88
səlləm – buyurdu: «Adəm oğullarının qəlbləri Rahmənin
barmaqlarından iki barmağı arasında tək bir qəlb kimidir. Onları
istədiyi kimi çevirir»
133
. Uca Allahın zatını, Rəsulunun – sallallahu
aleyhi və səlləm – onu vəsf etdiyi sifətləri ağlla, idrak ilə
qavranılması mükün deyildir. Bu xüsuslara dair xəbər çatmayan
kimsə bunları bilmədiyinə görə təkfir edilməz. Şəriət xəbərlərini
eşidən kimsə isə bunlara itaət etməsi və sanki Peyğəmbərin –
sallallahu aleyhi və səlləm – dilindən eşidiyi və gördüyü kimi bunlara
şahidlik etməsi vacibdir. Bizlər də bu sifətləri qəbul etməklə
bərabər Təşbih (bənzətməyi) də rədd edərik. Uca Allah da özü
barəsində Təşbihi qəbul etməyərək buyurur: “Onun heç bir bənzəri
yoxdur. O, Eşidəndir, Görəndir”. (əş-Şura 11)
134
.
İmam Şəfii - rahmətullahi aleyhi - deyir ki: “Özü özünü vəsf etdiyi
kimi olan Allaha həmd olsun, yaratdıqlarının Onu vəsf etməsindən
Uca olan Allaha həmd olsun”
135
.
Qədər Barəsində Etiqadı
Beyhəqi, ər-Rabi İbn Suleymandan rəvayət edir ki, İmam
Şəfiidən - rahmətullahi aleyhi - Qədər barəsində sual verildikdə dedi:
“Sənin dilədiyin olur, baxmayaraq ki, mən diləməmişdim. Sənin
diləmədiyin isə olmaz, baxmayaraq ki, mən onu istəmişdim. Sən
qullarını tanıyaraq yaratdın, gənci də, yaşlısı da elminə görə
hərəkət edər. Birinə lütf (himayə) etdin, digərini köməksiz
133
Müslim 2654, Əhməd 2/168,173, Tirmizi 2140, İbn Məcə 3834, əl-Albani «Səhih Hədislər
Silsiləsi» 1689, "Ziləlul Cənnə" 1/100,103,222, "Mişkət" 89,102, "Sahih Cəmius Sağir" 1685.
Lakin bu o, demək deyil ki, Adəm övladının qəlbləri Allahın barmaqları ilə təmas edib
(bitişib).
134
Muhəmməd əl-Xumeyyis deyir ki: “Mən bu etiqadi sözləri originaldan fotokpiya edilmiş
və Hollandiyada Leyden Universitetində saxlanılmış nüsxədən sitat gətirirəm”.
135
“Risalə” s. 7-8.
89
buraxdın, Mənə yardım etdin, digərinə etmədin. Kimisi xöşbəxtdir,
kimisi bədbəxt, kimiləri gözəl, kimiləri də çirkindir”
136
.
İmam Şəfii - rahmətullahi aleyhi - deyir ki: “Qulların diləməsi Uca
Allaha aiddir. Aləmlərin Rəbbi olan Allah diləmədikcə onlar
diləməzlər. İnsanlar öz əməllərini yaratmazlar. Onların əməlləri
Uca Allahın yaratdıqları arasındadır. Qulların felləri Onun
tərəfindən yaradılmışdır. Qədər xeyri və şərilə Allahdandır.
Şübhəsiz qəbr əzabı haqdır, qəbirdə olanların sorğu-sual olunması
haqdır, ölümdən sonra dirilmək haqdır, hesab olunmaq haqdır,
Cənnət və Cəhənnəm haqdır və buna aid olan sünnətdə zikr edilən
digər xüsuslar da haqdır”
137
.
Lələkai, Muzənidən rəvayət edir ki, İmam Şəfii - rahmətullahi
aleyhi - dedi: “Qədəri nə deməkdir bilirsinizmi?”. Bu o, kəsdir ki:
“Allah əməlləri yaratmamışdır ta ki, əməl baş verənə qədər” deyən
kimsədir
138
.
İmam Şəfii - rahmətullahi aleyhi - deyir ki: “Rəsulullahın –
sallallahu aleyhi və səlləm – haqlarında: “Bu ümmətin məcusiləridir”
dediyi kimsələr Allah, günahlar icra olunana qədər bilməz deyən
kimsələrdir”
139
. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki,
Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qədəriyyə bu
ümmətin məcusiləridir. Xəstələnəcək olurlarsa onları ziyarətə
getməyin, ölürlərsə cənazələrində iştirak etməyin»
140
.
136
Mənakibuş Şəfii 1/412-413, Lələkai “şərhu Usuli Etiqadi” 4/777.
137
Mənakibuş Şəfii 1/415.
138
“Şərhu Usuli Etiqadi” 4/776.
139
Mənakibuş Şəfii 1/413.
140
Əbu Davud «Aunul Məbud» 12/452, 4691, Həkim 1/85, əl-Albani «Səhihul Cəmi» 5039,
«Şərhu Təhaviyyə» s 273 həsən hədis.
90
Beyhəqi, Rabi İbn Süleymandan rəvayət edir ki, İmam Şəfii -
rahmətullahi aleyhi - Qədəriyyə mənsub bir kimsənin arxasında
namaz qılmağı məkruh (haram)
141
görərdi”
142
.
İman Barəsində Etiqadı
İbn Əbdi Bərr, Rabidən rəvayət edir ki, İmam Şəfiinin -
rahmətullahi aleyhi - belə dediyini dinlədim: “İman – söz, əməl və
qəlb ilə etiqaddı. Allah: “Allah sizin imanınızı (bundan əvvəl
Beytulmüqəddəsə üz tutaraq qıldığınız namazlarnızı) əvəzsis
buraxmaz. (əl-Bəqərə 143) buyurduğuna diqqət etmirsinizmi?
Burada məqsəd Beytul Məqdisə doğru qıldığınız namazlarınız puç
olmayacaqdır. Beləliklə namaza iman adı verilmişdir. Namaz isə
söz, əməl və bir etiqaddır”
143
.
Beyhəqi, Rabi İbn Süleymandan rəvayət edir ki, İmam Şəfii -
rahmətullahi aleyhi - dedi: “İman – söz və əməldir, artar və
əskilər”
144
.
Beyhəqi rəvayət edir ki, Əbu Muhəmməd əz-Zubeyri dedi ki,
Bir nəfər İmama: “Allah dərgahında hansı əməl daha fəzilətlidir”
deyə sual verdi. İmam: “O, olmadan heç bir əməlin qəbul
olunmayacağı şey” deyə cavab verdi. Adam: “O, nədir?” dedi.
İmam: “Ondan başqa ibadətə layiq heç bir İlah olmayan Allaha
iman etmək, dərəcə etibarıyla əməllərin ən yüksəyi, mövqe
etibarıyla ən şərəflisi, dəyər etibarıyla ən ucasıdır”. Adam: “Mənə
141
Burada məkruhdan qəsd edilən haramdır. Çünki: "Əgər bir kimsə qəbirə doğru namaz
qılarsa namzını qılmış olur, lakin çox pis bir iş etmiş olur" sözü haram etdi mənasındadır.
Quran üslubunda da pislik Seyyiə deməkdir. Allah uşaqlarınızı öldürməyi, zinaya
yaxınlaşmağı, can almağı və s. şeyləri qadağan etdikdən sonra buyurur: "Bütün bunlar
Rəbbinin dərgahında bəyənilməyən (məkruh), pis şeylərdir". (əl-İsra 23, 33, 36-38).
142
Mənakibuş Şəfii 1/413.
143
əl-İntiqa 82.
144
“Mənakibu əş-Şəfii” 1/387.
Dostları ilə paylaş: |