106
aleyhi - dedi ki: “Mən İbnul Mədinidən başqa kimsənin qarşısında
özümü kiçik görmədim”. Əbu Davud – rahmətullahi aleyhi - deyir
ki: “İbnul Mədini hədis ixtilafını İmam Əhməddən daha yaxşı
bilirdi”. H. 234-cü ildə 73 yaşında Zülqadə ayında Samirə şəhərinin
yaxınlığında yerləşən Katiba əl-Qaka adlanan yerdə dünyasını
dəyişmişdir
168
.
Lələkai – rahmətullahi aleyhi - deyir ki: Bizə Muhəmməd İbn
Rızqullah xəbər verdi ki: Bizə Əbu Muhəmməd Cəfər İbn
Muhəmməd İbn Nusayr xəbər verdi ki: Bizə Əbu Muhəmməd
Abdullah İbn Ğannam İbn Hafs İbn Ğıyas ən-Nəhai dedi ki: Bizə
Əbu Səid Yəhyə İbn Əhməd dedi ki: Mən Əbu Abdullah
Muhəmməd İbn Abdullah İbn Bastamı belə deyərkən dinlədim:
Mən Səhl İbn Muhəmmədi, Əli İbn Abdullah İbn Cəfər İbn əl-
Mədiniyə – rahmətullahi aleyhi - bunu oxuyarkən dinlədim. Ona
dedi ki: Xeyri və şərilə Qədərə iman etmək, Quran Allahın
kəlamıdır, yaradılmış deyildir. Onun yaradılmış olmadığını
söyləməkdə zəiflik göstərmə. Çünki Əziz və Cəlil olan Allahın
kəlamı ondan ayrı bir şey deyildir. O, kəlamın heç bir parças
yaradılmış deyildir. Qiyamət günü olan mizana iman edər, Allah
Qiyamət günü qulları ilə danışacaq, onları aralarında bir tərcüməçi
olmadan hesaba çəkəcək. Buna da iman edilir və təsdiq edilir.
Şübhəsiz Qiyamət günündə Rəsulullaha – sallallahu aleyhi və səlləm
– aid bir Hovuz vardır. Ümməti o, Hovuza gələcəkdir. Uzunluğu
bir aylıq məsafə, üzərində olan qabların sayı səmada olan
ulduzların sayı qədərdi. Buna da iman edilir. Ümməti qəbirlərində
sorğu-sual olunar. Peyğəmbəri – sallallahu aleyhi və səlləm –
barəsində sual verilir. Munkər və Nəkir Allahın dilədiyi şəkildə
onun yanına gələr. Buna da iman və təsdiq edilir. Atəşdə yanıb
kömürə döndükdən sonra bir qrup kimsələrin Cəhənnəm
atəşindən çıxarılaraq Cənnət qapısında bir çaya salınacağına iman
edilir. Bu da Allahın dilədiyi kimi olacaqdır. Məsih Dəccəlin
168
Şəzəratuz Zəhəbi 2/81.
107
gözləri arasında “Kafir” yazılacağına iman etmək. Çünki bu barədə
varid olan hədisləridə bunlar qeyd olunmuşdur. Bunun baş
verəcəyinə iman edilir. Məryəm oğlu İsanın nazil olaraq Lud qapısı
yanında onu öldürəcəyinə də iman edilir.
İman – sünnətdə doğrunu isbat etmək və niyyət üzərə söz və
əməldir. İman artar və əskilər. Möminlər arasında imanı ən
mükəmməl kişi əxlaqı etibarıyla ən gözəlidir. Namazın tərk etmək
küfürdü. Onu tərk edən bir kimsə kafirdir və öldürülməsi halaldır.
Bu ümmətin ən xeyirlisi Peyğəmbərdən – sallallahu aleyhi və
səlləm – sonra Əbu Bəkr, sonra Ömər, sonra Osmandır – Allah
onlardan razı olsun -. Rəsulullahın – sallallahu aleyhi və səlləm –
səhabələri arasında bu barədə bir ixtilaf olmadan bu üçünü önə
keçirdikləri kimi bir də onları önə keçirərik. Peyğəmbər – sallallahu
aleyhi və səlləm – ilə söhbət edib gözləriylə onu görən, ona iman
edən, bir an belə ona səhabəlik edən bir kimsə bu səhabəliyi
sayəsində hər cür xeyirli əməlləri etmiş olsalar da belə bütün
tabiinlərdən daha fəzilətlidir.
Pis və ya yaxşı imamlara, möminlərin əmirlərinə və insanların
icması və istəyi ilə xəlifəlik məqamına keçənləri dinləyib itaət
edilməlidir. Allaha və axirət gününə iman edən hər hansı bir kimsə
pis və ya yaxşı imam olmadan bir gecə belə keçirməsi halal
deyildir. Onların başında olan imam möminlərin əmiridir. İstər pis,
istərsə də yaxşı əmirin arxasında döyüşə getmək Qiyamətə qədər
tərk edilməz. Feyləri paylaşdırmaq, Hədləri qoymaq,. Sözləri
dinlənilən imamların haqlarıdır. Bu bardə kimsənin onlara dil
uzatması və ya onlarla anlaşmazlıq və çəkişməyə qalxması haqqı
yoxdur. Zəkatını onlara ödəyən kimsə borcundan qurtulmuş və
öhdəliyinə düşəcyi yerinə yetirmiş olar. Bu imam pis və ya yaxşı
olsun fərq etməz. Belə bir imamın və onun təyin etdiyi kimsənin
arxasında namaz caizdir və qılınmış olur. İki rükət qılınır. Buna
rəğmən həmən namazı gedib yenidən qılan bidətçidir. İmanı tərk
etmiş və müxalif olmuş bir kimsdir. Belə bir kimsə imamın
arxasında Cümə namazını qılanmaz deyənlərin görüşündədirsə o,
108
kimsə Cümənin fəzilətindən heç bir payı yoxdur. Sünnət bunların
arxasında namaz qılmağı və bundan ötrü qəlbdə heç bir narahatlıq
olmamalıdır. İnsanların ətrafında toplanaraq seçdikləri və ya
qələbə yolu ilə xəlifəliyini qəbul etdikləri müsəlman imamlardan
hər hansı birinə qarşı çıxan kimsə bu imama qarşı itaətsizlik etmiş,
ayrılıq etmiş və bu haqda Rəsulullahdan – sallallahu aleyhi və səlləm
– gəlmiş xəbərlərə müxalif olmuşdur. Əgər bu imama qarşı çıxan
kimsə ölürsə cahiliyyə ölümüylə ölür. Sultan ilə vuruşmaq və ona
qarşı çıxmaq heç bir kimsəyə halal deyildir. Belə bir şeyi edən
kimsə birdətçidir. Sünnət üzərə deyildir. Xaricilər və üsyançılar bir
kimsənin canına, malına və ya bundan aşağı olan şeylərinə qəsb
etmək istəyərlərsə canını və malını qorumaq üçün onlarla
döyüşməsi halaldır. Lakin ondan ayrılıb uzaqlaşarlarsa onları təqib
etmə haqqı yoxdur. Onlardan qurtulmuşsa izlərindən getməz.
Çünki belə bir iş imamlara aid bir haqdır. O, sadəcə özünü və
malını qoruyur. Bu qoruma əsnasında da kimsəni öldürməyi
niyyət etməməlidir. Əgər döyüş əsnasında kimsəni öldürərsə Allah
öldürmüş kimsəni uzaqlaşdırmış olar. Əgər malını və canını
qoruyarkən öldürülərsə şəhid olacağını ümüd edərik. Belə birisinə
hədd təyin etməsi düzgün deyildir. Əksinə bunu üzərinə imam
təyin edilən kimsəyə təslim edər. Onun haqqında hökm verəcək də
odur.
Qiblə əhlindən hər hansı bir kimsə haqqında etdiyi bir əmələ
görə Cənnətlik və Cəhənnəmlik olduğuna dair şahidlik etmərik.
Bizlər saleh əməl edən haqqında ümüd etdiyimiz kimi günahkar və
pis bir kimsə üçün də qorxarıq. Bununla bərabər onun üçün
Allahın rəhmətindən ümüd edərik. Cəhənnəmi vacib edən bir
günah ilə Allahın hüzuruna o, günahdan tövbə etmiş və onun
üzərində israr etmədən qovuşan kimsənin Allah da tövbəsini qəbul
edər. Çünki o qulların tövbəsini qəbul edər və günahları əff edər.
Etdiyi günah ilə Allahın hüzuruna gedən bir kimsə üçün tətbiq
olunan cəza o, günahının kəffarəsidir. Tövbə etmədən və günahda
israr edərək Rəbbinin hüzuruna gedən kimsənin işi Allaha
Dostları ilə paylaş: |