qın
da ali biliklərə doğru aparan yol dərk edilən obyektə
düşünüb-daşınmadan, fədakarcasına sevgi yoludur. Bu sevgi
dəyişməzdir, o, mistiki hər dəfə mistik iztirabların zirvəsinə -
dərk edilənin və dərk edənin ayrılmaz tam şəklində qovuşması-
na gətirib çıxarır.
Öz davamçıları arasında “Ən böyük müəllim” və “Platonun oğlu”
kimi məşhurlaşmış İbn Ərəbi insanın “kiçik dünya” və Kainatın
“konspekti” olması haqqında çox maraqlı bir təlim işləyib hazır-
lamışdır. Bu “kiçik dünya” Mütləq varlığın özünü
dərkinin və
yaranışın son məqsədi olan “Allah obrazı” kimi təsəvvür edilir.
Müsəlman sxolastikasında “mükəmməl insan” terminini ilk dəfə
İbn Ərəbi işlətmişdir. O, yaranışı İlahi Ger çək liyin varlığının zəruri
modusu hesab edirdi. İlahi gerçəklik bu modus vasitəsilə özünə
sanki kənardan baxaraq onu bir obyekt kimi dərk edir. İlahi
mütləq varlığın bu iki cəhətinə xas olan bü tün cizgiləri özündə bir-
ləşdirən mükəmməl insan bu özünüdərk prosesində mühüm rol
oynayır. Mükəmməl insan elə bir güz güdür ki, onda Allah öz
adlarını və atributlarını, öz potensiyalarını seyr edir.
Sufiliyin əsas müddəaları
Dostları ilə paylaş: