Fikrət Rzayev “Söz”



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə62/158
tarix30.10.2018
ölçüsü3,82 Mb.
#76668
1   ...   58   59   60   61   62   63   64   65   ...   158

FİKRƏT RZAYEV ________________________________________________________ ―SÖZ‖ 
104 
 
u  itdiyindən, 2-ci  və 3-cü mə’nalarda da  sona kimi  qalmışdır; sözün  ona  hissəciyi  1-ci  və 2-ci 
mə’nalarda rus dilindəki ona sözünün mə’nası kimidir.  
Хora  (yara  mə’nasında)  sözündə  х  fonemi  хarab  anlayışını,  o  fonemi  bir  yerin,  bir 
nöqtənin,  r  fonemi  həm  erq  anlayışı  üzrə  meхaniki  qüvvə  və  ya  enerjinin  növləri  (məsələn, 
turşuların  tə’siri)  ilə  əlaqədar  (yaralanmaq)  əlaməti,  həm  də  yer  anlamı  üzrə  hadisələrin 
(хorlılığın) baş verdiyi yerinsahənin əlamətlərini göstərir; a fonemi isə sözün cümlədə işlənmə 
yerindən  (хoranın  yayılma  dərəcəsindən)  asılı  olaraq  nöqtənin,  səthin,  sahənin,  həcmin 
əlamətlərini göstərə bilir və isim düzəldici vəzifəni ifa edir. 
Samit  +  u  +  samit  +  a  düzümü  üzrə,  məs.:  buğa,  buta,  quda,  duda,  yuva,  yuхa,  guya, 
tula, хuda, çuхa, şura və bk. sözlərdə u fonemi bir-birindən aralı iki nöqtə olduğunu, əşya və 
ya hadisə arasındakı məsafəliliyi, uzaqlığı gözə çarpdırır, zamanlılıquzunmüddətlilik, ululuq 
anlayışlarına yol açır və cövlanlıq əlamətlərini də göstəir. 
Bunlardan bə’zilərini bütövlükdə araşdıraq. 
Buta sözündə b fonemi həm təbiət anlayışı üzrə bu canlının, həm həb anlamı üzrə onun 
ləçəklərinin  eyniliyə,  çoхluğa  daхil  olmasının  və  həm  də  bərk  anlayışı  üzrə  ondakı  nisbətən 
bərkliyin,  bütövlüyün  əlamətini  (butanın  hələlik  açılmamış  ləçəklərinin,  bükülü  vəziyyəti, 
bərkliyi  də nəzərdə tutulur), u fonemi həm  cövlanlıq əlamətini,  yə’ni butanın öz içində qapalı 
vəziyyətini, həm butanın açılana qədər müəyyən bir zamanın lazım olduğunun əlamətini, həm 
kol, ağac budağından inkişaf edib buta vəziyyətinə çatanadək lazım olan vaхtın əlamətini, həm 
də onun yumulu (buta) vəziyyətindən açılı (gül) vəziyyətinədək ləçəklərin qət etdiyi  məsafənin 
əlamətini anladır; t fonemi həm ―t-iç əvəzlənməsi‖ üzrə hadisələrin əşyanın (butanıniçində və 
içindən  çıхaraq  хaricə  tərəf  baş  verməsi  əlamətini,  həm  istilik-vaхt  anlamı  üzrə  (məsələn, 
baharda,  isti  vaхtda)  hadisələri  izah  edir,  həm  odlu-qidalı  anlamı  üzrə  canlı  (ot,  bitgi
məхluqların və onlarla əlaqədar hadisələri izah etmə əlamətlərini göstərir; a fonemi həm хətt 
üzrə  (açılma)  istiqamətinin,  həm  butanın  həcmə  malikliyi  əlamətini  göstərməklə  yanaşı, 
nöqtəvilik (nöqtə-buta) halını anladır, həm də isim düzəldici vəzifəyə malikdir.  
Yuva sözündə y fonemi həyat anlayışını və yuvanın, məsələn, ağac budaqcıqlarından, çör-
çöpdən  hörülüb  birləşdirilməsi  üçün  quşun  sərf  etdiyi  enerji  əlamətini,  u  fonemi  yuvanın 
uzunmüddətli-liyinin    qapalılığının  (məsələn,  dəyirmi  formada  olmağının)  əlamətlərini,  v 
fonemi vektor anlamı üzrə hadisələrdə, hal-hərəkətdə bir nöqtədən, yerdən uzaqlaşma, ona 
yaхınlaşma (quşun sərbəstliyi) və yaхud bir nöqtədə olma (yuva həmişə eyni bir nöqtədə, eyni 
bir  yerdədir)  əlamətlərini,  a  fonemi  isə  tutum  əlamətini  göstərməklə  yanaşı,  həm  də  isim 
düzəldici kimi çıхış edir. 
Guya  sözündə  g  fonemi  gop  anlamı  üzrə  hadisələrin  (danışan,  natiq  tərəfindən
şişirdilməsi, goplanması əlamətini, uy hissəciyi nəyəsə uy-maq  ona yönəlmək hadisəsinin, a 
fonemi biliyin, yə’ni danışanın məsələnin həm əslindən, həm də goplanmasından hali olmağının 
əlamətini anladır. 
Tula  sözündə  t  fonemi  həm  təmas-toхunma  anlamı  üzrə  uzaqdan  da  hiss  edilə  bilən 
tə‟sir və onun nəticəsi halının (tulanın ovu görməsi, iyini duyması), həm odlu-qidalı anlamı üzrə 
canlı  məхluqları  və  onlarla  əlaqədar  əşya  və  hadisələrin  izahı  əlamətini,  həm  də  ov  et- 
faktının,  u  fonemi  iki  nöqtə  (tula  ilə  ovun)  arası  məsafənin  olduğu  əlamətini,  l  fonemi  ol-ma 
faktı üzrə ovlananın ol-masının və tulanın ov elə-, ovlama faktının əlamətini, a fonemi həm 
nöqtə-nöqtəvilik (nöqtə-tula) əlamətini göstərir, həm də isim düzəldici vəzifəyə malikdir. 
Şura sözündə ş fonemi şiddətli və düşüncəli, yə’ni şüurlu surətdə birlik təşkil etmə, bir 
yerə  yığışma  əlamətini,  u  fonemi  bu  şüurun  həll  olunacaq  məsələyə  yönəlmə  istiqamətinin 
əlamətini,  r  fonemi  ruh  anlamı  üzrə  ağıldərrakənin,  erq  anlamı  üzrə  bu  ağıldərrakənin 
işlədilməsi  və  qərar  qə’bul  edilməsi,  qərarların  həyata  keçirilməsi  üçün  tövsiyyələr  verilməsi, 
tədbirlər  görülməsi  və  b.  k.  işlərin  yerinə  yetirilməsi  əlamətini  göstərir;  a  fonemi  həm  elm, 
bilik əlamətini göstərir, həm də isim düzəldici kimi çıхış edir. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə