Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə22/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   18   19   20   21   22   23   24   25   ...   73

 
64 
oğlum!  Yanında  kimlər  var?”  deyə  soruşdu.  Mən:  “Filan,  filan  və 
filan  deyərək  yanımda  olanların  adlarını  dedim”.  Nə  barədə 
danışırsınız.  Filan  məsələ  barəsində  danışırıq  –  dedim.  O:  “Ey 
Həmmad! Kəlamı burax” dedi. Mən: “Mən atamın işləri bir-birinə 
qarışdırdığını  görmədiyim  kimi  (yəni:  öz  sözlərinə  müxalif 
olduğunu),  bir  işi  əmr  edib  sonra  da  o  işi  qadağan  etdiyini  də 
görməmişdim”.  Mən:  “Ata,  sən  bundan  öncə  mənə  kəlam  ilə 
məşğul olmağı əmr etmirdinmi?”. O: “Bəli, lakin bu gün mən sənə 
kəlam  ilə  məşğul  olmağı  qadağan  edirəm”.  Mən:  “Nə  üçün?” 
dedim.  O:  “Övladım  kəlam  məsələləri  barəsində  ixtilafa 
düşdüyünü gördüyün bu kimsələr bir görüş ətrafında birləşmiş və 
tək  bir  din  üzərə  idilər.  Nəhayət  şeytan  onları  bir-birilərindən 
uzaqlaşdırdı,  aralarına  düşmənçiliyi  və  ayrılığı  saldı,  onlar  da 
sonunda ayrılığa düşdülər”
68
.  
 
İmam Əbu Hənifə - rahmətullahi aleyhi - deyir ki: “Mən müşahidə 
etdim ki, kəlam əhlinin ardıcılları sərtləşmiş və kobudurlar. Quran 
və Sünnədən uzaqlaşmalarına iki barmaq arası baxardılar və buna 
görə də əxlaq və təqvadan məhrum oldular”
69
.  
 
Təqlid Barəsində Sözləri 
 
İmam  Əbu  Hənifə  – rahmətullahi aleyhi  – deyir  ki:  «Hədis  səhih 
olduğu zaman mənim görüşüm odur»
70
.  
 
Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Haradan aldığımızı 
bilmədikcə heç kimsəyə bizim görüşümüz ilə əməl etmək olmaz»
71
.  
 
                                                
68
 əl-Məkki “Mənakibu Əbu Hənifə” s. 373.  
69
 İmam Zəhəbi “Siyer” 6/399.
 
 
70
 İbn Abbidin «Haşiyə» 1/63, «Rəsmul Muftu, Məcmuatur Rəsail» 1/4. 
71
 İbn Abdil Bərr «İntiqa fi Fəzailil Səlasətil Əimmətil Fuqaha» səh. 145, İbn Qeyyim «İlamul 
Muvakkin» 2/309, İbn Abidin «Haşiyə» 6/293, Rəsmul Muftu s. 29-32, Şarani «Mizən» 1/55.  


 
65 
Əbu  Hənifə  –  rahmətullahi  aleyhi  –deyir  ki:  «Dayandığım  dəlili 
bilmədikcə  mənim  görüşüm  ilə  fətva  vermək  haramdır.  Biz  bir 
insanıq. Bu gün bir söz deyirik, sabah isə ondan əl çəkirik».  
 
Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Ey Yaqub! Məndən 
hər  eşitdiyini  yazma.  Çünki  mən  bu  gün  bir  görüşü  mənimsəyib, 
səhəri  isə  onu  tərk  edə  bilərəm.  Sabah  bir  görüş  sahibi  oluram,  o 
biri gün isə onu da tərk edə bilərəm»
72
.  
 
Əbu  Hənifə  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Allahın  Kitabı  və 
Rəsulunun  Sünnəsinə  tərs  olan  bir  söz  söylədiyim  zaman  mənim 
görüşümü tərk edin»
73
.  
 
Abu Amr AbdurRahman İbn Amr Əl-Əvzai 
rahmətullahi aleyhi  
 
İmam  Nəvəvi  “Təhzib”  AbdurRahman  İbn  Mehdidən  rəvayət 
edir ki: “Hədisdə İmam kişilər dörddür: “Əvzai, Məlik, Sufyan əs-
Sovri  və  Həmməd  İbn  Zeyd”.  H.  88-də  düyaya  gəlmiş,  H.  157-də 
dünyasını dəyişmişdir
74
.  
Lələkai  -  rahmətullahi  aleyhi  -  deyir  ki,  bizə  Həsən  İbn  Osman 
xəbər  verdi  ki:  Bizə  Əhməd İbn  Hamdan  xəbər verdi  ki:  Bizə  Bişr 
İbn  Musa  xəbər  verdi  ki:  Bizə  Muaviyə  İbn  Amr  xəbər  verdi  ki: 
Bizə  Əbu  İshaq  xəbər  verdi  ki:  əl-Əvzaidən  soruşdum  o,  da  belə 
dedi:  “Sən  Sünnət  üzərində  sabit  ol.  Sünnət  sahiblərinin  durduğu 
yerdə  sən  də  dur.  Onların  dediklərini  danış.  Onların  haqqında 
danışmadıqları  məsələlərdə  sən  də  danışma.  Səndən  öncəki  Saleh 
Sələfin yolunu izlə. Çünki onlara bəs edən sənə də bəs edər”
75
. Sam 
(Suriyə)  əhalisi  bu  bidətdən  –  Quranın  məxluq  olması  -  xəbərsiz 
                                                
72
 Şarani «Mizən» 1/55, Əbul Həsənət «Nafiul Kəbir» s. 135.  
73
 Şarani «Mizən» 1/26.  
74
 “Şəzəratuz Zəhəbi” 1/241-242.  
75
 Lələkai “Şərhu İtiqadi Əhli Sunnə Vəl Cəmaa” 2/174.  


 
66 
idilər. Bu bidəti İraqlılardan bir kimsə gətirərək (insanlar) arasında 
yaydı. Halbuki Şamın fuqahası və alimləri bu görüşlərini rədd edib 
cavab vermişlər. Bununla belə Şam əhalisinin bir qrup kimsələrinin 
qəlblərində  bu  bidət  yer  tutdu.  Bu  bidət  dillərinə  şirin  gəldi  və 
nəhayət  bu  məsələdə  başqaları  ixtilafa  düşdükləri  kimi  olar  da 
ixtilafa  düşdülər.  Əgər  bu  bir  xeyir  olsydı  sizin  Sələfləriniz  dura-
dura  bu  özəl  olaraq  sizə  verilməzdi.  Çünki  onlar  Uca  Allahın 
seçdiyi  Peyğəmbərinin  –  sallallahu  aleyhi  və  səlləm  -  səhabələridir. 
Peyğəmbərini  –  sallallahu  aleyhi  və  səlləm  -  oların  arasından  seçib 
göndərdi  və  onları  müəyyən  bir  xüsusiyyətlə  qiymətləndirərək 
buyurdu:  “Muhəmməd  (əleyhissəlam)  Allahın  Peyğəmbəridir. 
Onunla  birlikdə  olanlar  (möminlər)  kafirlərə  qarşı  sərt,  bir-birinə 
(öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku 
edən,  səcdəyə  qapanan,  Allahdan  riza  və  lütf  diləyən  görərsən. 
Onların  əlaməti  üzlərində  olan  səcdə  izidir.  (Qiyamət  günü  onlar 
üzlərindəki möminlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). 
Bu  onların  Tövratdakı  vəsfidir.  İncildə  isə  onlar  elə  bir  əkinə 
bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-
qüvvətə  gətirmiş,  o da  (o  cücərti  də)  möhkəmlənib  gövdəsi  üstünə 
qalxaraq  əkinçiləri  heyran  qoymuşdur.  (Allahın  bu  təşbihi) 
kafirləri  qəzəbləndirmək  üçündür.  Onlardan  iman  gətirib  yaxşı 
əməllər  edənlərə  Allah  məğfirət  (günahlardan  bağışlanma)  və 
böyük mükafat (Cənnət) vəd buyurmuşdur!”. (əl-Fəth 29).  
 
Abu Abdullah Sufyan İbn Səid əs-Sovri 
rahmətullahi aleyhi  
 
Sufyan  əs-Sovri  -  rahmətullahi  aleyhi  -  dövrünün  fəqihlərindən-
dir. İmam Əhməd - rahmətullahi aleyhi - deyir ki: “Mənim qəlbimdə 
kimsə  Sufyanın  önünə  keçə  bilməz”.  Şöbə,  Yəhyə  İbn  Məin  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə