Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə15/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   11   12   13   14   15   16   17   18   ...   73

 
43 
Qəbr Zabının Olmasının İsbatı 
 
Əbu  Hənifə:  “Qəbr  əzabının  olduğuna  inanmıram  (yoxdur)” 
deyən  kimsə  həlaka  uğrayan Cəhmidir.  Çünki o Allahın:  “Onlara 
iki  dəfə  (dünyada və  qəbr  evində)  əzab  verəcəyik.  Sonra  (axirətdə) 
isə  ən  böyük  əzaba  uğrayacaqlar”.  (ət-Tövbə  101)  ayəsində  qəbr 
əzabı  qəsd  olunmalıdır.  “Şübhəsiz  ki,  zalımları  (kafirləri)  hələ 
bundan  başqa  da  (dünyada  və  qəbir  evində)  əzab  gözləyir.  Lakin 
onların  əksəriyyəti  (bunu)  bilməz!”.  (ət-Tur  47).  Yəni  qəbr  əzabı 
olan  ayələri  inkar  etmiş  olar.  Əgər:  Mən  ayəyə  inanıram,  lakin 
Təfsir  və  Təvilinə  inanmıram”  deyərsə  kafir  olar.  Çünki  Quranda 
elə ayələr vardır ki, onlar özləri təfsirdirlər (açıq-aydındırlar). Əgər 
bunu inkar edərsə kafir olar. Mənə bir nəfər Mihləl İbn Amrdan, o 
da  İbn  Abbas  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm - buyurdu: “Mənim ümmətimin ən şərliləri 
mən atəşdə deyil Cənnətdə olacağam deyənlərdir”.  
 
Allahın Adından And İçməyin Qadağan 
Olunması 
 
Əbu  Zubyan  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  – 
sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  “Ümmətimdən  Mutəalli 
olanların vay halına”. Biz: “Mutəalli olanlar kimdir?”. Peyğəmbər: 
“Onlar  filan  kimsə  Cənnətdə,  filan  kimsə  də  Cəhənnəmdədir  dey 
and  içənlərdir”  deyə  buyurdu.  Mənə  Nəfi,  o  da  İbn  Ömər  – 
radıyallahu  anhu  -  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 
səlləm  -  buyurdu:  “Allah  Qiyamət  günü  hökm  edənə  qədər 
ümmətimin Cənnətdə  və ya  Cəhənnəmdə olduğunu  söyləməyin”. 
Mənə  Əban,  O  da  Həsən  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki, 
Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  -  Rəbbindən  buyurdu: 
“Qiyamət günün qullarımın arasında hökm edib yerlərinə (Cənnət 


 
44 
və  Cəhənnəmə)  göndərmədən  siz  onları  Cənnət  və  Cəhənnəmə 
göndərməyin”.  
Əbu Muti: “Mənə qatildən və onun arxasında qılınan namazdan 
bəhs et!” dedim.  
Əbu  Hənifə:  “Hər  bir  təqva  əhli  və  günahkar  bir  kimsənin 
arxasında namaz qılmaq caizdir. Sənin əcrin sənə, onun günahı da 
özünə  aiddir  (bu  həmçinin  cənazə  namazının  qılınmasına  da 
aiddir)”.  Mən:  “Mənə  İnsanlara  qılıncı  ilə  qarşı  çıxan,  onlarla 
döyüşən və onlardan bir çox şeyləri qəsb edən kimsələrdən danış” 
dedim. O: “Onlar bir neçə zümrədirlər, hamısı da Cəhənnəmdədir” 
dedi. Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – 
sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  “Yəhudilər  yetmiş  iki  firqəyə 
ayrıldılar,  mənim  ümmətim  də  yetmiş  üç  firqəyə  ayrılacaqdır. 
Böyük bir cəmaatdan başqa
42
 hamısı atəşdədir”. Mənə Həmməd, o 
da İbrahimdən, o da İbn Məsuddan – radıyallahu anhu - rəvayət edir 
ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  “Kim  İslama 
qarşı  cinayət  edərsə  həlak  olar,  bidət  çıxaran  sapıqlığa  düşər. 
Sapıqlığa  düşən  də  Cəhənnəmdədir”.  Bizə  Meymun,  o  da  İbn 
Abbasdan  –  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  bir  nəfər 
Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  -  yanına  gələrək:  “Ey 
Allahın  Rəsulu!  Məni  öyrət”  dedi.  Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm - üç dəfə: “Get Quran öyrən” deyə buyurdu. Dördüncü dəfə: 
“Haqq  sevdiyin  kimsədən  gəlsə,  Sevmədiyin  birisindən  də  gəlsə 
qəbul  et!  Quranı  öyrən,  onun  yönəldiyi  tərəfə  yönəl”  deyə 
buyurdu.  Bizə  Həmməd,  O  da  İbrahimdən, o  da  İbn Məsuddan  – 
radıyallahu  anhu  -  rəvayət  edir  ki:  “Şübhəsiz  ki,  ən  şərli  şeylər 
sonradan  ortaya  çıxarılanlardır.  Sonradan  ortaya  çıxarılan  şey 
bidət,  hər  bidət  zəlalət,  hər  bir  zəlalətdə  Cəhənnəmdədir”.  Allah 
buyurur: “Ona günahları və Allahdan qorxmağı təlqin edənə!”. (əş-
                                                
42
 İbn Ömər - radıyallahu anhu – nun rəvayətində isə səhabələr Cənnətə düşən firqə haqqında 
soruşdular. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Onlar mənim və səhabələrimin 
yolu ilə gedənlərdir». Başqa rəvayətdə: Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «O, 
da  cəmaatdır».  Tirmizi,  əl-Albani  «Səhih  Hədislər  Silsiləsi»  1348,  İmam  Əhməd  «Musnəd» 
4/102, əl-Albani «Ziləlul Cənnə», əl-Albani «Səhih Tirmizi» 2/333. 


 
45 
Şəms 8). Allah Musaya  - əleyhissəlam - buyurdu: "(Allah: ) “Səndən 
sonra  ümmətini  imtahana  çəkdik.  Samiri  onları  yoldan  çıxartdı 
(buzova sitayiş etdilər)” - deyə buyurdu". (Ta ha 85).  
  
Günah Edən Kimsənin Kafir Olduğu İddiasının 
Rəddi  
 
Əbu  Muti:  “Əgər  bi  kimsə  -  Günah  edən  kimsə  kafirdir” 
deyərsə, onun sözünü boşa çıxaracaq dəlil nədir?” deyə soruşdum.  
Əbu  Hənifə  ona  Allahın  ayəsi  ilə  cavab  verilir:  “Zün-Nunu 
(balıq  sahibi  Yunisi)  da  xatırla!  Bir  zaman o  (küfr  etməkdə həddi 
aşmış  ümmətinə  qarşı)  qəzəblənərək  çıxıb  getmiş  və  (Bizə  xoş 
gəlməyən 
bu 
səbirsizliyinə 
görə) 
onu 
möhnətə 
düçar 
etməyəcəyimizi (gücümüz, yaxud hokmümüzün ona yetməyəcəyini) 
güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; 
gecənin,  yaxud  dənizin  zülmətində):  “Səndən  başqa  ibadətə  layiq 
heç bir ilahı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, 
zalımlardan  olmuşam  (əmrinə  qarşı  çıxaraq  özümə  zülm 
eləmişəm)”,-deyib  dua  etmişdi".  (əl-Ənbiya  87).  Yunus  
əleyhissəlam  -  özünə  zülm  etsədə  mömin  idi,  kafir  və  münafiq 
deyildir.  Yusufun  -  əleyhissəlam  -  qardaşları:  “(Oğlanları  ona:  ) 
“Ata!  Bizim  üçün  günahlarımızın  bağışlanmasını  dilə.  Biz, 
doğrudan da,  günahkar olmuşuq!” dedilər".  (Yusuf  97)  dedilər.  Bu 
hallarıyla  onlar  günahkardılar,  lakin  kafir  deyildilər.  Uca  Allah 
Peyğəmbəri  Muhəmməd  –  sallallahu  aleyhi  və  səlləm  -  haqqında: 
“Allah  (bununla)  sənin  əvvəlki  sə  sonrakı  günahlarını 
bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz 
yola  müvəffəq  edəcəkdir!”.  (əl-Fəth  2) günahlarını  demiş,  küfrünü 
deməmişdir.  Musa  -  əleyhissəlam  -  Qibtini  öldürməsiylə  günah 
etmiş,  lakin  kafir  deyildir.  Əgər  bir  kimsə:  “Mən  İnşəallah 
möminəm”  deyərsə:  “Doğrudan  da,  Allah  və  Onun  mələkləri 
Peyğəmbərə  xeyir-dua  verirlər.  Ey  iman  gətirənlər!  Siz  də  ona 
xeyir-dua  verib  kamil  ədəb-ərkanla  salamlayın”.  (əl-Əhzab  56). 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə