Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə13/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   9   10   11   12   13   14   15   16   ...   73

 
37 
 
Əbu Muti: “Mən kafiri kafir olaraq tanımıram” deyərsə.  
Əbu  Hənifə:  “O,  kafir  kimidir”  dedi.  Mən:  “Əgər  kafirin  son 
gedəcəyi  yer  hara  olduğunu  bilmirəm  deyərsə?”  deyə  soruşdum. 
O:  “Allahın  kitabını  inkar  etmiş  və  kafir  olmuş  olar”  dedi.  Mən: 
“Sən möminsənmi? Deyə soruşulan kimsə: Allah daha doğru bilir! 
deyə  cavab  verərsə  bu  kimsə  barəsində  nə  deyirsən?  deyə 
soruşdum. O: “Onun imanında şübhəsi vardır” dedi. Mən: “Məgər 
İman və Küfr arasında üç haldan biri olan münafiqlikdən başqa bir 
hal varmı? O, kimsə ya mömin, ya kafir, ya da münafiq olur dedim. 
O:  “Xeyr,  İmanında  şübhə  olan  kimsə  münafiq  deyildir”  dedi. 
Mən:  “Nə  üçün?”  dedi.  O:  “Muaz  İbn  Cəbəl  və  İbn  Məsudun  – 
radıyallahu  anhum  -  hədisinə  görə.  Mənə  Həmməd,  Həris  İbn 
Məlikdən xəbər verdi ki, Muaz İbn Cəbələ – radıyallahu anhu - ölüm 
gəldiyi  zaman  tələbəsi  Həris  ağladı.  Muaz,  Hərisdən  nə  üçün 
ağladığını  soruşdu.  O,  da:  “Ölümünə  görə  ağlamıram.  Çünki 
bilirəm  ki,  Axirət  sənin  üçün  dünyadan  daha  xeyirlidir.  Fəqət 
səndən  sonra  bizim  müəllimmiz  kim  olacaqdır?”  dedim.  Başqa 
rəvayətdə:  Səndən  sonra  dini  bilən  kim?  Muaz:  “Tələsmə.  İbn 
Məsuda  –  radıyallahu  anhu  -  tabe  ol!”  dedi.  Daha  sonra  Həris, 
Muaza:  “Mənə  vəsiyyət  et!”  dedi.  O,  da  Allahın  dilədiyindən 
vəsiyyət  etdi  və:  “Alimin  səhfindən  çəkinməyi  tövsiyə  etdi”  dedi. 
Muaz  –  radıyallahu  anhu  -  vəfat  etdikdən  sonra  Həris  Kufədə  İbn 
Məsudun  –  radıyallahu  anhu  -  tələbələrinin  yanına  gəldi.  Namaz 
üçün  azan  verildiyi  zaman  Həris:  “Bu  dəvətə  cavab  verin,  bunu 
                                                                                                           
deyərkən  istisna  etmərəm.  Mən:  «Sən,  islam  və  iman  arasında  ayrım  edirsən?»  dedim.  O: 
«Bəli» dedi. Mən: «Hansı dəlilə əsasən» dedim. O: «Bədəvilər biz iman etdik» dedilər. De ki: 
«Siz  iman  etmədiniz,  müsəlman  olduz  deyin».  Məcmuu  Fətava  7/253  –  İman  məxluqdur, 
yoxsa məxluq deyildir? Məsələsi haqqında: «Bu məsələ bidətçilərin və hava əhlinin çıxardığı 
Xalqul-Quran  (Quran  yaradılması)  məsələsindən  törənmişdir.  Əhli  Sünnə  Quran  Allahın 
kəlamı  olduğuna,  məxluq  olmadığı  görüşündə  ittifaq  etmişlər.  Onun  kəlamının  sonu 
yoxdur. İman ilə Lə İləhə İlləllah – sözü kimi Allahın sifətindən və kəlamından bir şey qəsd 
edilirsə  iman  məxluq  deyildir.  İman  ilə  qulların  əməllərindən  və  sifətlərindən  bir  şey  qəsd 
edilirsə onda  bütün  qulları  məxluqdur və onların  bütün əməlləri  də  sifətləri  də məxluqdur 
Məcmuu Fətava 6/313, 7/652, 8/422.  


 
38 
dinləyib cavab vermək hər bir mömin üçün haqdır” dedi. Tələbələr 
ona  baxaraq:  “Sən  həqiqətən  möminsənmi?”  deyə  soruşdular.  O, 
da:  “Bəli,  möminəm”  dedi.  Onlar  bir-birilərinə  baxdılar  və  İbn 
Məsud  –  radıyallahu  anhu  -  gəldikdə  halı  ona  söylədilər.  O,  da 
Hərisə  onların  söylədiyi  kimi  söylədi.  Bundan  sonra  Həris  başını 
əydi və ağladı. Allah Muaza – radıyallahu anhu - rəhmət etsin! dedi 
və İbn Məsuda – radıyallahu anhu - vəziyyəti başa saldı. İbn Məsud: 
“Sən həqiqətən Möminsənmi?” deyə soruşduqda. O da: “Bəli, dedi. 
İbn  Məsud:  “Sən  özünün  Cənnət  əhlindən  olduğunumu 
söyləyirsən” dedi. Həris: “Allah Muaza rəhmət etsin! Mənə alimin 
səhfindən və münafiqin də verdiyi hökmlərdən çəkinməyi vəsiyyət 
etdi”  dedi.  İbn  Məsud:  “Sən  mənim  səhfimimi  gördün?”  dedi. 
Həris:  “Allah  xatirinə  de  görüm,  Peyğəmərin  – sallallahu  aleyhi  və 
səlləm  -  zamanında  insanlar  gizli  və  aşkar  (zahir  və  batin) 
hallarında  mömin,  gizli  və  aşkar  hallarında  kafir,  gizli  hallarında 
münafiq  və  aşkarda  mömin  olmaqla  üç  qrupdan  ibarət 
deyildilərmi?  Sən  bu  üç  qrupun  hansındansan?  dedi.  İbn  Məsud: 
“Madam  ki,  Allah  üçün  and  verdin,  söyləyərəm:  Mən  zahirən  və 
batinən  də  möminəm”  dedi.  Həris:  “Onda  məni mömin  dediyimə 
görə  nə  üçün  tənbeh  etdiniz”  dedi.  İbn  Məsud:  “Bəli,  bu  mənim 
səhfimdir. Haqqını halal et! Allah Muaza rəhmət etsin!” dedi.  
Əbu  Muti:  “Mən  Cənnət  əhlindənəm  deyən  kimsənin  durumu 
nədir?”  dyə  soruşdum.  Əbu  Hənifə:  “Yalan  söyləmişdir,  onun  bu 
haqda biliyi yoxdur.  
 
Mömin Günahlarına Görə Cəzalandırıla Bilər 
 
Əbu  Hənifə:  “Mömin  imanı  səbəbilə  Cənnətə  girən,  etdiyi 
günahına görə Cəhənnəmdə əzab görə bilər” dedi.  
Əbu Muti: “Əgər özünün Cəhənnəm əhli olduğunu söyləyərsə” 
dedim. O: “Yalan söyləmişdir, onun bu haqda biliyi yoxdur (çünki 
qeybi  olan  bir  şeydir).  Heç  şübhəsiz  ki,  o  Allahın  rəhmətindən 
ümüd  kəsmişdir.  Mömin  bir  kimsənin  həqiqi  mömin  olduğunu 


 
39 
deməsi  lazımdır.  Çünki  o,  imanında  şübhə  etməyəndir.  Mən: 
“Onun  imanı  mələklərin  imanı  kimi  olurmu?  Deyə  soruşdum.  O: 
“Bəli”  dedi
37
.  Mən:  “Əməldə  qüsur  etsədə  belə  həqiqi 
mömindirmi?”  deyə  soruşdum.  O:  “Mənə  Hərisənin  hədisini 
danışdılar.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  -  ona:  “Necə 
sabahladın?”  deyə  buyurdu.  O,  da:  “Həqiqi  mömin  olaraq 
sabahladım”  dedi.  Peyğəmbər:  “Söylədiyinə  diqqət  et,  çünki  hər 
haqqın  bir  həqiqəti  vardır,  sənin  imanının  həqiqəti  nədir?”  deyə 
buyurdu.  Hərisə:  “Bu  dünyadan  vaz  keçdim,  gündüzlərim  susuz, 
gecələrimi  isə  yuxusuz  qaldım.  Mən  sanki  Rəbbimin  Ərşinə 
baxıram,  sanki  Cənnətdə  bir-birilərini  ziyarət  edən  Cənnət  əhlini 
görürəm,  sanki  Cəhənnəmdə  toplanan  insanları  görürəm”. 
Peyğəmbər:  “Haqqa  icabət  etdin,  davam  et!  Haqqa  icabət  etdin, 
davam  et”  dedi  və  sonra:  “Kim  Allahın  qəlbini  nurlandırdığı 
kimsəyə baxmaq istəyərsə Hərisəyə baxsın” deyə buyurdu. Hərisə: 
“Ey  Allahın  Rəsulu!  Mənə  şəhid  olmağım  üçün  dua  et!”  dedi. 
Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  -  onun  üçün  dua  etdi  və 
sonda Hərisə şəhid oldu”
38
.  
 
Kafirlər Haqqı Gördükləri Zaman İman Edəcəklər 
 
Əbu Muti: “Bəzilərinə nə olur ki, Mömin atəşə girməz deyirlər? 
Deyə  soruşdum.  Əbu  Hənifə: “Cəhənnəmə girən  hər  bir  kəs iman 
etmişlərdir” dedi. Mən: “Kafir nəcə?” dedim. O: “Onlar da o, Günü 
iman  edərlər”  dedi.  Mən:  “Bu  necə  olur?”  dedim.  O:  “Onlar 
əzabımızı  gördükdə  dedilər:  “Biz  yalnız  Allaha  iman  gətirdik, 
(Rəbbimizə)  qoşduğumuz  şərikləri  (bütləri)  isə  inkar  etdik!  Amma 
əzabımızı  gördükləri  zaman  iman  gətirmələri  –  Allahın  Öz 
                                                
37
 Əsl olan bu kitab zəif bir ravi tərəfindən rəvayət edildiyi üçün etimad edilməz. Bu Hənəfi 
məzhəbinin etiqadıdır ki, Əhli  Sünnətə,  Sələflərin etiqadına  ziddir.  Ağla  sığan  bir  şey  deyil 
ki, fasiqin, günahkarın imanı mələklərin imanı kimi olsun. Onlar deyirlər ki: “İmanın əslində 
onlar eynidirlər”. Mümkün deyil ki, iki kimsənin imanı eyni olsun.  
38
 Hədis Zəifdir.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə