heç  bir  tayı,  bərabəri  (şəriki)  də  yoxdur.  Həyy,  Qayyum,  Qadir, 
Səmiun,  Bəsir,  Alim.  Onun  əli  onların  əlləri  üzərindədir.  Lakin 
qulların  əlləri  kimi  bir  üzv  deyildir.  O,  əllərin yaradıcısıdır.  Onun 
üzü  yaratdıqlarının  üzü  kimi  deyildir.  O,  bütün  üzlərin 
yaradıcısıdır. Onun nəfsi yaratdıqlarının nəfsi kimi deyildir. Bütün 
nəfslərin  yaradıcısı  Odur.  “…Onun  heç  bir  bənzəri  yoxdur.  O, 
Eşidəndir, Görəndir”. (əş-Şura 11).  
Əbu Muti: “Əgər Allah haradadır?” deyə soruşularsa.  
Əbu  Hənifə:  “Maxluqatdan  heç  kim,  (heç  nə)  yoxkən,  məkan 
yoxkən,  “Harada”  məfhumu  yoxkən  Allah  vardı.  O,  hər  şeyin 
yaradıcısıdır”  deyə  cavab  ver
43
.  Əgər:  “Diləyən,  diləmiş  olduğu 
şeyi nə ilə dilədi?” deyilərsə. Ona: “Sifətlə” de. O, qüdrətilə Qadir, 
elmi  ilə  Alim,  mülkü  ilə  Malikdir.  Əgər:  “Məşiətləmi  dilədi, 
məşiətlə təqdir edilib, elmləmi dilədi?” deyə soruşarsa. Ona: “Bəli” 
deyə  cavab  ver.  İmamın  sözləri  deyil.  Çünki  Sələflər  belə 
etməzdilər.  
                                                
43
 Bu  sözlərdən  görünür  ki,  bu  cavab  İmam  Əbu  Hənifənin  – rahmətullahi aleyhi - cavabı  və 
sözləri deyil. Əbu Mutinin öz sözləridir. Çünki bu kitabda bir az öncəki fəsildə İmam: “Mən 
bilmirəm Allah yerdədir. Yoxsa  göydədir”  deyən  kimsənin kafir  olduğunu  söyləmişdir.  Və 
Orada  Peyğəmbər  – sallallahu aleyhi və səlləm - cariyəyə:  Allah  haradadır?  Hədisini  də  dəlil 
olaraq  gətirir  ki,  Cariyənin  cavabı  onun  möminə  olmasına  dəlil  idi.  Hətta  biz  bu  sözləri 
İmama  nisbət  etsəkdə  belə  burada  Allah  hər  yerdədir  deyənlər,  Allah  barəsində  Allah 
haradadır? Soruşmaq olmaz deyənlər üçün heç bir dəlil yoxdur. Ümumiyyətlə Məkan – sözü 
Sələflərdən  heç  kəs  işlətməyib.  Allah  haradadır?  Soruşulduqda,  cavab  olaraq:  Səmadadır  – 
deyərdilər.  .  Əgər  siz  Məkan  deməklə  Allahın  məxluqatı  ilə  bərabər  olmadığını  qəsd 
edirsinizsə  biz  də  onu  deyirik  ki,  Allah  münəzzəhdir.  Yox,  əgər  məkan  deməklə  Allahın 
harada olduğunu inkar edirsinizsə biz deyirik: Allah Səmadadır.  


 
48 
 
FİQHUL ƏKBƏR 
 
Rahmən Və Rəhim Olan Allahın Adıyla 
Bu  kitab  İmamın  oğlu  Həmməd  İbn  Əbu  Hənifə  ən-Numan 
tərəfindən rəvayət edilmişdir. İbni Hilkən onun haqqında deyir ki: 
“Atasının  yolunu  tutar,  saleh  və  xeyirxah  bir  kimsə  idi”.  Bəzi 
Mühəddislər  isə  onu  zəif  ravi  saymışlar.  Bu  kitabda  İmamın  elə 
görüşləri  zikr  edilmişdir  ki,  görünür  ki,  bu  sonradan  kitaba  əlavə 
edilmişdir.  Nəyə  əsasən  biz  bunu  deyirik:  Çünki  İmam  Təhavi öz 
kitabında “Təhavi Əqidəsi” imamın əqidəsini zikr etmişdir. Orada 
olan sözlər bu kitabda olana uyğun deyildir.  
 
Tövhidin  əsli  bir  kimsənin  mən:  Allaha,  mələklərə,  Kitablara, 
Peyğəbərlərinə,  öldükdən  sonra  dirilməyə,  Xeyir  və  şərin 
Qədərdən  olmanasına,  hesaba,  mizana,  Cənnət  və  Cəhənnəmə  - 
iman  etdim  deməsidir.  Bunların  hamısı  haqdır.  Allah  birdir 
(təkdir),  say  etibarıyla  deyil,  ortağı  və  şəriki  olmaması  etibarıyla 
birdir.  O,  birdir.  Heç  bir  şeyə  möhtac  deyildir,  doğmamış  və 
doğulmamışdır,  heç  bir  tayı,  bərabəri  (şəriki)  də  yoxdur.  O, 
yaratdıqlarından heç birinə bənzəməz, yaratdıqlarından da heç bir 
şey  Ona  bənzəməz.  O,  İsimləri,  Zatı  və  Feli  sifətlərilə  hər  zaman 
var  olmuş  və olacaqdır.  Allahın  zatı  sifətləri:  Həyat,  Qudrət,  Elm, 
Səmi, Bəsir və İradə sifətləridir. Feli sifətlər isə: Təhliq (Yaratmaq), 
Tərziq (Ruzi vermək), İnşa (Yaratmaq), İbda (Bənzərsiz yaratmaq), 
Suna  (Qüsursuz  Yaratmaq)  və  s.  Feli  sifətləri.  Allah  İsim  və 
Sifətlərilə  hər  zaman  var  olmuş  və  var  olacaqdır.  Onun  İsim  və 
Sifətlərindən  heç  biri  sonradan  var  olmuş  deyildir.  Allah  elmilə 
daima  Alimdir,  Elm  Onun  əzəli  sifətidir,  O  qüdrətilə  daima 
Qadirdi,  Qudrət  Onun  əzəli  sifətidir,  Kəlam  ilə  (Mutəkəllim) 
danışandır,  Kəlam  Onun  əzəli  sifətidir,  Yaratması  ilə  daima 
Xaliqdir,  Yaratmaq  Onun  əzəli  sifətidir,  Feli  ilə  daima  faildir,  Feli 
Onun  əzəli  sifətidir.  Fail  Allahdır,  feli  isə  Onun  əzəldə  sifətidir. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə