Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə29/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   25   26   27   28   29   30   31   32   ...   73

 
85 
barəsində söz açdılar: “Mən hər bir məslədə ona müxalifəm. Hətta 
Lə İləhə illəllah sözündə də belə. Mən onun dediyi kimi demirəm. 
Mən  Musa  -  əleyhissəlam  -  ilə  pərdə  arxasından  danışan  Allahdan 
başqa  ibadətə  layiq  heç  bir  ilah  yoxdur  deyirəm.  O,  isə  pərdə 
arxasından  Musaya  -  əleyhissəlam  -  yaratdığı  bir  kəlamı  eşitdirən 
Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur deyir”
125
.  
 
Lələkai, ər-Rabi  İbn  Suleymandan  rəvayət  edir  ki,  İmam  Şəfii  
rahmətullahi  aleyhi  -  dedi:  “Kim  Qurana  məxluqdur  deyərsə  kafir 
olar”
126
.  
 
Beyhəqi,  Əbu  Muhəmməd  əz-Zubeyridən  rəvayət  edir  ki,  bir 
nəfər  İmam  Şəfiiyə  -  rahmətullahi  aleyhi  -  dedi:  “Mənə  Quran 
barəsində  xəbər  ver.  O,  yaradandırmı?”.  İmam:  “Xeyr”  dedi. 
Adam: “O, yaradılmışmıdır” dedi. İmam: “Xeyr” dedi. Adam: “O, 
yaradılmamışdır?”  dedi.  İmam:  “Bəli”  dedi.  Adam:  “Bəs  onda 
onun yaradılmamış olduğunun dəlili nədir?” deyə soruşdu. İmam 
başını  qaldıraraq  dedi:  “Sən  Quranın  Allahın  kəlamı  olduğunu 
qəbul  edirsənmi?”.  Adam:  “Bəli”  dedi.  İmam:  “Bu  hal  səndən 
öncədə  dilə  gətirilmişdir.  Uca  Allah  buyurur:  “Əgər  (basqına 
uğrayan)  müşriklərdən  biri  səndən  aman  istəsə,  ona  aman  ver  ki, 
Allah  kəlamını  (Quranı)  dinləsin.  Sonra  (islamı  qəbul  etmədiyi 
təqdirdə)  onu  əmin  olduğu  (müşriklərin  yaşadığı)  yerə  çatdır. 
Çünki  onlar  (haqqı)  bilməyən  bir  tayfadır!”.  (ət-Tövbə  6),  “Və 
Allah Musa ilə sözlə (vasitəsiz) danışdı”. (ən-Nisa 164). Şəfii: “Sən 
Allahın  əzəldən  bəri  var  olduğunu  və  kəlamının  da  eyni  şəkildə 
var  olduğunu  qəbul  edirsənmi?  Yoxsa  Allahın  əzəldən  bəri  var 
                                                                                                           
deyir  ki:  “Bu  şəs  Şəfii  məzhəbinə  uyğun  Məkkədə  fətva  verirdi”.  “Təhzibul  Əsmə  Vəl 
Luğət” 2/120, İbn Hibətullah “Tabaqatuş Şəfii” s. 29.  
124
 Zəhəbi  -  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Cəhmiyyəyə  mənsub  həlak  olmuş  birisidir. 
Quranın  məxluq  olduğunu  söyləyənlərdəndir”.  H.  218-də  vəfat  etmişdir.  “Mizanul  İtidal” 
1/20, “Lisanul Mizan” 1/34-35.  
125
 əl-İntiqa s. 79, “Lisanul Mizan” 1/35.  
126
 Lələkai “Şərhu Usuli Etiqadi” 2/252.  


 
86 
olduğuna,  lakin  kəlamı  yoxdur  deyirsən”  deyə  soruşdu.  Adam: 
“Xeyr, Allah vardı, kəlamı da vardı” dedi. Şəfii gülümsədi və dedi: 
“Ey  Kufəlilər!  Sizlər  həqiqətən  təhlükəli  bir  söz  söyləyirsiniz. 
Çünki Allahın hər şeydən öncə var olduğuna, kəlamının da Onunla 
var  olduğunu  qəbul  etdiyinizə  görə  kəlam  Allahın  özüdür, 
Allahdan  ayrıdır,  Allahdan  başqadır  və  ya  Ondan  fərqlidir 
sözlərini haradan çıxardırsınız?”. Adam susdu və getdi”
127
.  
 
Əbu  Talib  əl-Uşarinin
128
 rəvayəti  ilə  İmam  Şəfiiyə  - rahmətullahi 
aleyhi  -  nisbət  edilən  etiqada  aid  cüzdə  bunları  söyləyir:  Əziz  və 
Cəlil olan Allahın sifətləri və iman edilməsi lazım olan məsələlərə 
dair ona sual verildikdə dedi: “Uca və böyük olan Allahın İsim və 
Sifətləri vardır. Bunlar Allahın  kitabında zikr edilmiş, Peyğəmbəri 
–  sallallahu  aleyhi  və  səlləm  –  bunları  ümmətinə  xəbər  vermişdir. 
Qurani  Kərimin  bunları  bildirdiyinə,  Peyğəmbərdən  –  sallallahu 
aleyhi  və  səlləm  –  ədalətli  şəxslərin  (səhabələrin)  rəvayət  etdiyi 
sözlərinin  səhih  olduğuna  dair  əlində  dəlil  olan  Allahın  yaratdığı 
hər  hansı  bir  kimsənin  buna  müxalif  olması  mümkün  deyildir. 
Onun nəzdnində hüccət sabit olduqdan sonra buna müxalif olarsa 
o kimsə Allahı inkar etmiş bir kafirdir. Lakin xəbərin ona çatması, 
ona  qarşı  dəlilin  sübutundan  öncə  isə  bilmədiyinə  görə  üzürlü 
sayılır.  Çünki  belə  bir  bilik  (Allahın  İsim  və  Sifətləri)  ağıl  ilə, 
düşünmək  ilə  də  idrak  edilməz.  Uca  Allahın  hər  bir  şeyi  eşidən 
olduğuna,  iki  əlinin  olduğuna  dair  buyurduqları  da  bu 
qəbildəndir:  “Əksinə,  Onun  hər  iki  Əli  açıqdır...”.  (əl-Maidə  64). 
Sağ əlinin olduğuna: “...Göylər isə Onun sağ əli ilə büküləcəkdir...”. 
(əz-Zumər 67). Onun üzünün olduğuna: “Onun Üzündən başqa hər 
                                                
127
 “Mənakibuş Şafii” 407-408.  
128
 Muhəmməd İbn Əli əl-Uşari doğru sözlü və tanınan bir elm adamıdır. Şəfiidən “əl-İtiqad” 
cüzünü  tək  başına  rəvayət  etmişdir.  Lakin  bu  Şəfii  adına  uydurulmuşdur.  O,  da  yaxşı 
niyyətlə  bunu  nəql  etmişdir.  Bu  açıqlamanı  Zəhəbi  “Mizan”  3/656  zikr  etmişdir.  Lakin  bir 
çox Sələf imamları əqidə ilə bağlı məsələlərdə bu cüzə etimad etmişlər. İbn Qudamə “Sifətul 
Uluv”  s.  124,  İbn  Əbi  Yala  “Tabaqat”  1/283,  İbn  Qeyyim  “İctimaul  Cuyuş”  s.  165,  Z əhəbi 
“Siyer” 10/79.  


 
87 
şey  məhv  olacaqdır”.  (əl-Qasas  88).  “Ancaq  Rəbbinin  əzəmətli  və 
kəramətli Üzü  əbədidir”. (ər-Rahmən 27).  Peyğəmbərin – sallallahu 
aleyhi  və  səlləm  –  buyurduğu  kimi  Onun  ayağı  da  vardır:  Əbu 
Hureyrə  - radıyallahu anhu – rəvayət  edir  ki,  Rəsulullah  – sallallahu 
aleyhi  və  səlləm  –  buyurdu:  «….Allah  Cənnətə  sən  mənim 
rəhmətimsən, mən səninlə qullarımdan istədiyimə rəhmət edirəm». 
Cəhənnəmə də: «Sən mənim əzabımsan. Mən səninlə qullarımdan 
istədiyimə  əzab  edirəm.  Hər  birinizə  dolusu  qədər  var.  Amma 
Cəhənnəm  dolmaq  bilməz.  Nəhayət  Allah  ayağını  onun  üzərinə 
qoyar,  o  da:  Bəsdi,  Bəsdi!  Deyib  Cəhənnəm  dolar.  (Cəhənnəmi 
doldurmaqla)  Allah  heç  bir  kəsə  zülm  etməz.  Cənnətə  gəlincə 
Allah  onun  boşluqlarını  doldurmaq  üçün  bir  neçə  varlılıqlar 
yaradır»
129
.  Ayrıca  Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  – 
buyurduğu  kimi  Allah  yolunda  öldürülmüş  kimsə  barəsində 
buyurmuşdu:  O,  Allahın  hüzuruna  Allah  ona  güldüyü  halda 
çıxar”
130
.  Uca  Allah  Rəsulullahın  –  sallallahu  aleyhi  və  səlləm  – 
verdiyi  xəbərə  görə  hər  gecə  dünya  səmasına  enər.  Uca  Allahın 
gözü Peyğəmbərin – sallallahu aleyhi və səlləm – buyurduğu kimi tək 
(kor) deyildir. Çünki o, Dəccəldən söz açarkən buyurdu: “Ənəs İbn 
Məlik  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  –  sallallahu 
aleyhi və səlləm – buyurdu: «Elə bir Peyğəmbər yoxdur ki, ümmətini 
yalançı,  bir  gözü  kor  Dəccəldən  çəkindirməsin.  Diqqət  edin. 
Dəccəlin bir gözü kordur
131
. Sizin Rəbbiniz isə tək göz deyildir»
132

Möminlər  on  dördüncü  günü  ayı  gördükləri  kimi  Qiyamət  günü 
gözləriylə  Rəblərini  görəcəklər.  Uca  Allahın  Peyğəmbərinin 
buyurduğu kimi barmaqları vardır.  Abdullah İbn Amr İbn əl-As 
radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  –  sallallahu  aleyhi  və 
                                                
129
 Buxari, Müslim.  
130
 Buxari 2826, Müslim 1504, 1890.  
131
 Hədislərdə  Dəccəlin  sağ  gözünün  kor  olduğu  haqqında  məlumatlar  vardır.  Lakin  sol 
gözünün  kor  olması  haqında  da  hədislər  vardır.  Sağ  gözünün  kor  olduğu  haqqında  olan 
hədislər sənəd baxımından daha sağlamdır.  
132
 Buxari 7131,7408, Müslim 2933, Tirmizi 2245, Əbu Davud 4316, əl-Albani "Səhih  Cəmius 
Sağir" 3402,5578,5789, "Şərh Əqidətul Təhaviyyə" s. 500.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə