anadan olmuşdur. Onun atası
əslən Azərbaycandan, anası
Dukdıhova isə Rey şəhərindən idi.
Zərdüştilik və onun müqəddəs kitabı “Avesta” uzun əsrlər boyu
formalaşmışdır. Zərdüştilik təliminin əsasını təkcə fiziki təbiətdə
deyil, həm də ilahiyyat sahəsində əzəli vəhdət ideyası təşkil edir.
Zərdüşt göstərir ki, başlanğıcda yalnız bir Tanrı – müdrik hökmdar
Hörmüz mövcud olmuşdur. Bütün İlahi yaxşılıqlar yalnız onun adı
ilə əlaqələndirilirdi, Tanrıların çoxalması və
müxtə lif ləş məsi isə yal-
nız şər İlahisi Əhrimənin mövcudluğu ilə bağlıdır. Hörmüz özünə
kömək məqsədi ilə digər xeyir allahları, ilk növ bə də yeddi “səxa -
vətli ölməz” Tanrılar yaratmışdır. Onlar çox gü man ki, dünyanın
yaranmasının yeddi mərhələsini əks etdirir – od, su, səma, torpaq,
bitkilər, heyvanlar və insan. Od “Ədalət” və ya “Qayda” bildirən
Aşa Tanrısı ilə bağlıdır. Odun yaranması “Novruz” – “Yeni gün”
adı almış yaz gün durumu ilə eyni vaxta düşür.
Akademik A.Makovelski göstərir ki, “Avesta”ya görə Kainat tor-
paqdan, okeandan, səmadan, başlanğıcı bilinməyən işıqlı
kürədən və Cənnətdən ibarətdir.
O dövrdə Yeri dairəvi şəkildə,
sərhədləri bəlli olan və okeanla əhatələnmiş ərazi kimi təsəvvür
edirdilər. Bütün təbiət canlıdır, ruh anlayışı təkcə insanlara, hey-
vanlara, digər canlılara və əşyalara deyil, həm də personlaş dı rıl -
mış mücərrədliklərə - evlərə, kəndlərə, suya və s. şamil edilirdi.
İnsanın ruhu fövqəladə şəkildə mühüm rol oynayır. İnsanın sağ -
lı ğında şüurlu fəaliyyət məhz ona məxsusdur: hisslər,
təfəkkür,
nitq, iradə - bu fəaliyyətin növləridir. Ruh bədənə hökm edir.
Zərdüştiliyin əxlaq fəlsəfəsi üç sözlə ifadə olunur: Qumat –
xeyirxah fikirlər, Qukta – xeyirxah sözlər və Qvarşta – xeyirxah
əməllər. Torpağı suvarmaq və becərmək, meyvə ağacları əkmək,
həm fiziki təmizliyə (bədənin, paltarın, otağın və s. təmizliyi),
həm də mənəvi saflığa (fikirlərin, sözlərin və hərəkətlərin saflığı)
riayət etmək mənəvi borc hesab edilir.
Dünyada Xeyirlə Şər arasında mübarizə gedir, özü də pisliklər və
iztirablar Allahın
iradəsi ilə baş vermir, onlar öz xoşbəxtliyinin
fəal yaradıcıları olan insanların özündən asılıdır.
79
F ә l s ә f ә
downloaded from KitabYurdu.org
Eramızın III-IV əsrlərində Azərbaycanda
Dostları ilə paylaş: