112
olaraq qalacaqdırmı?”. İmam: “Bizlər heç bir Muvahhid əbədiyyən
Cəhənnəmdə qalmaz deyirik”
176
.
Əhməd İbn Hənbəl
- rahmətullahi aleyhi -
Əbu Abdullah Əhməd İbn Hənbəl əş-Şeybani. İmam, Muhəddis,
Mutlaq mücdəhid Hicri 164/778-ci il Rəbiul Əvvəl ayında
Bağdadda dünyaya göz açmışdır. Atası Muhəmməd İbn Hənbəl
otuz yaşında ölmüş, anası Səfiyyə Binti Meymunə böyütmüşdür.
Ərəb olub, Şeyban qəbiləsinə mənsubdur və kökü Nizar
qəbiləsində Peyğəmbərin – sallallahu aleyhi və səlləm – kökü ilə
birləşməkdədir. Hələ kiçik yaşlarında ikən şəriət elmərini
öyrənmiş, sonra təhsilini davam etdirmək üçün Şama, Hicaza,
Kufəyə və Yəmənə gələrək burada olan uləma və muhəddislərlə
görüşmüş, raviləri taparaq onlardan hədis almışdır. Ömründə beş
dəfə həcc etmiş. Bunun üçünü isə piyada həccə getmişdir. İlk dəfə
İmam Şəfii – rahmətullahi aleyhi - ilə Hicazda tanış olmuş, Yəməndə
muhəddis AbdurRazzaq İbn Hammamdan hədis almaq üçün
Yəmənə gəlmişdir. Ravilərdən hədislərlə bərabər səhabə və
tabiinlərdən gələn bütün rəvayətləri də almışdır. Fiqhi biliklərini
və Üsul fiqhini Əbu Yusuf və İmam Şəfiidən almışdır. Qırx
yaşından sonra 5000 minə yaxın tələbəyə dərs deyərdi. Tarixdən də
bilindiyi kimi bir çox alimlər daima təziqlərə, zülmə məruz
qalmışlar. İmam Əhməd – rahmətullahi aleyhi - də bu qrupdandır.
Abbasilərin xilafəti zamanı Xalqul Quran – Quran məxluqdur
fitnəsi Mutəzilə əqidəsi və xristian alimi Yuhanna əl-Diməşqi
tərəfindən yayılmışdır. Xəlifə Məmunun (813-833) dövründə
insanlara, xüsusən də alimlərə bu əqidə zorla qəbul etdirilirdi. H.
218-ci ildə İmam Əhməd, Muhəmməd İbn Nuh, əl-Kavarırı, Sucadə
kimi bir qrup alimlər Quran məxluqdur – fikirlərini qəbul
176
“Şərhu Usulu Etiqadi” 2/193.
113
etmədiklərinə görə zəncirlərlə həps edilərək həpsxanalara
atılmışlar. Bu arada Kavarırı, Sucadə bu fikirləri qəbul etdiklərinə
görə azadlığa buraxılmışlar. Xəlifə Məmun fikirlərindən dönməyən
İmam Əhməd və Muhəmməd İbn Nuhla görüşmək üçün onları
həps edilərək hüzuruna gətirilmələrini əmr etmişdir. Lakin bu
vaxtı xəlifə dünyasını dəyişmiş, Muhəmməd İbn Nuhda yolda
dünyasını dəyişmiş, İmam Əhməd – rahmətullahi aleyhi - Bağdada
həps edilərək Mötəsimin (833-842) xəlifəliyi dövründə qazı İbn
Əbu Duadın təşviqi ilə işkəncələrə məruz qalmışdır. İyirmi səkkiz
ay həpsdə yatdıqdan sonra İmam Əhməd azad edilmiş. Bundan
sonra iqtidara əl-Vasiq gəlmiş. Onun dövründə də bu fikirlər hökm
sürmüşdür. Nəhayət Mutəvəkkil hakimiyyətə gəlmiş və Quran
məxluqdur fikirlərinə son qoyularaq yenidən Quran və Sünnə
hökm sürməyə başlamışdır. İmam Əhməd – rahmətullahi aleyhi - bu
çətinlikklərə sinə gələrək səbr etməsi 14 il davam etmişdir. Məşhur
hədis alimlərindəndir. Sünnənin atası adını da daşıyır. Rəvayət
etdiyi hədislər məşhur “əl-Musnəd” adlı kitabında toplanmışdır.
Bu kitabda 14 ciliddə 28000 min hədis toplanmışdır ki, bunlarda
750000 min hədisin içindən seçilərək bu kitaba yerləşdirilmişdir.
Kitabı səhabələrin rəvayətləri ilə tərtib etmişdir. Əsərdə 904
səhabənin rəvayəti vardır. H. 241/855-ci il Rəbiul Əvvəl ayının 12
cümə günü Bağdadda dünyasını dəyişmişdir. İbrahim əl-Hərbi –
rahmətullahi aleyhi - deyir ki: “Əhmədi gördüm. Sanki Allah
keçmişdə və gələcəkdə yaşayan bütün insanların elmini onda cəm
etmişdir”. Əbu Zura, Abdullah İbn Əhmədə deyərdi: “Sənin atan
miliyon hədis bilirdi”. Əli İbn əl-Mədini – rahmətullahi aleyhi - deyir
ki: “Allah bu dini iddə günü Əbu Bəkr əs-Sıddıq ilə, Mihnə günü
isə İmam Əhməd vasitəsilə qorumuşdur”.
Lələkai – rahmətullahi aleyhi - deyir ki: Bizə Əli İbn Muhəmməd
İbn Abdullah əs-Sukəri xəbər verdi ki: Bizə Osman İbn Əhməd İbn
Abdullah İbn Bureyd əd-Dəqiqi dedi ki: Bizə Əbu Muhəmməd əl-
Həsən İb AbdulVəhhab və ya əl-Əmbəri 293-cü ildə öz kitabından
114
oxuyaraq dedi ki: Bizə Əbu Cəfər Muhəmməd İbn Suleyman əl-
Minkari dedi ki: Mənə Abdus İbn Malik əl-Attar dedi ki, mən Əbu
Abdullah Əhməd İbn Muhəmməd İbn Hənbəlin – rahmətullahi
aleyhi - belə dediyini dinlədim: “Bizə görə Sünnətin əsasları
bunlardır: Peyğəmbərin – sallallahu aleyhi və səlləm – səhabələrinin
izlədiyi yola sımsıxı sarılmaq, onlara uymaq və bidətləri tərk
etməkdir. Hər bir birdət də əsasən bir sapıqlıqdır. Düşmənləri tərk
etmək, həva əhli ilə oturmağı tərk etmək, mübahisələri və dinlə
bağlı münaqişələri tərk etməkdir. Sünnət bizə görə Rəsulullahdan –
sallallahu aleyhi və səlləm – gələn nəqillərdir. Sünnət Quranı
açıqlayar və Quranın dəlilləridir. Sünnətə qiyas yoxdur. Ona
nümunə göstərilməz, ağıllarla, həvalarla idrak edilməz. Sünnət
sadəcə tabe olmaq və həvanı tərk etməkdir. Xeyri və şərilə Qədərə
iman etmək. Bu haqda varid olan hədisləri təsdiq etmək və onlara
inanmaq. Nə üçün və necə demədən bunlar təsdiq edilir və iman
gətrilir. Bir hədisin təfsirini bilməyən və ya ağlıyla onu
qavrayamayan bir kimsə bu xüsusda mükəlləfiyət altında deyildir.
Belə bir kimsə buna iman edib, ona təslimiyyət göstərməklə
yükümlüdür. əs-Sadiq vəl-Məsduq – hədisi və buna bənzər qədərə
dair digər hədislərdə olduğu kimi.
Qiyamət günü Rəbbimizi görəcəyimizə dair bütün hədislər də
belədir. Bunlar qulaqlara qəribə gəlsədə, bunları eşidən, bunlardan
təəccüblənsən belə bu hədislərə iman etmək, onların birini belə
rədd etməmək. Qədər, Allahı görmək, Quran və bunlara bənzər
məsələlərdə Sünnətdə varid olan hədislər barəsində mübahisə
etmək məkruhdur, qadağandır. Bu şəkildə hərəkət edən bir kimsə
mübahisəni tərk edib təslimiyyət göstərmədikcə Əhli Sünnətdən
olmaz.
Gələn rəvayətlərə iman edilir, Quran Allahın kəlamıdır,
yaradılmış deyildir. Quran yaradılmamışdır deməkdə heç vaxt
zəiflik göstərmə. Çünki Allahın kəlamı Allahdandır. Allahın
kəlamından yaradılmış heç bir şey yoxdur. Əsla bu barədə daha
öncə söylənməmiş fikirləri irəli sürən, ləfz və başqa şeylər haqında
Dostları ilə paylaş: |