Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə23/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   19   20   21   22   23   24   25   26   ...   73

 
67 
rahmətullahi aleyhi - və s. Demişlər ki: “Sufyan hədisdə möminlərin 
əmiridir”. Bəsrədə H. 161-ci il 66 yaşında dünyasını dəyişmişdir
76
.  
Lələkai  -  rahmətullahi  aleyhi  -  deyir  ki,  bizə  Muhəmməd  İbn 
AbdurRahman  İbn  əl-Abbas  xəbər  verdi  ki:  Bizə Əbul  Fadl  Şuayb 
İbn Muhəmməd İbn ər-Rciyan dedi ki: Bizə Əli İbn Hərb əl-Məvsili 
dedi  ki:  Bizə  Şuayb İbn  Hərb  belə  deyərkən  dinlədim. Mn  Sufyan 
əs-Sovriyə  -  rahmətullahi  aleyhi  -  dedim  ki:  “Mənə  Sünnətə  uyğun 
bəzi  şeylər  söylə  ki,  Əziz  və  Cəlil  olan  Allah  onunla  məni 
faydalandırsın.  Mən  Uca  və  Böyük  olan  Allahın  hüzurunda 
durduğum  zaman  O  mənə:  “Sən  bunu  haradan  öyrəndin?”  deyə 
soruşarsa  mən:  “Rəbbim,  mənə  bu  hədisi  Sufyan  əs-Sovri  
rahmətullahi aleyhi - nəql  etdi  və  mən  onu  ondan  öyrəndim  deyim 
və  qurtulum.  Mənə  görə  cavabdeh  sən  olasan”.  Sufyan  
rahmətullahi aleyhi - dedi ki: “Ey Şuayb! Bu ağır, həm də nə ağır bir 
istəkdir”.  Yaz:  “Rahmən  və  Rahim  olan  Allahın  adı  ilə!  Quran 
Allahın  kəlamıdır,  məxluq  deyildir.  Ondan  gəldi,  Ona  da 
dönəcəkdir. Kim bundan başqa bir söz söyləyərsə o, kafirdir. İman 
–  söz,  əməl  və  niyyətdir.  Artar  və  əskilər.  İtaətlə  artar,  asiliklərlə 
azalar.  Əməl  olmadan  sözün  dəyəri  olmaz.  Söz  və  əməldə  yalnız 
niyyətlə  dəyər  tapar.  Sözün,  əməlin  və  niyyətin  də  caiz  olması 
yalnız  sünnətə  uyğun  olması  ilə  dəyər  tapar”.  Şuayb  dedi:  “Ey 
Abdullahın atası, sünnətə uyğunluq nə deməkdir?”. O: “İki şeyxi – 
Əbu  Bəkr  və  Öməri  –  radıyallahu  anhum  -  önə  keçirməkdir.  Ey 
Şuayb!  Osman  və  Əlini  –  radıyallahu  anhum  -  onlardan  sonra 
gələnlərdən önə keçirmədikcə yazdıqlarının sənə faydası olmaz. Ey 
Şuayb İbn Hərb! Rəsulullahın – sallallahu aleyhi və səlləm - Cənnətlik 
olduqlarına  şahidlik  etdiyi,  hamısı  da  Qureyşdən  olan  on  nəfər 
müstəsna  hər  hansı  bir  kimsə  Cənnətlik  və  ya  Cəhənnəmlik 
olduğuna  şahidlik  etməyi  tərk  etmədikcə  sənə  yazdırdıqlarımın 
faydası  olmaz.  Ey  Şuayb  İbn  Hərb!  (ayaqlarını)  ayaqqabıdan 
çıxarmadan  üzərinə  məsh  etməyi,  ayaqlarını  yumaqdan  daha 
uyğun  görmədiyin  müddətdə  yazdırdıqlarımın  sənə  faydası 
                                                
76
 “Şəzəratuz Zəhəbi” 1/250.  


 
68 
olmaz.  Ey  Şuayb  İbn  Hərb!  Namazda  “Bismilləhir  Rahmənir 
Rahimi”  gizli  oxumağı  açıqdan  oxumaqdan  daha  üstün 
görmədikcə  yazdırdıqlarımın  sənə  faydası  olmaz.  Ey  Şuayb  İbn 
Hərb!  Xeyriylə  şəriylə,  acısı  və  şirini  ilə  qədərə  və  hamısının 
Allahdan  gəldiyinə  iman  etmədiyin  müddətdə  yazdırdılarımın 
sənə  faydası  olmaz.  Ey  Şuayb  İbn  Hərb!  Allaha  and  olsun  ki, 
Qədəriyyənin  söylədiklərini  Allah  da  söyləməmiş,  mələklər  də 
söyləməmiş,  Peyğəmbərlər  də  söyləməmiş,  (Cənnət  əhli  də 
söyləməmiş),  Cəhənnəm  əhli  də  söyləməmiş,  onların  qardaşları 
olan  lənətlik  İblis  də  söyləməmişdir.  Allah:  “(Ya  Peyğəmbər!) 
Nəfsini  özünə  tanrı  edən  və  Allahın  bilərəkdən  (onu  hələ 
yaratmamışdan  gələcəkdə  kafir  olacağını  bildiyi  üçün)  yoldan 
çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi 
kimsəni  gördünmü?  Allahdan  başqa  kim  onu  doğru  yola  sala 
bilər?!  Məgər  düşünüb  ibrət  almırsınız?  (Haqqı  bildiyi  halda  küfr 
edənin  cəzası,  haqqı  bilmədən,  cahilliyi  üzündən  küfr  edənin 
cəzasından daha ağırdır. Çünki alimlə cahilin məsuliyyəti eyni ola 
bilməz!)”.  (əl-Casiyə  23).  “Amma  Allah  istəməyincə,  siz  istəyə 
bilməzsiniz!  Həqiqətən,  Allah  Biləndir,  Müdrikdir!”.  (İnsan  30). 
Mələklər:  “Onlar:  “Sən  paksan,  müqəddəssən!  (Bütün  eyib  və 
nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç 
bir  şey  bilmirik.  (Hər  şeyi)  bilən  Sən,  hikmət  sahibi  Sənsən”,  - 
dedilər".  (əl-Bəqərə  32).  Nuh:  “Əgər  Allah  sizi  (haqq  yoldan) 
sapdırmaq  (və  ya  məhv  etmək)  istəyirsə,  mən  sizə  nəsihət  vermək 
istəsəm də, heç bir faydası olmaz. O sizin Rəbbinizdir və siz Onun 
hüzuruna  qaytarılacaqsınız!".  (Hud  34).  Şuayb:  “Allah  bizi  sizin 
(batil)  dininizdən  xilas  etdikdən  sonra  biz  sizin  dininizə  dönsək, 
(sizin  bütpərəst  dininizin  haqq  olduğunu  etiraf  etməklə)  Allaha 
qarşı  yalan  uydurmuş  olarıq.  Rəbbimiz  Allah  istəməsə,  biz  əsla 
sizin  dininizə  dönə  bilmərik.  Rəbbimiz  elm  ilə  (Öz  əzəli  elmi  ilə) 
hər  şeyi  ehtiva  etmişdir.  Biz  yalnız  Allaha  təvəkkül  emişik.  Ey 
Rəbbimiz!  Bizimlə  tayfamız  arasında  ədalətlə  hökm  et.  Axı  Sən 
hökm  verənlərin  ən  yaxşısısan!”.  (əl-Əraf  89).  Cənnət  əhli:  “Biz 


 
69 
onların  (cənnət  əhlinin)  ürəklərindəki  kin-küdurəti  çəkib 
çıxardarıq.  Onların  (qaldıqları yerin) altından  çaylar axar.  Onlar 
(Rəbbinin bu lütfünü gördükdə) deyərlər: “Bizi bura gətirib çıxaran 
Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz 
özümüzə  doğru  yolu  tapa  bilməzdik.  Həqiqətən,  Rəbbimizin 
peyğəmbərləri  haqqı  gətirmişdilər!”  Onlara:  “Etdiyiniz  əməllərə 
görə varisi olduğunuz Cənnət budur!” – deyə müraciət ediləcəkdir". 
(əl-Əraf 43). Cəhənnəm əhli: “Onlar deyərlər: “Ey Rəbbimiz! Rəzil 
taleyimiz  (bədbəxtliyimiz)  bizə  qələbə  çaldı  və  biz  haqq  yoldan 
azan bir camaat olduq!”. (əl-Muminun 106). Qardaşları İblis: “İblis 
dedi:  "Ey  Rəbbim!  Sən  məni  yoldan  çıxartdığına  görə...”.  (əl-Hicr 
39). Ey Şueyb! Yaxşı və günahkar hər bir kəsin arxasında namazın 
səhih  olduğuna,  cihadın  Qiyamətə  qədər  davam  edəcəyinə,  istər 
zalım,  istər  adil  olan  hər  bir  əmirin  bayrağı  altında  səbr  etməyi 
uyğun  görmədiyin  müddətdə  yazdıqrdıqlarımın  sənə  faydası 
olmaz.  Şueyb:  “Ey  Əbu  Abdullah!  Bütün  namazlar  üçün  (bunu 
deyirsən)”  dedim.  O:  “Xeyr,  yalnız  Cümə  və  iki  bayram  namazı 
üçün  bunu  deyirəm.  Bu  namazları  kimin  arxasına  yetişsən  qıl. 
Bunlardan başqa qalan namazlara gəldikdə isə sən azadsan. Yalnız 
güvəndiyin  və  Əhli  Sünnə  vəl  Cəmaatdan  olduğunu  bildiyin 
kimsələrin  arxasında  qıl.  Ey  Şueyb!  Əziz  və  Cəlil  olan  Allahın 
hüzurunda  durduğun  zaman  səndən  bu  sözlər  barəsində 
soruşarsa:  Rəbbim!  Bu  sözləri  mənə  Sufyan  söylədi  de!  Sonra  da 
məni Rəbbimlə tək burax!”.  
 
Məlik İbn Ənəs 
rahmətullahi aleyhi  
 
Əbu  Abdullah  Məlik  İbn  Ənəs  İbn  Məlik  İbn  Əbu  Amir  əl-
Əsbahi.  Dörd  imamdan  biridir.  İmam,  Hafiz,  ümmətin  fəqihi, 
Şeyxulİslam,  Hicrət  yurdunun  imamı  H.  93/711-cü  ildə  Mədinə 
şəhərində dünyaya gəlmişdir. Ailəsi əslən Yəmənli olub, babası Zu 
Əsbəh qəbiləsinə mənsub olan Məlik b. Əbu Amr əl-Əsbəhi Yəmən 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə