Fikhu'l ebsat


bəndələri  barəsində  öncə  olub-keçmiş  (tətbiq  edilmiş)  adətinə



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə14/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   10   11   12   13   14   15   16   17   ...   73

 
40 
bəndələri  barəsində  öncə  olub-keçmiş  (tətbiq  edilmiş)  adətinə 
(qayda-qanununa)  müvafiq  olaraq  heç  bir  fayda  vermədi.  (Əzab 
gəlməmişdən  əvvəl  iman  gətirmək  lazımdır,  əzabı  gördükdə 
gətirilən  imanın  heç  bir  faydası  olmaz).  Kafirlər  elə  oradaca 
ziyana  uğradılar  (məhv  oldular)”.  (əl-Mumin  84-85).  Əbu  Hənifə: 
“Kim haqsız yerə bir cana qəsd edərsə, oğurluq edərsə, quldurluq 
edərsə, fasiqlik edər və ya günah işlərsə, zina edərsə, içki içərsə bu 
kimsə  günahkar  mömindir,  kafir  deyildir.  Bu  halda  onlar 
etdiklərindən  dolayı  Cəhənnəmdə  əzaba  məruz  qalırlar,  lakin 
imanları  səbəbilə  Cəhənnəmdən  çıxarılırlar.  İman  edilməsi  lazım 
olan  hər  bir  şeyə  iman  edən,  lakin  İsa  və  Musa  -  əleyhimussəlam  - 
peyğəmbərdimi,  peyğəmbər  deyilmi?  deyən  kimsə  kafir  olur. 
Həmçinin  kafir  Cənnətəmi,  yoxsa  Cəhənnəməmi  gedər  bilmirəm 
deyən kimsə də: “Kafir olanları cəhənnəm odu gözləyir. Orada nə 
onların  ölümünə  hökm  olunar  ki,  ölüb  canlarını  qurtarsın,  nə  də 
əzabları yüngülləşər.  Biz hər  bir kafiri belə  cəzalandırırıq”.  (Fatir 
36).  “İman  gətirib  yaxşı  əməllər  edən  kimsələri  isə  (ağacları) 
altından  çaylar  axan  cənnətlər  gözləyir.  Bu,  böyük  qurtuluşdur 
(uğurdur)!”.  (əl-Buruc  11).  “...Şübhəsiz  ki,  Allahın  ayələrini  inkar 
edənlər  üçün  şiddətli  bir  əzab  vardır...”.  (Ali  İmran  4).  Ayələrinə 
görə  kafir  olur.  Əbu  Hənifə:  “Səid  İbn  Museyyibdən  mənə 
çatdığına görə kafirləri haqq etdikləri Cəhənnəmə aid etməyən özü 
də onlar  kimidir”.  Əbu  Muti:  “İman  edən, fəqət namaz  qılmayan, 
oruc  tutmayan,  bu  əməllərin  heç  birini  etməyən  kimsəni  iman 
qurtarırmı?”  deyə  soruşdum.  Əbu  Hənifə:  “Onun  işi  Allahın 
diləməsinə  bağlıdır.  Dilərsə  əzab  edər,  dilərsə  rəhm  edər.  Allahın 
kitabından hər hansı bir şeyi inkar etməyən kimsə mömindir. Mənə 
elm  əhlindən  birinin  xəbər  verdiyinə  görə  Muaz  İbn  Cəbəl  – 
radıyallahu  anhu  -  Hums  şəhərinə  gəldiyi  zaman  insanlar  onun 
ətrafında toplandılar. Bir gənc ona: “Namaz qılan, oruc tutan, Beyti 
həcc edən, Allah yolunda cihad edən, kölə azad edən, zəkatı verən 
və  lakin  Allah  və  Rəsulundan  şübhə  edən  kimsə  barəində  sözün 
nədir?” deyə soruşdu. Muaz: “Onun üçün atəş vardır” dedi. Gənc: 


 
41 
“Namaz  qılmayan,  oruc  tutmayan,  Beyti  Həcc  etməyən,  zəkatını 
verməyən  lakin  Allah  və  Rəsuluna  inanan  kimsə  necə?”  dedi. 
Muaz:  “Onun  üçün  Allahdan  əff  edildiyini  ümüd  edər,  əzaba 
uğramasından  da  qorxarıq”  dedi.  Bunun  üzərinə  gənc:  “Ey 
AbdurRahmanın  atası!  Şübhə  ilə  yanaşı  əməl  fayda  vermədiyi 
kimi, iman ilə bərabər hər hansı bir (günah) da zərər verməz” dedi 
və getdi
39
. Muaz: “Bu bölgədə bu gəncdən biliklisi yox” dedi
40
.  
 
Cəmaata Qarşı Çıxan Dəstə 
 
Əbu  Hənifə:  “Həddi  aşan  tayfa  ilə  küfrlərindən  dolayı  deyil, 
həddi aşdıqları üçün döyüşün. Sultan zalım olsa da belə adil zümrə 
ilə  bərabər  ol!  Lakin  həddi  aşanlarla  bərabər  olma.  Cəmaat 
əhlindən fasiq və zalımlar olsa da belə onların içində sənə yardımçı 
olacaq saleh insanlar da vardır. Əgər cəmaatı təşkil edənlərin çoxu 
zalım  və  həddi  aşanlar  olarlarsa  onlardan  ayrıl.  Çünki  Allah: 
“Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində 
qalıb  hicrət  etməyənlərin)  canlarını  alarkən  (onlara)  deyəcəklər: 
“Siz (hicrət zamanı) nə işdə idiniz?” Onlar söyləyəcəklər: “Biz yer 
üzərində  zəif  (aciz)  kəslər  idik.”  (Mələklər  də  onlara:  )  “Allahın 
torpağı  geniş  deyildimi  ki,  siz  də  hicrət  edəydiniz?”  –  deyəcəklər. 
Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!”. (ən-
Nisa  97).  “Ey  mömin  qullarım!  Şübhəsiz  ki,  Mənim  bu  yerim 
genişdir.  Elə  isə  yalnız  Mənə  ibadət  edin”.  (əl-Ənkəbut  56) 
buyurur.  Əbu  Hənifə:  “Bizə  Həmməd, o  da İbrahimdən, o da  İbn 
Məsud  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 
                                                
39
 Bu  həddi  aşan  Murciyə  əqidəsində  olanların  etiqadıdır.  Murciyə  əqidəsinə  görə  İman  – 
qəlb ilə təsdiq,  dil ilə  söyləməkdir. Əməllər  imandan  deyildir. Yəni insanın  əməl etməməsi 
onun  imanına  təsir  etməz.  İmanın  əslində  onlar  mələklərin  imanı  kimidir.  Nə  Muaz  İbn 
Cəbəl,  nə  də  Əbu  Hənifə  bu  sözləri  deyə  bilməz.  Onlar  bu  şeylərdən  uzaqdırlar.  Çünki 
bundan  öncəki  başlıqda  İmam  özü  dedi  ki:  Əbu  Hənifə:  “Mömin  imanı  səbəbilə  Cənnətə 
girən,  etdiyi  günahına  görə  Cəhənnəmdə  əzab  da  görə  bilər”  dedi.  Ola  bilməz  ki,  burada 
onun əksi deyilsin. Çünki Əbu Muti özü Murciyə əqidəsində idi.  
40
 Zəif.  


 
42 
aleyhi və səlləm - buyurdu: “Əgər bir yerdə günahlar zühr edib onu 
dəyişdirməyə  gücün  çatmazsa  oradan  başqa  yerə  get  və  Rəbbinə 
ibadət  et!”.  Mənə  elm  əhlindən  birinin  Peyğəmbərin  –  sallallahu 
aleyhi  və  səlləm  -  səhabələrindən  birinin  verdiyi  xəbərə  görə 
Peyğəmbər:  “Fitnədən  qorxaraq  o  yeri  tərk  edib  fitnə  olmayan 
əmin bir yerə gedən kimsə üçün Allah yetmiş siddiq əcri yazar”.  
 
Allahın Ucalığının İsbatı 
 
Əbu  Hənifə:  “Bilmirəm  Rəbbim  səmadadır,  yoxsa  yerdədir?” 
deyən  kimsə  kafir  olur.  Həmçinin  Allah  Ərşin  üzərindədir,  lakin 
bilmirəm  Ərş  səmadadır,  yoxsa  Əbu  Hənifə  – rahmətullahi aleyhi  - 
dən:  “Mən  Rəbbimin  səmada,  yoxsa  yerdə  olduğunu  bilmirəm 
deyən  kimsə  kafir  olur.  Allah  Ərşin  üzərindədir  dediyi  halda, 
bilmirəm  Ərş  səmadadır,  yoxsa  yerdədir”  desə?  Yenə  o,  kimsə 
kafirdir.  Allaha  dua  edərkən  yuxarıya  yönəlinir,  aşağıya  deyil. 
Çünki  aşağını  Uluhiyyət  və  Rububiyyət  ilə  heç  bir  əlaqəsi  yoxur. 
Necə  ki,  hədisdə  rəvayət  edildiyi  kimi:  “Bir  adam  Peyğəmbərin 
yanına qara  dərili  bir cariyə  gətirir  və  mənim üzərimə  mömin  bir 
kölə  azad  etmək  vacib  olmuşdu.  Mən  onu  azad  edə  bilərəmmi? 
Allah  Rəsulu  –  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Cariyəni 
yanıma  çağır».  Cariyə  gəldikdə,  Rəsulullah  –  sallallahu  aleyhi  və 
səlləm - buyurdu: «Sən möminəsən?» O, da bəli dedikdə Rəsulullah 
–  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Əynəallah  –  Allah 
haradadır?». Cariyə əli ilə səmaya doğru işarə etdi. Peyəmbər: “Bu 
cariyə möminədir, onu azad et” deyə buyurdu
41
.  
                                                
41
 Müslimdə  hədis  bu  ləfzlə  keçir:  Müaviyə  İbn  əl-Həkəm  əs-Sələmi  –  radıyallahu  anhu  – 
rəvayət  edir  ki,  bir  cariyəm  var  idi.  Çöldə  qoyun  otarırdı.  Bir  gün  canavar  qoyunlardan 
birini yediyinə  görə  çox qəzəbləndim. Hətta  cariyəyə  sillə  də  vurdum. Peşmançılıq  çəkdim 
və  hadisəni  Rəsulullah  –  sallallahu  aleyhi  və  səlləm  -  ə  danışdım.  Allah  Rəsulu  buyurdu: 
«Cariyəni  yanıma  çağır».  Cariyə  gəldikdə,  Rəsulullah  – sallallahu aleyhi və səlləm -  buyurdu: 
«Sən  möminəsən?»  O,  da  bəli  dedikdə  Rəsulullah  –  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu: 
«Əynəallah  –  Allah  haradadır?».  Səma  üzərində.  Bəs  mən  kiməm?  Cariyə:  «Sən  Allahın 
Rəsulu». Müslim 537. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə