Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə12/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   8   9   10   11   12   13   14   15   ...   73

 
35 
                                                                                                           
6/71,111,180,  Nəsəi  4/93,94,  İbn  Məcə  1546,  əl-Albani  «Əhkəmul-Cənaiz»  s.  239,  «İrvəul 
Ğəlil» 3/236. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və 
səlləm – buyurdu: «Hər Peyğəmbərin qəbul edilmiş duası vardır. Hər peyğəmbər bu duasını 
etmişdir. Lakin mən duamı Qiyamət günündə ümmətimə şəfaət etmək üçün saxladım. Artıq 
ümmətimdən  Allaha  heç  bir  şeyi  şərik  qoşmamış  olan  kimsələr  inşəallah  bu  şəfaətə  nail 
olacaqlar».  Buxari,  Müslim.  Əbu  Hureyrə  –  radıyallahu anhu –  rəvayət  edir  ki,  Peyğəmbər  
sallallahu aleyhi və səlləm – buyurdu: «Süleyman b. Davud (Allahın salamı iksinin də üzərinə 
olsun):  «Şübhəsiz  bu  gecə  yetmiş  (Bəzi  rəvayətlərdə  90,  bəzilərində  99,  bəzilərində  100
zövcəmi  (xanımlarımı)  dolaşacağam.  Zövcələrimdən  hər  biri  Allah  yolunda  vuruşacaq  bir 
süvari  doğacaq»  dedi.  Bu  an  yoldaşı  (olan  mələk)  Ona:  «İnşəallah  de!»  dedi.  Lakin  o, 
İnşəallah deməyi unutdu. Bunundan sonra o, qadınlardan biri xaric, heç biri hamilə olmadı. 
O,  da  xəstə  olan  bir  uşaq  doğdu».  Sonra  Peyğəmbər  - sallallahu aleyhi və səlləm –  buyurdu: 
«Nəfsim  əlində  olan  Allaha  and  olsun  ki,  əgər  İnşəallah  demiş  olsaydı  hər  biri  Allah 
yolunda  vuruşacaq  süvarilər  doğardılar  (Başqa  rəvayətdə:  Əgər  İnşəallah  demiş  olsaydı 
vədini yerinə yetirmiş olardı və öz istəyinin yerinə yetməsi üçün daha çox ümüdü olardı)». 
Buxari  5242,  Müslim  1654,  Nəsəi  7/30,31,  İmam  Əhməd  2/229,275,506,  Tirmizi  1532. 
Səhabələrdən  gələn  rəvayətlərdə:  Əbul-Vahterinin  (Səid  İbn  Feyruz)  rəvayətinə  görə  Əli  – 
radıyallahu anhu –  demişdir:  «Bir  kimsənin  mən  möminən  deməsi  bidətdir».  İmam  Əhməd 
«əs-Sünnə»  643,  əl-Laləkai  1778.  İbn  Məsud  –  radıyallahu  anhu  –  deyir:  «Hər  kim  mömin 
olduğuna dair şahitlik edərsə, özünün Cənnətdə olduğuna da şahidlik etsin». İmam Əhməd 
«əs-Sünnə»  711,721,  əl-Laləkai  1779.  Bir  nəfər  İbn  Məsud  –  radıyallahu anhu –  nun  yanında 
şübhəsiz ki, mən möminəm dedikdə İbn Məsud ona: «Onda mən Cənnətliyəm də de!» dedi. 
Sonra İbn Məsud – radıyallahu anhu – o, adama: «Lakin biz Allaha, Mələklərinə, Kitablarına, 
Peyğəmbərlərinə  inanırıq».  Əbu  Ubeyd  «İman»  11,  İmam  Əhməd  «əs-Sünnə»  655,668, 
Təbərani  «əl-Kəbr»  9/8792,  əl-Laləkai  1780.  Bir  nəfər  İbn  Məsud  –  radıyallahu  anhu  –  nun 
yanında  şübhəsiz  ki,  mən  möminəm  deyir:  «Ey  Əbu  Abdurrahmən!  Bu  adam  mömin 
olduğunu  iddia  edir».  İbn  Məsud  –  radıyallahu  anhu  –  onların  bu  sözlərinə:  «Ondan  bir 
soruşun görün o, Cənnətlikdir yoxsa Cəhənnəmlik?» Onlar həmin şəxsdən bunu soruşurlar. 
Adam  da  onlara:  «Allah  ən  doğrusunu  bilir».  Adamın  bu  cavabından  sonra  İbn  Məsud  – 
radıyallahu  anhu  –  ona:  «İkincisini  (yəni  Cənnətlik  və  ya  Cəhənnəmlik  olduğunu)  Allaha 
həvalə etdiyin kimi birincisini də Allaha həvalə etsəydin?» dedi». əl-Albani – Əbu Ubeydin 
«İman»  kitabında  səhih  olduğunu  qeyd  edir.  S.  67.  İmam  Əhməd  –  rahmətullahi  aleyhi  – 
imana dair sual verildikdə o: «İman - söz, əməl və niyyətdir!» deyə cavab vermişdir. Bu dəfə 
ona: «Adam sən möminsən?» deyə soruşarsa, o: «Bu bir bidətdir!» deyə cavab vermişdir. Bu 
səfər  ona:  «Yaxşı,  beləsinə  necə  cavab  verilir?»  deyilincə,  «İnşəallah,  möminəm!»  deyilir, 
deyə  cavab  vermişdir.  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  qəbr  əhlini  ziyarət  etdikdə 
buyurdu:  «İnşəallah,  biz  də  sizə  qovuşacağıq!».  O,  burda  istisna  etdi.  O,  isə  yəqin  olaraq 
öləcəyini  bildiyi  halda  istisna etdi».  əl-Laləkai «əs-Sunnə» 1798.  Vəlid İbn Müslim: «Əvzai, 
Məlik İbn Ənəs və Səid İbn AbdulƏzizin kişinin mən möminəm deməsini inkar etdiklərini, 
inşəallah  mən  möminəm  deməsinə  isə  izn  verdiklərini  eşitdim».  İmam  Əhməd  «əs-Sünnə» 
687,744.  İmam  Beyhəqi  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Bunu  –  imanda  istisna  etməyi  – 
səhabədən  bir  qrupdan,  tabiinlərdən  və  sələfi  salihdən  rəvayət  etdik».  İbrahim  ən-Nəhai  – 
rahmətullahi  aleyhi  –  deyir  ki:  «Bir  kimsənin  bir  nəfərə  –  Sən  möminsən  –  deyə  soruşması 
bidətdir».  Beyhəqi «Şuabul İman» 1/212. Sufyan İbn Uyeynə – rahmətullahi aleyhi – deyir  ki: 
«Bir  kimsəyə  sən  möminsən  deyə  soruşulduğu  zaman  istəyirsə  cavab  verməsin  və  belə 


 
36 
                                                                                                           
desin: «Sənin mənə  belə  bir  sual  verməyin bidətdir,  mən  imanımdan  şübhə etmirəm. İman 
artar və əskilər. Mən möminəm inşallah deyəni isə tənqid etmə». İbn Batta «əl-İbanə» 2/881 
(1213). İmam əl-Acurri – rahmətullahi aleyhi – deyir ki: «Sözünü etdiyimiz elm adamlarından 
həqiqət  əhlinin  bir  özəlliyi  də  imanda  istisna  etmələridir.  Bu  şübhə  üzərində  edilən  bir 
istisna  deyildir – imanda  şübhədən Allaha  sığınırıq – Lakin imanda kamil bir  mənaya gələ 
biləcək  şəkildə  nəfislərini  təzkiyə  etməkdən  qorxduqları  və  imanın  həqiqətinə  layiq 
kimsələrdən  olub-olmadıqlarını  bilmədikləri  üçün  edilən  bir  istisnadır.  Bu  səhabələrin  və 
onlara gözəl bir şəkildə uyanların yoludur». əl-Acurri «Kitabuş Şəriya» 2/656. İbn Teymiyyə 
–  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Mütləq  iman  Allahın  quluna  əmr  etdiyi  şeylərin  hamısını 
etməyi və haramları tərk etməyi əhatə edir. Bir kimsə: «Kimsə özünə mən möminəm dediyi 
zaman  əmr  edilən  bütün  şeyləri  yerinə  yetirən  və  qadağaları  tərk  edən  təqva  sahibi 
yaxşılardan  olduğuna  şahidlik  etmişdir.  O,  artıq  Allahın  vəlilərindən  olur.  Bu  insanın  bir 
növü  öz  nəfsini  təzkiyə  etməsi  və  bilmədiyi  bir  şeylə  öz  lehinə  şahidlik  etməsi  deməkdir. 
Əgər  bu  şahidlik  səhih  olsaydı  insanın  bu  hal  üzərə  ölməsi  onun  Cənnətlik  olmasına  da 
şahidlik etməsi lazım gəlir. Özünün Cənnətlik olmasına şahidlik edən heç kimsə yoxdur. Öz 
nəfsi  üçün  imanla  şəhadət  etməsi,  bu  hal  üzərə  ölürsə  Cənnətlik  olacağına  şahidlik  etməsi 
kimidir”. Məcmul Fətava 7/446. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «İbn Məsud və 
səhabələr, Sevri, İbn Uyeynə, Kufə alimlərindən bir çoxu, İmam Əhməd və sünnə imamları – 
Allah  onlardan  razı  olsun  -  kimi  hədis  alimləri  də  imanda  istisna  edərdilər.  Bu  onlardan 
mütəvatir olaraq gəlmişdir». İbn Teymiyyə «İman» s. 375, 394, «Məcmuul Fətava» 7/438-460. 
Həmçinin  səhabələrdən:  «Ömər,  İbn  Məsud,  Əli,  tabiinlərdən  -  İbn  Əbi  Muleykə,  Tavus, 
Həsənul-Basri,  Məhəmməd  İbn  Sirin,  İbrahim  ən-Nəhai,  Səid  İbn  Feyruz,  Dəhhak  İbn 
Məşriki,  İsmail  İbn  Əbu  Xalid,  Muğirə  İbn  Miksəm,  fikhçilərdən  Abdullah  İbn  Şübrümə, 
Mamər İbn Rəşid, Sufyan əs-Səvri, Sufyan İbn Uyeynə, Abdullah İbn Mubərək, İmam Məlik, 
İmam  Əhməd  – Allah onlardan razı olsun  -  və  s.  rəyləridir».  İmam  Əhməd  «əs-Sünnə»  307-
384, əl-Laləkai 5/967,968, Nəvəvi «Şərh Səhih Müslim» 1/150, Bəğavi «Şərhi Sünnə» 1/41.  
36
 İslamda İstisna Etmək «İnşəallah, Mən Müsəlmanam» Demək - İslamda istisna etmək bir 
kimsənin  –  İnşəallah  Mən  Müsəlmanam  –  deməsidir.  Əhli  Sünnə  vəl  Cəmaat  istisnanı 
imanda caiz görürlər. İslamda isə caiz görməzlər. Çünki bildiyimiz kimi İslam iman deyildir. 
İmanın  dərəcələri  vardır.  İnsanlar  iman  mərtəbəsində  dərəcə-dərəcədirlər.  Onlardan  bir 
qrupu  ehsan  dərəcəsindədir,  bir  qrupu  mömindirlər,  bir  qrupu  da  müsəlmandırlar.  Bu  da 
dərəcənin ən aşağısıdır. Ondan  aşağı  küfürdən  başqa bir  şey  deyildir.  Bir kimsə  müsəlman 
deyilsə  kafirdir.  Lakin  müsəlman  olmayan  kimsə  müsəlman  ola  bilir.  Çünki  şəhadət 
kəlməsini  söyləyən  kimsə  müsəlman  olur  və  digər  kafirlərdən  fərqlənir.  Beləcə  onun 
haqqında İslamın hökümləri işlədilir. Şəri dəlillər İslamda istisna etmədən – Mən müslmanam 
–  deməyə  dəlalət  edir.  «Allaha  tərəf  çağıran,  yaxşı  iş  görən  və  mən  müsəlman-lardanam 
deyən kəsdən daha gözəl danışan kim ola bilər» (əl-Fussilət 33). «Bədəvi ərəblər: «Biz iman 
gətirdik!»  dedilər.  (Ya  Peyğəmbər!  Onlara)  De  ki:  «Siz  (qəlbən)  iman  gətirmədiniz!  Ancaq: 
«Biz  İslamı  qəbul  etdik!»  deyin.  Hələ  iman  qəlblərinizə  daxil  olmamışdır.  Əgər  Allah  və 
Peyğəmbərinə  itaət  etsəniz  O,  sizin  əməllərinizdən  heç  bir  şeyi  əskiltməz.  Həqiqətən  Allah 
bağışlayan və rəhm edəndir». (əl-Hucurat 14). İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir  ki: 
«Bu ayə İmam Əhməd – rahmətullahi aleyhi – və s. İslamda deyil, imanda istisna edilməsinin 
və  böyük  günah  edənlərin  iman  mərtəbəsindən  çıxıb  islam  mərtəbəsinə  girdiklərinə  dair 
sürdükləri  dəlillərdəndir».  əl-Meymuni  dedi  ki:  «İmam  Əhməddən  -  Mən  İnşəallah 
Möminəm  –  sözü  haqqında  fikrin  nədir».  O:  «İnşəallah  möminəm  deyirəm.  Müsəlman 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə