Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə6/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   2   3   4   5   6   7   8   9   ...   73

 
17 
ci illər  arası Yetmiş yaşında şəhidlər  kimi ölmüşdür.  Zəhərləndiyi 
də  rəvayət  edilir.  Bağdatda  Hayruzan  qəbristanlşığında  dəfn 
edildi
23
.  
Ölmündən  sonra  dərsləri  Əbu  Yusuf  -  rahmətullahi  aleyhi  - 
davam  etdirdi.  Fətvaları  toplanılaraq  kitablar  halına  salındı. 
Məzhəbi  sistematik  hala  gətirən  Muhəmməd  İbn  əş-Şeybanidir. 
“Əl-Asl”,  Camius  Sağir”,  “Camiul  Kəbir”,  “əz-Ziyadət”,  “Siyerul 
Kəbiri”  yazan  da  odur.  Məzhəbin  ana  kitabları  “Zahirur  Rivayə”, 
“Məsailul  Usul”.  Tələbələrinin  topladığı  “Fiqhul  Əkbər”,  “Fiqhul 
Əbsat”,  “Kitabul  Alim  vəl  Mutəallim”,  “Kitabur  Risalə”,  “əl-
Vasiyyə”,  “əl-Qəsidətul  Numaniyyə”,  “Mərifətul  Məzahib”, 
“Musnədul İmam Əbu Hənifə” və s. Bir çox şeyxlərdən dərs almış 
onlardan İbrahim İbn Muhəmməd əl-Muntəşir əl-Kufi, İbrahim İbn 
Yəzid ən-Nəhai əl-Kufi, İsmail İbn Xammad İbn Əbu Süleyman əl-
Kufi, Əyyub əş-Şaxtiyani əl-Basri Salim İbn Abdullah İbn Ömər İbn 
əl-Xəttab  və  s.  Şeyx  Əhməd  əl-Məkki  əl-Xarəzmi  deyir  ki, 
tələbələrinin  sayı  700  çatırdı.  Hər  biri  də  müsəlmanların  şeyxləri 
idi. H. 150/767-ci ildə dünyasını dəyişmişdir.  
 
FİQHUL ƏBSAT 
 
Bu Kitab “Fikhul Əkbər” kitabının başqa bir versiyasıdır. Çünki 
bu  kitabdan  bir  çox  Sələf  alimləri  öz  kitablarında  sitatlar 
gətirmişlər.  Məs:  İbn  Teymiyyə  “Əqidətul  Həməviyyə”,  İbn 
Qudəmə  “əl-Ulum”,  İbn  Qeyyim  “İctima  Cuyuşul  İsləmiyyə”, 
İmam  Zəhəbi  “əl-Uluv”.  Hər  biri  də  bu  kitabdan  sitat  gətirdikdə 
adını  “Fiqhul  Əkbər”  deyərdilər.  “Fiqhul  Əbsat”  adı  sonradan 
Hənəfilər  tərəfindən  verilmişdir.  Bunu  oğlu  tərəfindən  rəvayət 
edilən  “Fiqhul  Əkbər”  kitabından  ayırmaq  üçün  idi.  “Fiqhul 
Əbsat” kitabını Əbu Hənifədən - rahmətullahi aleyhi – rəvayət edən 
Əbu Mutidir. Əbu Muti kimdir? Muhəddislərdən Əbu Davud, İbn 
                                                
23
 ən-Nəməri “əl-İntiqa” 170.  


 
18 
Hibban, Əbu Hətim bu ravini zəif ravi adlandırmışlar. Əbu Davud 
-  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Onun  hədisləri  Mətrukdur  və 
Cəhmi
24
 olmuşdur”.  Əbu  Hətim  -  rahmətullahi  aleyhi  -  deyir  ki: 
“Murciyə
25
 olmuşdur  və hədisləri  də qəbul  edilmir”. İbn  Hibban  
rahmətullahi aleyhi - deyir ki: “Murciyənin başçılarından olmuşdur”.  
Hər iki kitab Hənəfilərdə və Mətrudilərdə əsas mənbə kitablardan 
sayılır.  Onlar bu kitablara əsaslanır, söykənirlər. Lakin bu kitablar 
onların  əleyhlərinə  olan  bir  kitabdır.  Çünki  Hənəfilərin  və 
Mətrudilərin  etiqadi  məsələlərdə  bir  çox  görüşləri  bu  kitabla  üst-
üstə  düşmür.  Onların Allahın  İsimləri  barəsində olan  etiqadlarına 
ziddir.  Bu  kitab  Əbu  Mutinin  İmam  Əbu  Hənifənin  - rahmətullahi 
aleyhi - sözlərindən çıxardığı bir nəticədir. Əgər biz görsək ki, nəsə 
bu kitabda - İmam Təhavinin - rahmətullahi aleyhi - qeyd etdiklərinə 
                                                
24
 Cəhmilər  kimlərdir?  –  Özlərini  İslama  nisbət  edən,  Kəlam  əhlinin  bir  qoludur.  Onlar 
Allahın  gözəl İsimləri  və İman  barəsində küfr etiqaddadırlar. Bu etiqadın başçısı  Cəhm İbn 
Saffandır.  Əbu  Muxriz  kimi  tanınır.  İlk  dəfə  H.  102-ci  ildə  bu  etiqadını  yaymağa  başlayır. 
Qədər barəsində insanın seçimini, iradəsini inkar edir, ilk olaraq Quranın yaradılmış olması 
fikirlərini ortaya atır  və Allahın İsim  və Sifətlərini təmamilə  inkar edirdi. Onlar  deyirlər  ki: 
İman  yalnız  Allah  barəsində  bilməkdir,  küfr  isə  -  Allah  barəsində  bilməməkdir.  Söz  və 
əməllər  imana  daxil  deyildir.  Ona  görə  də  onlar  deyirlər  ki,  əgər  insan  Allahı  tanıdısa  və 
sonra  dili  ilə  inkar  etdisə  kafir  olmur.  Onlar  həmçinin  etiqad  edirlər  ki,  iman  hər  kəsdə 
eynidir.  Peyğəmbərlərdən  və  sıravi  müsəlmanlara  qədər.  Ona  görə  də  imanın  artıb 
azalmasını  da  qəbul  etmirlər.  Həmçinin:  Qiyamət  günü  Sıratın  olmasına,  Tərəzinin 
olmasına,  Allahı  görməyi,  Qəbr  əzabnın  olmasını,  Cəhənnəm  və  Cənnətin  əbədi  olmasını, 
Allahın  kəlamını,  Allahın  Ərşin  üzərinə  İstiva  etməsini  və  s  inkar  edirlər.  Küfr  olan 
etiqadları özlərində daşıyırlar.  
25
 Murciyə  Kimlərdir?  -  Murciyə  qolları  çoxdur.  İbn  Teymiyyə  “İman”,  İbnul  Cevzi 
“Şeytanın Hiylələri” kitabında 12  qolunu  zikr edirlər.  Ğulət  Murciə  deyirlər  ki: İman – tək 
qəlbin bilmsidir. Onlara görə İblis, Firon bilirdi. Küfr isə Allahı bilməməkdir. Əməllər iman 
məfhumunun  içərisinə  daxil  deyildir.  Bu  zaman  həm  zahiri,  həm  də  qəlbi  əməllər  qəsd 
olunur.  Onlar  hər  ikisini  də  imandan  görmürlər.  Sələflər  isə  tək  qəlbi  əməlləri  imandan 
görməyəni  küfr  etmiş  saymışlar.  Murcuyə  Fuqaha  (Yəni:  İmam  Əbu  Hənifə  -  rahmətullahi 
aleyhi  -  və  yoldaşları)  belə  demir.  Murciyə  Fuqaha  –  qəlb  ilə  təsdiq,  dil  ilə  iqarar.  Zahiri 
əməllər iman məfhumuna daxil deyil. Gulət Murciyələrdən fərqli olaraq əməlləri bütünlüklə 
inkar  da  etmirlər.  Zahiri  əməllərin  olmaması  imana  təsir  etmir.  Sənin  qəlb  ilə  bilib  təsdiq 
etməyin  və  dil  ilə  iqrar  etməyin  onu  göstərir  ki,  sənin  imanın  Peyğəmbərlərin,  Mələklərin 
imanı  kimidir.  İmanın  bütöv  bir  şey  olduğunu  qəbul  etdikləri  üçün  artıb  azalmasını  da 
qəbul  etmirlər.  Kafirə  yaxşı  əməllərin  xeyiri  olmadığı  kimi,  möminə  də  günah  əməllərin 
təsiri yoxdur. 


 
19 
ziddir,  çünki  bəzi  alimlər  imamların  etiqadi  məsələlərdə  sözlərini 
bir  yerə  toplamışlar.  Məs:  Həllal,  İmam  Əhmədin  -  rahmətullahi 
aleyhi  -  etiqadını  toplayarkən  bir  kitaba,  Beyhəqi  “Cəmiun  Nusus 
Min Kəlamiş Şəfii” adlı əsərində İmam Şəfiinin - rahmətullahi aleyhi 
sözlərini toplamışdır
26
. Bundan sonra İmam Əbu Cəfər ət-Təhavi 
rahmətullahi  aleyhi  -  bütün  ümmətin  təqdirini  qazanan  nəfis  bir 
risalə  yazaraq  Sələfin,  İmam  Əbu  Hənifə  və  tələbələri  Əbu  Yusuf 
və  Muhəmməd  əş-Şeybaninin  əqidəsini  “Əqidətul  Təhaviyyə”  və 
ya  “Bəyanus  Sunnə”  kitabında  bəyan  etdi.  “Usulud  Din” 
məsələsində  Əbu  Hənifənin  etiqadı  digər  imamlardan  İman 
məsələsi  xaric  heç  bir  fərqi  yoxdur.  Təhavi  şərhinə  görə  isə  iman 
məsələsində  ixtilaf  Ləfzi ixtilafdır
27
.
  - 
deməli  İmamın sözləri  deyil 
ona nisbət edilən sözlərdir. 
 
 
Əqidəni Bilmək Ən Böyük Fiqhdir 
 
Həmd  aləmlərin  Rəbbinə,  Salat  və  salam  Peyğəmbərimiz 
Muhəmmədə – sallallahu aleyhi və səlləm – və onun ailə və əshabına 
olsun.  
İmam  Əbu  Bəkr  Muhəmməd  İbn  Muhəmməd  əl-Qasani,  Əbu 
Bəkr  Alaud-Din  Muhəmməd  İbn  Əhməd  əs-Səmərqəndidən 
rəvayət  etdi:  Bizə  Əbul  Muin  Meymun  İbn  Muhəmməd  Məqhuli 
ən-Nəsəfi, ona  əl-Fadl ləqəbli Əbu Abdullah əl-Huseyn İbn Əli əl-
Qaşqari,  ona  Əbu  Malik  Nasran  İbn  Nasr  əl-Huttəli,  ona  Əli  İbn 
Həsən İbn Muhəmməd əl-Qazzal, ona Əbul Həsən Əli İbn Əhməd 
əl-Farisi, ona Nusayr İbn Yəhyə əl-Fəqih xəbər verdi və dedi: Əbu 
Muti  Həkəm  İbn  Abdullah  əl-Bəlxinin  belə  dediyini  eşitdim:  Əbu 
Hənifəyə  -  rahmətullahi  aleyhi  -  Fiqhul  Əkbəri  (Böyük  Fiqh) 
haqqında soruşdum o da:  
                                                
26
 “Ləvamiul Ənva” 1/66.  
27
 Daha  geniş  məlumat  üçün  bax:  Muhəmməd  əl-Xumeyyis  “Əqidətu  İmam  Əbu  Hənifə  Fi 
Usulud Din”.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə