Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə5/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   2   3   4   5   6   7   8   9   ...   73

 
14 
Süleymanla  (Süleymanın  sayəsində)  aləmlərin  Rəbbi  olan  Allaha 
təslim  oldum".  (ən-Nəml  44).  İslam  sadəcə  Allaha  təslim  olmaq 
deməkdir.  Həm  Allaha  həm  də  bir  başqasına  təslim  olan 
müşrikdir.  Allaha  təslim  olmayan  Ona  ibadət  etməkdən 
təkəbbürlənmişdir,  Ona  şərik  qoşan  və  Onun  ibadətinə  qarşı 
təkəbbürlənən  kimsə  kafirdir.  Bu  İslam  dinidir  ki,  Allah  Ondan 
başqa  din  qəbul  etməz.  Bütün  Peyğəmbərlərin  etiqadları  eyni 
olduğu kimi dəvətlərinin əsası və dəvət etdikləri təməl də eynidir 
ki,  bu  da  ortağı  olmayan  bir  və  tək  olan  Allaha  ibadət  etməkdir. 
Hər bir Peyğəmbər dəvətini bu cümlə ilə başlayırdı: “Allaha ibadət 
edin, sizin ondan başqa İlahınız yoxdur”. Allah xəbər verir ki, Nuh, 
Hud,  Saleh,  Şueyb,  və  digər  bütün  Peyğəmbərlər  –  Allahın  onlara 
salamı  olsun  -  dəvətlərini  bu  kəlimə  yəni  Tövhid  ilə  başlamışlar. 
Dinin  təməli  də  budur.  Günümüzdə  də  dəvətin  bu  əsas  üzərində 
edilməsi  və  insanları  sadəcə  Allaha  qulluq  etməyə  çağırmaq 
lazımdır.  “Biz  Nuhu  -  əleyhissəlam  -  öz  xalqına  elçi  göndərdik.  O 
dedi:  "Biz Nuhu öz  tayfasına  (peyğəmbər)  göndərdik.  O dedi:  “Ey 
camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız 
yoxdur.  Mən  (müsibəti)  böyük  günün  (qiyamət  gününün)  sizə  üz 
verəcək  əzabından  qorxuram!".  (əl-Əraf  59),  “Ad  tayfasına  da 
qardaşları  Hudu  (peyğəmbər  göndərdik).  O  dedi:  “Ey  camaatım! 
Allaha  ibadət  edin.  Sizin  ondan  başqa  heç  bir  tanrınız  yoxdur. 
Məgər  (Allahın  əzabından)  qorxmursunuz?".  (əl-Əraf  65),  “Səmud 
tayfasına da qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: “Ey 
camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız 
yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi 
(maya)  dəvəsi  sizin  üçün  (peyğəmbərliyimi  təsdiq  edən)  bir 
möcüzədir.  Buraxın  Allahın  torpağında  otlasın,  ona  pislik 
etməyin,  yoxsa  çox  şiddətli  bir  əzaba  düçar  olarsınız!”.  (əl-Əraf 
73).  
Allaha  həmd  olsun  ki,  verdiyi  nemətlər  sayəsində:  “Sələf 
İmamlarının  Etiqadı”  adlı  kitabı  da  toplaya  bildik.  Bu  kitabı 
tərcümə  edib  toplamaqda  məqsədimiz  də  birdi:  Dörd  imam  və 


 
15 
digər  sələf  imamlarının  etiqadlarının  eyni  olduğunu  və  bir 
qaynaqdan  Quran  və  Sünnədən  qaynaqlandığını  müsəlmanlara 
çatdırmaqdır.  Çox  az  bir  qism  insanlar  bu  imamların 
etiqadlarından  xəbərləri  vardır.  Burada  olanlar  həm  də  Mənim 
Allahın  qulu  K.  Hüseynin  etiqadıdır.  Allahdan  bizləri  bu  doğru 
etiqad  üzərə  yaşatmasını  və  bu  etiqad  üzərə  sabit  etməsini 
diləyirəm.  Dua  edirəm  ki,  Allah  bu  kitabı  İslam  ümməti  üçün 
xeyirli və faydalı etsin!  
İlk  növbədə  Allahdan  bu  işimin  dolğun,  düzgün  şəkildə 
toplayıb  başa  çatdırılmasını  diləyirəm.  Allahdan  əməlimi  onun 
üçün  ixlaslı  olmasını,  məndən  qəbul  edib  onunla  müsəlmanları 
faydalandırmasını  diləyirəm.  Əgər  haradasa  xəta  etmişəmsə  bu 
nəfsimdən  və  şeytandandır.  Şeytandan  və  çarəsizlikdən  Allaha 
sığınıram.  Burada  düzəldilməsi  mühüm  olan  yerləri  tapdıqdan 
sonra mənə öyüd-nəsihət verəndən, səhvlərimi və xətalarımı mənə 
bəyan 
edəndən 
Allah 
razı 
olsun. 
Allah 
onu 
xeyirlə 
mükafatlandırsın! Mən ona əvvəlcədən öz təşəkkürümü bildirirəm.  
Güvəndiyim  Allahdır,  işlərimi  Ona  həvalə  edirəm  və  Ona 
arxalanıram.  Həmd  və  nemət  yalnız  Onadır.  Müvəffəqiyyət  bəxş 
edən  və  xətalardan  qoruyan  da  Odur.  "Məni  yaradan  və  məni 
doğru  yola  yönəldən  Odur!  Məni  yedirdən  də,  içirdən  də  Odur! 
Xəstələndiyim  zaman  mənə  yalnız  O  şəfa  verir.  Məni  öldürəcək, 
sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına 
ümid  etdiyim  də  Odur!  Ey  Rəbbim!  Mənə  hikmət  bəxş  et  və  məni 
salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət 
et! Məni Nəim Cənnətlərinin varislərindən et". (əş-Şuəra 78-85). 
Allahın  salavat  və  salamı  onun  Peyğəmbəri  Muhəmmədə  – 
sallallahu  aleyhi  və  səlləm  –,  onun  ailə  üzvlərinə,  səhabələrinə  və 
Qiyamətə  qədər  onun  yolu  ilə  gedən  saleh  möminlərin  üzərinə 
olsun!  
 
BitirdimMiladi 2012-ci il 16 Fevral 
Hicri: 1433-cü il Rabiul Əvvəl 23 
Həmd Olsun Aləmlərin Rəbbi Olan Allaha! (Yunus 10) 


 
16 
İmam Əbu Hənifə 
rahmətullahi aleyhi -  
 
ən-Numan İbn Sabit İbn əl-Mərzuban. Bəzi məlumatlara görə H. 
80/700-ci  illərdə  Əfqanıstanın  paytaxtı  Kabulda,  digər  rəvayətə 
görə  isə  Kufədə  Abdulməlik  İbn  Mərvanın  xəlifəliyi  dövründə 
dünyaya gəlmişdir. Ərəb olmasada, ərəblər arasında böyüyüb böya 
başa  çatmışdır.  Fars  ya  da  Türk  olması  haqda  bir  çox  məlumatlar 
vardır.  Kufədə  tanınmış  bir  ailədə  böyüyüb  başa  çatmışdır.  Kiçik 
yaşlarından  Quranı  hifz  etmiş.  Atası  ilə  bir  neçə  dəfə  Məkkə  və 
Mədinəni  ziyarət  etmişdir.  Yaşadığı  dövürdə  kəlam  elmi  geniş 
yayıldığı üçün bu elmi öyrənmiş lakin sonradan kəlamı tərk edərək 
Şeyx  Həmmədin yanında fiqh öyrənməyə  başlamışdır.  İmam  Əbu 
Hənifə  -  rahmətullahi  aleyhi  -  atasıyla  16  yaşında  Həccə  getdikdə 
orada Tabiinlərdən olan Ata İbn Əbu Rəbah, İkrimə, Nəfi, Qatadə 
və  s.  ilə  görüşərək  onlardan  hədis  dinlədiyi  də  rəvayət  olunur
21
 
Özü Tabiinlərdən sayılır və Ətbau Tabiinlərin böyüklərindəndir. 18 
il  İraqın  böyük  alimi  olan  Həmməd  İbn  Əbu  Suleymanın 
dərslərində iştirak etmişdir. Müəllimləri İbrahim ən-Nəhai, əş-Şabi 
kimi böyük fiqh alimləridir. Özü deyərdi ki: «Ömərin, İbn Abbasın, 
İbn  Məsudun  və  Əlinin  fiqhini  onların  əshabından  aldım»
22
.  Əbu 
Hənifənin  -  rahmətullahi  aleyhi  -  minlərcə  tələbəsi  olmuşdur  ki, 
bunlardan 40 yaxını müctəhid mərtəbəsinə çatmışdır ki, bunlardan: 
Əbu Yusuf, Muhəmməd İbn Həsən əş-Şeybani, Davud ət-Tai, Əsəd 
İbn  Amr,  Həsən  İbn  Ziyad,  Qasım  İbn  Maan,  Əli  İbn  Muhsir, 
Hibban İbn Əli və s. Əməvi və Abbasilərin idarəçiliyi dövülərində 
yaşamış,  hər  iki  dövürdə  də  ona  təklif  edilən  vəzifə  təklifilərini 
rədd  etmişdir.  Lakin  ikinci  Abbasi  xəlifəsi  Əbu  Cəfər  Mənsurun 
təklifini qəbul  etmədyi  üçün  həbsə  atılmışdır.  Bağdada  15 günlük 
həbs müddətindən sonra Əbu Hənifə - rahmətullahi aleyhi - 150/770-
                                                
21
 İbnul Əsir “Usdul Ğabə” 3/133.  
22
 İmam Zəhəbi “Mənakibul  İmam Əbu Hənifə  və  Sahiheyn Əbu Yusuf  və  Muhəmməd İbn 
Həsən”, Misir. Əbu Zəhra, Əbu Hənifə 44.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə