Filasofiya az: filosofia qxd


Maks Veber və onun marksizmin alternativi olan təlimi



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə105/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Maks Veber və onun marksizmin alternativi olan təlimi
A.Berqsonun “Həyat fəlsəfəsi”
Ogüst Kontun və Herbert Spenserin pozitivizmi 
Şopenhauer və Nitsşenin volyuntarizmi 
Fenomenologiya
Ekzistensializm – mövcudluq fəlsəfəsi
Personalizm
Freydizm və neofreydizm
Strukturalizm 
Marksizm və neomarksizm.
Yeni ictimai formasiya – kommunizm
haqqında fəlsəfi təlim kimi marksizm 
Karl Marks
(1818-1883-cü
illər) və 
Fridrix Engels
(1820-1895-ci illər) tərəfindən yara 
dıl 
-
mışdır. Marksizmin vətəni Almaniya idi. Marks bir sıra yeni prob-
lemlər qarşıya qoymuş və onları həll etməyə cəhd göstərmişdir:
sosial qeyri-bərabərliyin, istismarın, zülmün, yabançılığın, zehni
və fiziki əmək, şəhər və kənd arasında ziddiyyətlərin aradan
qaldırılması, ictimai münasibətlərin ağlabatan tərzdə yenidən
qurulması və s. Bu işdə ona F.Engels kömək edirdi. 
Marks dialektikanı Hegeldən öyrənmişdi, lakin belə hesab edirdi
ki, Hegel dialektikasını başı üstə çevirmək lazımdır. Hegelin və
Marksın iqtisadi-fəlsəfi baxışları arasında da müəyyən varislik
mövcuddur. Hər iki mütəfəkkirin inkişaf etdirdiyi əmək, insanın
daxili dünyası və hissləri konsepsiyası, eləcə də hərəkətə insanın
özünüifadə vasitəsi kimi baxmaları onları bir-birinə yaxınlaşdırır.
İstər Hegel, istərsə də Marks təbiəti tarixdən ayırmır, onlar hər
ikisi tarixə mədəniyyətin tarixi kimi baxırdı. Bu tarixdə insanın
161
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


tələbatı çoxsaylı mədəni formaların yaradılması üçün açıq olan
əsas strukturu təşkil edir, həmin formalar da, öz növbəsində,
tələbatın ekzistensial xarakterini formalaşdırır, lakin insanın
yaradıcılığa və ünsiyyətə həqiqi tələbatı istiqamətində fəaliyyət
göstərir. 
Marksizm tarixdə şəxsiyyətin rolunu azaldır, fərdi, şəxsi dəyər-
ləri sosial dəyərlərə, subyektivi obyektivə, yaradıcını mexanikiyə
çevirir. İctimai inkişaf qanunlarının obyektivliyi haqqında
Marksın söylədiyi müddəa “xarici” və “daxili”, fərdi və ictimai,
subyektiv və obyektiv problemləri tarixi aspektdə təhrif olunmuş
şəkildə izah edir. 
Marks kapitalizmi humanizmə zidd quruluş hesab edirdi. O
əmin idi ki, antihumanizm öz yerini humanizmə könüllü şəkildə
verməyəcəkdir, öz ağalığının vasitəsi kimi zorakılıqdan istifadə
edənlərə zorakılıq tətbiq etmək lazımdır. İnqilabi zorakılıq əsl
humanizmdir. Marks sosialist inqilabı, proletariat diktaturası
haqqında öz təlimini bu inam üzərində qurmuşdur. 
Marks idrakın əsası olan praktikaya böyük əhəmiyyət verirdi.
İnsan öz mühakimələrinin yanlış və ya doğru olmasını praktika-
da yəqin edir. Praktika həqiqəti yanılmadan fərqləndirməyə
imkan verən material mənbəyidir. 
Marksa görə, maddi istehsal cəmiyyət həyatının həlledici əsasıdır,
sosial inkişafda praktikanın əhəmiyyəti də bununla bağlıdır.
K.Marks və F.Engels ictimai tərəqqinin perspektivlərini nəzərdən
keçirərək belə nəticəyə gəlirlər ki, bəşəriyyətin həyatında çox
dərin dönüş mərhələsi yetişməkdədir. Bu dönüşün mahiyyəti
bütün əvvəlki tarix ərzində, cəmiyyətin inkişafı “təbii zərurət”
çərçivəsində insanların öz təbii tələbatlarını və onlarla əlaqədar
başqa maddi ehtiyaclarını təmin etmək üçün hələ də çatışmayan
vəsaitlər uğrunda mübarizə çərçivəsində həyata keçməsi vəziyyə-
tini aradan qaldırmaqdan ibarətdir. Bu, bəşər cəmiyyətinin
inkişafını maddi istehsaldan o qədər asılı vəziyyətə salırdı ki, icti-
mai inkişafın məzmunu maddi istehsalın özünün, onun
əşyalaşmış məhsuldar qüvvələrinin inkişafı ilə müəyyən edilirdi.
162
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


Sonralar marksizm 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə