60
əməllərinin şahidi olmağa) kifayətsən!”. (əl-İsra 14) ayəsi buna
dəlildir.
Allah bu nəfsləri ölümlərindən sonra əlli min il ötsədə belə cəza,
savab və haqlarıını qaytarması üçün dirildir. “Bu (həm də belə bir
danılmaz həqiqətə inanmağınız üçündür ki) o saat (qiyamət günü)
mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah
qəbirlərdə olanları dirildəcəkdir!”. (əl-Həcc 7). Cənnət əhlinin
Allahı keyfiyət, təşbih və cihət olmadan görmələri haktır.
Peyğəmbərimizin – sallallahu aleyhi və səlləm - böyük günah etsə də
belə Cənnət əhli olan mömin üçün şəfaəti haqdır. Aişə - radıyallahu
anhə - , Xədicədən - radıyallahu anhə - sonra qadınların ən fəzilətlisi,
möminlərin anası, zinadan uzaq, bidət əhlinin iftira və
iddialarından uzaqdır. Kim ona zina deyə iftira yaxarsa özü zina
məhsuludur. Cənnət əhli Cənnətə, Cəəhənnəm əhli də
Cəhənnəmdə əbədi qalacaqdır. Allah möminlər üçün: “Onlar
Cənnətlikdirlər, orada əbədi qalacaqlar”. Kafirlər üçün isə: “Onlar
cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar”. (Ali İmran 116)
buyurur.
Şəri Təvəssül Və Bidət Təvəssül Barəsində Etiqadı
Əbu Hənifə - rahmətullahi aleyhi - dedi ki: “Bir kimsənin Uca
Allaha yalnız Onu vəsilə edərək və yalnız Uca Allahın
buyurduğundan başa düşüldüyü kimi əmr edilmiş və izn verilmiş
şəkildə dua etməsi lazımdır. “Ən gözəl adlar (əsmayi-hüsna)
Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində
küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan
sözündən Mənat kimi adlar düzəldib haqq yoldan azanları) tərk
edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!”. (əl-Əraf 180)
55
.
55
“Durrul Muxtar Məa Haşiyəti Rəddil Muxtar” 6/396-397.
61
Əbu Hənifə - rahmətullahi aleyhi - dedi ki: “Dua edən kimsənin
filankəsin haqqı üçün, və ya Peyğəmbərlərinin, Rəsullarının haqqı
üçün Beytul Haramın və Məşərul Haramın haqqı üçün səndən
diləyirəm deməsi məkruhdur”
56
.
Əbu Hənifə - rahmətullahi aleyhi - dedi ki: “Hər hansı bir
kimsənin yalnız Allahı vəsilə edərək dua etmsi lazımdır. Bir
kimsənin Sənin Ərşinin izztəti haqqı, məxluqatının haqqı üçün
deməsini məkruh görürəm”
57
.
Allahı İsim və Sifətləri Barəsində Etiqadı
Əbu Hənifə - rahmətullahi aleyhi - deyir ki: “Hər hansı bir kimsə
Allahın zatı haqqında özündən bir şeylər söyləməsi düzgün
deyildir. Əksinə o, Allahı özünü vəsf etdiyi vəsflərlə vəsf edər.
Özündən Onun haqqında heç bir şeylər söyləməz. Aləmlərin Rəbbi
olan Allah bundan Uca və Böyükdür”
58
.
Əbu Hənifədən: “Uca Allah (dünya səmasına) nazil olması (ən-
Nuzul) barəsində - sual verildikdə o: “O, necəliyi (barəsində sual
verilmədən) bizə bilinməyən bir şəkildə” deyə cavab vermişdir
59
.
Əbu Hənifə - rahmətullahi aleyhi - deyir ki: “Allahı insanlara aid
hər hansı bir özəlliklə vəsf edən (oxşadan) bir kimsə kafir olar”
60
.
Əbu Hənifədən: “İbadət etdiyin İlahın haradadır? Deyə soruşan
bir qadına bu cavabı vermişdir: «Allah səmadadır, yerdə deyil».
56
“Şərh Əqidətul Təhaviyyə” s. 234, “İthaafus Saadətil Muttəqin” 2/285, Aliyyul Qari “Şərh
Fiqhul Əkbər” s. 198.
57
“Təvəssul vəl Vəsilə” s. 82, “Şərh Fiqhul Əkbər” s. 198.
58
“Şərh Əqidətul Təhaviyyə” 2/427, “Cəlaul Ayneyn” s. 368.
59
“Əqiətus Sələf Əshəbul Hədis” s. 42. Beyhəqi “Sifət” s. 456, “Şərh Əqidətul Təhaviyyə” s.
245, Qari “Şərh Fiqhul Əkbər” s. 60.
60
“Əqidətul Təhaviyyə” əl-Albani s. 25.
62
Bəs Allah: «Siz harda olsanız, o sizinlədir». (əl-Hədid 4) sözünə nə
deyirsən?» sualına isə belə cavab verdi. «Bu sənin bir kimsəyə
məktub yazıb mən səninlə bərabərəm deməyin kimidir. Halbuki
sən onun yanında deyilsən»
61
.
Səhabələr Barəsində Etiqadı
Əbu Hənifə - rahmətullahi aleyhi - səhabələr barəsində deyir ki:
“Onlardan hər hansı birinin Rəsulullah ilə birlikdə keçirdiyi bir an
(saat) belə, bizdən hər hansı bir kimsənin nə qədər uzun olursa
olsun ömür boyu əməlindən daha xeyirliir”
62
.
Əbu Hənifə - rahmətullahi aleyhi - deyir ki: “Rəslullahdan –
sallallahu aleyhi və səlləm - sonra insanların ən fəzilətlisi Əbu Bəkr,
Ömər, Osman və Əlidir. Ayrıca Peyğəmbrin bütün səhabələri
haqqında onları xeyirlə yad etməkdən başqa bir şeylər
söyləmərik”
63
.
61
Beyhəqi «əl-Əsma və əs-Sifət» 429, 2/170, Zəhəbi « Müxtəsər Uluv» s. 135.
62
Məkki “Mənakibu Əbu Hənifə” s. 76.
63
“Nurul Lami” 119.
63
Kəlam Barəsində Sözləri
İmam Əbu Hənifə - rahmətullahi aleyhi - deyir ki: “Bəsrədə həva
(bidət) sahibləri çoxdur. Oraya iyirmiyə yaxın dəfə girib çıxdım.
Kimi zaman bir il, kimi zaman da daha çox və daha az qaldım. O,
Zamanlar kəlam elminin elimlrin ən üstünü olduğunu zənn
edirdim”
64
.
Əbu Hənifə - rahmətullahi aleyhi - dedi ki: “Allah Amr İbn
Ubeydə lənət etsin. Çünki o, isanlar üçün heç bir faydası olmayan
kəlam elminə gedən yolu açmışdır”
65
.
Bir nəfər İmama: “İnsanların əl-Araz (bir şeyin təsadüfi, keçici,
müvəqqəti, əhəmiyyətsiz xassəsi) və Cisimlər haqqında sonradan
ortaya atdıqları söz və açıqlamalar haqqında nə deyirsən?”. İmam:
“Bunlar fəlsəfəçilərin görüşüdür. Sən rəvayətlərə (hədislərə) və
Sələfin yoluna tabe ol. Sonradan ortaya çıxarılmış hər bir şeydən
uzaq dur. Çünki sonradan çıxarılanlar bidətdir”
66
.
Əbu Hənifə - rahmətullahi aleyhi -, Əbu Yusuf - rahmətullahi aleyhi
- deyir ki: “Dinin əsasları ilə bağlı məsələlərdə insanlarla Kəlam
əsaslarına görə nə badə danışasan. Çünki onlar səni təqlid edən bir
topluluqdur. O, Təqdirdə onlar da kəlamla məşğul olurlar”
67
.
Əbu Hənifə - rahmətullahi aleyhi - oğlu Həmmada - rahmətullahi
aleyhi - dedi ki: “Bir gün atam yanma gəldi. Yanımda kəlam ilə
məşğul olan bir toplum adam da vardı. Bu vaxtı bir məsələ
barəsində mübahisə edirdik. Mübahisə əsnasında səsimizi
qaldırdıq. Onun evdə olduğunu bildikdə yanına çıxdım. Mənə: “Ey
64
əl-Kürdi “ Mənakibu Əbu Hənifə” s. 137.
65
əl-Hərəvi “Zəmmul Kəlam” s. 28-31.
66
əl-Hərəvi “Zəmmul Kəlam” vr. 194 b.
67
əl-Məkki “Mənakibu Əbu Hənifə” s. 183-184.
Dostları ilə paylaş: |