Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə103/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Lyudviq Feyerbax
(1804-1872-ci illər) olmuşdur.
Feyerbax fəlsəfəsinin mühüm nailiyyəti olmuş antropologizm
materializm ilə humanizmin sintezi prinsipi hesab edilməlidir.
O, birincisi, şeylərin və ya mahiyyətlərin hərəkətinin daxili mən-
bələrini; ikincisi, təbii səbəblərin və onların doğurduğu şeylərin
və ya mahiyyətlərin keyfiyyətcə müəyyənliyini; üçüncüsü,
inkişafın keyfiyyət dəyişikliyi və sadədən mürəkkəbə, ibtidaidən
aliyə keçid, müəyyən son varlığın müəyyənliyinin inkarı kimi
qarşıdurma vasitəsilə keçid olmasını qəbul edir. 
156
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


Feyerbax obyektiv qanunauyğunluqların müxtəlifliyini qəbul
edir. O, astronomik, fiziki, kimyəvi, geoloji, üzvi, fizioloji və hətta
antropoloji qanunauyğunluqların adını çəkir.
İnsan güclüdür, onun fəaliyyəti daim tərəqqi edən prosesdir,
lakin bu proses heç vaxt insanın yaradıcıya və təbiətin qanunveri-
cisinə çevrilməsinə gətirib çıxarmayacaqdır. 
Feyerbax insanın zəkalı olması məsələsini yeni şəkildə qarşıya
qoyur. O, insana ağıl vasitəsilə tərif verməkdən imtina edir.
Feyerbax üçün insan heyvandan təkcə təfəkkürlə, təkcə zəka ilə
fərqlənmir – insanın bütün varlığı heyvanın varlığından fərqlidir.
O, universal canlıdır. Lakin bu universallıq təkcə təfəkkürdən
ibarət deyildir, çünki təfəkkür insanın varlığının xüsusiy 
yət 
-
lərindən yalnız biridir. İnsanın universallığının mənbəyi və fəal-
lıq mərkəzi onun xislətindəki ictimai mahiyyətidir. Ayrıca
götürülmüş insan bəşəri mahiyyəti ehtiva etmir, bəşəri mahiyyət
yalnız ünsiyyətdə, insanın insanla vəhdətində üzə çıxır. 
Feyerbax varlığı sözün geniş mənasında, təbiət kimi, təbii
şeylərin həqiqi dünyası kimi müəyyənləşdirir. İnsan da bu cür
təbii şeylərdən biridir. Bu mənada insan idrak obyektidir.
Cismani dünyanın bir hissəsi, obyektlərdən biri olan insanın
malik olduğu qabiliyyət onu həm də idrakın subyektinə çevirir,
o, hissiyyata malikdir. Məhz hissiyyat obyektiv aləmin insan
idrakında mövcudluq formasıdır. 
Feyerbax sensualizmi bəşəri anlayışları hisslərin ixtiyari kombi-
nasiyaları hesab edən XVII-XVIII əsrlər mütəfəkkirlərinin sen -
sua lizmindən fərqlənir. Feyerbax üçün “hissiyyat”, ilk növbədə,
həyatın və təcrübənin tamlığı deməkdir, çünki insan dünyada
təkcə öz zəkası ilə deyil, özünün bütün varlığı ilə mövcuddur.
İnsanın məkan-zaman dünyasında mövcudluğu məhz hissiyyat
üçün etibarlı şəkildə üzə çıxaraq universumdakı meyillərin
vasitəsi kimi çıxış edir. 
Feyerbax fəlsəfi fikir tarixində ilk dəfə olaraq, insanın yanılma -
larının izah edilməsi üçün inikas prinsipini şüurlu şəkildə tətbiq
etmiş, din aləmini fani dünyanın illüzor inikası, dini isə insanın
157
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


həqiqi mahiyyətinin təhrif olunmuş inikası kimi səciyyələn dir -
mişdir. Feyerbaxa görə, Allah insanın olmaq istədiyidir; O, insa -
nın özündən kənara çıxarılmış və yadlaşdırılmış mahiyyətidir.
“Teologiyanın sirri antropologiyadadır”. İnsana sevgi, nəslə
sevgi elə bir hissdir ki, Feyerbax onu xristianlığın Allaha can
atması yerinə qoyur. 
Alman klassik fəlsəfəsinin xidməti əvvəlki rasionalizmin meta -
fizik və formal-məntiqi məhdudluğunu aradan qaldırmış rasio -
nalizmin yeni, ən yüksək tarixi formasını yaratmaqdan ibarət
olmuşdur. Bu fəlsəfə hüdudsuz rasionalizmin maneələrini qəbul
etməyən perspektiv yaratmaqla məntiqi kompetensiya sahəsini
genişləndirmişdir.
158
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org



Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə