Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə10/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   6   7   8   9   10   11   12   13   ...   73

 
29 
kimsəyə nə üçün hədd  cəzası tətbiq  edilir”  deyərsə:  “Allahın  əmr 
etdiyi  şeyi  tərk  etməməsi  üçün”  deyilir.  Çünki  o,  kimsə  köləsini 
öldürsə,  bu  Allahın  diləməsi  ilə  olur,  insanlar  da  o  kimsəni 
pisləyərlər. Əgər köləsini azad edərsə insanlar da etdiyi əmələ görə 
onu  tərif  edərlər.  Bunların  hər  ikisi  də  Allahın  diləməsi  ilə  baş 
verir.  O,  kimsə  bu  əməlləri  Allahın  diləməsi  ilə  etmiş  olur.  Lakin 
qul Allahın diləməsi ilə asilik edərsə bu kimsənin əməlində Allahın 
rızası  yoxdur  və  əməlində  doğruluq  yoxdur.  “Nə  üçün  ona  hədd 
cəzası  tətbiq  edilir?”  sualına  gəldikdə  isə  sual  düzgün 
verilməmişdir.  Çünki  onlar  bir  çox  asiliklərdə  də  Allahın 
diləməsini qəbul etmirlər. Ona görə içki içmək kimi bir əmələ hədd 
cəzası  yoxdur.  O,  isə  etdiyi  bütün  işləri  Allahın  diləməsi  ilə 
etmişdir”.  
 
İman Babı 
 
Əgər: “İmanın yeri haradır?” deyə soruşularsa onun qaynağı və 
yerinin  qəlb  olduğu,  budaqları  (şöbələri)  isə  bədəndədir  deyilir. 
Əgər:  “O,  barmağındadırmı?”  deyə  soruşarsa,  Bəli  –  de.  Əgər: 
“Barmaq  kəsildikdə  iman  hara  gedər?”  deyə  soruşarsa  ona: 
“Qəlbə” de
32
. Əgər: “Allah qullarından bir şey tələb edərmi?” deyə 
soruşarsa  ona:  “Xeyr,  onlar  yalnız  Allahdan  istəyərlər”  de.  Əgər: 
“Allahın  qulları  üzərində  olan  haqqı  nədir?”  deyə  soruşarsa  ona: 
“Ona  ibadət  edib,  heç  bir  şeyi  Ona  şərik  qoşmamaqlarıdır.  Bunu 
etdikləri  zaman  onların  Allahdan  gözldikləri  (onların  Allah 
üzərində 
olan 
haqqı), 
Allahın 
onları 
əff 
etməsi 
və 
mükafatlandırmasıdır.  Çünki  Allah  Quranda:  “(Ya  Peyğəmbər!) 
And  olsun  ki,  (Hüdeybiyyədə)  ağac  altında  sənə  beyət  etdikləri 
zaman  Allah  möminlərdən  razı  oldu.  (Allah)  onların  ürəklərində 
olanı  (sənə  sadiq  qalacaqlarını,  əhdə  vəfa  edəcəklərini)  bildi, 
onlara  (öz  dərgahından)  arxayınlıq  (rahatlıq,  səbir,  səbat,  mənəvi 
                                                
32
 Görünür  ki,  bu  sözlər  İmamın  söz  və  cavabından  deyildir.  Çünki  Sələflər  belə 
danışmayıblar. Allah daha doğru bilir!  


 
30 
qüvvə)  göndərdi  və  onları  yaxın  gələcəkdə  qazanılacaq  bir  qələbə 
(Xeybərin  fəthi)  ilə  mükafatlandırdı”.  (əl-Fəth  18).  Allah 
möminlərdən  razı  olur.  Allah  iblisə  qəzəb  edər.  “İstədiyinizi 
edin!”.  (Fusillət  40).  Ayəsi  Allahın  təhdidini  ifadə  edər.  “Səmud 
qövmünə  gəlincə,  Biz  onlara  haqq  yolu  göstərdik,  amma  onlar 
korluğu  (küfrü)  doğru  yoldan  üstün  tutdular.  Beləliklə,  onları 
qazandıqları  günahların  ucbatından  zəliledici  ildırım  əzabı 
yaxaladı”.  (əl-Fusillət  17).  Yəni,  onlara  hidayəti  göstərmiş  və 
açıqlamışdır  deməkdir.  “Kim  istəyir  inansın,  kim  də  istəyir 
inanmasın".  (əl-Kəhf  29).  Ayəsi  Vaid  ifadə  edər.  “Mən  cinləri  və 
insanları  yalnız  Mənə  ibadət  etmək  üçün  yaratdım”.  (əz-Zariyat 
56).  Yəni,  Mənim  təkliyimi  (birliyimi)  qəbul  etsinlər  deməkdir. 
Lakin  bu  fellərin  hamısı,  xeyri,  şəri,  şirini  (xoş  gün),  acısı  (çətin 
gün),  zərəri,  faydası  hamısı  Allahın  təqdirilədir.  “Əgər  Rəbbin 
istəsəydi,  yer  üzündə  olanların  hamısı  iman  gətirərdi.  İnsanları 
iman  gətirməyə  sənmi  məcbur  edəcəksən?!  (Bu  sənin  işin  deyildir. 
Sənin vəzifən ancaq islamı təbliğ etməkdir)”. (Yunus 99). “Əgər Biz 
(istədikləri  kimi)  mələkləri  onlara  göndərsəydik,  ölülər  onlara 
danışsaydı  və  hər  şeyi  dəstə-dəstə  toplayıb  onların  qarşısına 
qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin 
onların  əksəriyyəti  (bunu)  bilməz”.  (əl-Ənam  111).  “Heç  kəs 
Allahın  izni  olmadan  iman  gətirə  bilməz  (buna  görə  də  əbəs  yerə 
özünü  yorma).  Allah  (Özünün  öyüd-nəsihətlərini,  hökmlərini) 
anlamayanları  əzaba  (kəsafətə)  düçar  edər”.  (Yunus  100).  “Əgər 
Rəbbin  istəsəydi,  insanları  vahid  bir  ümmət  edərdi.  Amma  onlar 
elə  hey  ixtilafdadırlar.  Yalnız  Rəbbinin  rəhm  etdiyi  şəxslərdən 
başqa.  Allah  onları  bunun  üçün  yaratdı.  Rəbbinin:  "Mən 
Cəhənnəmi  bütün  günahkar  cinlər  və  insanlarla  dolduracağam!" 
Sözü  yerinə  yetəcək”.  (Hud  118-119).  “Biz  hər  ümmətə:  “Allaha 
ibadət  edin,  Tağutdan  çəkinin!  –  deyə  peyğəmbər  göndərmişdik. 
Onlardan  bir  qismini  Allah  doğru  yola  yönəltmiş,  bir  qismi  isə 
(Allahın  əzəli  elmi  ilə)  haqq  yoldan  azmalı  olmuşdur.  (Ey 
müşriklər!)  Yer  üzündə  dolaşıb  görün  ki,  (peyğəmbərləri)  yalançı 


 
31 
hesab  edənlərin  axırı  necə  oldu!”.  (ən-Nəhl  36).  “Amma  Allah 
istəməyincə,  siz  istəyə  bilməzsiniz!  Həqiqətən,  Allah  Biləndir, 
Müdrikdir!”.  (İnsan  30).  Yəni,  Allah  təqdiri  ilə  diləmədikcə  siz 
diləməzsiniz.  Şueyb  -  əleyhissəlam  -  buyurdu:  “Allah  bizi  sizin 
(batil)  dininizdən  xilas  etdikdən  sonra  biz  sizin  dininizə  dönsək, 
(sizin  bütpərəst  dininizin  haqq  olduğunu  etiraf  etməklə)  Allaha 
qarşı  yalan  uydurmuş  olarıq.  Rəbbimiz  Allah  istəməsə,  biz  əsla 
sizin  dininizə  dönə  bilmərik.  Rəbbimiz  elm  ilə  (Öz  əzəli  elmi  ilə) 
hər  şeyi  ehtiva  etmişdir.  Biz  yalnız  Allaha  təvəkkül  emişik.  Ey 
Rəbbimiz!  Bizimlə  tayfamız  arasında  ədalətlə  hökm  et.  Axı  Sən 
hökm  verənlərin  ən  yaxşısısan!”.  (əl-Əraf  89).  Nuh:  “Əgər  Allah 
sizi  (haqq  yoldan)  sapdırmaq  (və  ya  məhv  etmək)  istəyirsə,  mən 
sizə  nəsihət  vermək  istəsəm  də,  heç  bir  faydası  olmaz.  O  sizin 
Rəbbinizdir  və  siz  Onun  hüzuruna  qaytarılacaqsınız!".  (Hud  34). 
Yenə,  Allah  buyurdu:  “Doğrudan  da  (qadın)  ona  meyl  salmışdı. 
Əgər  Rəbbinin  dəlilini  (xəbərdarlığını)  görməsəydi,  (Yusif  də)  ona 
meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq 
üçün  belə  etdik.  O,  həqiqətən,  Bizim  sadiq  bəndələrimizdəndir!”. 
(Yusuf 24). Həmçinin Allah buyurdu: “And olsun ki, Biz Süleymanı 
(etdiyi  bir  xəta  üzündən)  imtahana  çəkdik.  Taxtının  üstünə 
(ruhsuz)  bir  cəsəd  atdıq  (və  ya:  taxtının  üstünə  bir  cin  oturtduq). 
Sonra  o  (peşman  olub  tövbə  etdi  və  yenidən  öz  mülkünə,  öz 
taxtına) qayıtdı”. (Sad 34).  
 
İmama Qarşı Üsyan Və Çıxış 
 
Əbu  Muti:  Yaxşılığı  əmr  edib,  pislikdən  çəkindirən,  insanlar 
arasında  tərəfkeşlərini  tapan  sonra  da  cəmaata  qarşı  çıxan  kimsə 
barəsində  sözün  nədir?  Bu  əməli  doğru  sayırsanmı?  Deyə 
soruşdum.  
Əbu Hənifə: “Xeyr” dedi. Mən: Nə üçün? Axı, Allah və Rəsulu 
yaxşılığı  əmr  edib, pislikdən çəkindirməyi əmr  etməmişdirmi?  Bu 
vacibdir”  dedim.  Əbu  Hənifə:  Bəli,  lakin  bu  kimsələrin  ifsat 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə