Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi



Yüklə 44,38 Kb.

tarix20.09.2017
ölçüsü44,38 Kb.


 20

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2 

 

  Sosial-siyasi 

elmlər seriyası 

 

  2010 

 

 

 

 

 

MARAQ KATEQORİYA KİMİ, ONUN HÜQUQDA İFADƏSİ 

 

E.A.XƏLƏFOV 

Bakı Dövlət Universiteti 

Khalafov.elchin@ gmail.com 

 

Maraqlar həmişə insanların həyat fəaliyyətinin, dövlət və ictimai institutların 

yaradılmasının və mövcudluğunun güclü amili kimi çıxış edir, əsas sövqedici stimul qismində 

çıxış edir və hüquqyaratmada, hüquq aktlarının yaradılmasında, hüquq tətbiqində  iştiraka 

olan ictimai iddiaları ifadə edir.  

Hüquq özünün mahiyyəti etibarilə dövlət iradəsi ilə normativ hüquqi təsbitini tapmış və 

müdafiə olunan maraqdir. Məhz hüquq normaları (davranış qaydaları – normalar nəzərdə 

tutulur) marağın əsas komponentini ehtiva edir. 

 

Ümumi və xüsusi hüququn çoxəsrlik yanaşı mövcudluğu çox vaxt siyasi qüv-

vələrin maraqlarının mütəhərrik balansını, vətəndaşların azadlıq və müstəqillik 

ölçüsünü əks etdirmişdir (9, 3). 

Maraqların dərkinin spesifikliyinin açıqlanması, dəyər yönümlərinin rolunun 

aydınlaşdırılması hüquq münasibətlərinin xüsusiyyətlərini daha dərindən qiymətlən-

dirməyə, qanunvericiliyin təkmilləşdirilməsi yollarını aşkara çıxarmağa imkan verir. 

Məhz qanunvericilik normalarında əksini tapmış maraqların öyrənilməsi hüququ daim 

inkişaf etməkdə olan elm kimi təqdim etməyə imkan verir, onun sosial tənzimləmə 

imkanlarını aşkara çıxarmağa şərait yaradır.  

«Maraq» «əhəmiyyət kəsb edən» deməkdir. Adi şüur səviyyəsində bu anlayış 

aşağıdakı mənaları ehtiva edir:  

 1) 

nəyəsə xüsusi diqqət, mahiyyətinə (məğzinə varmaq), bilmək, başa düş-



mək istəyi;  

 2) 


əhəmiyyətlilik, önəmlilik;  

 

3) ehtiyaclar, tələbatlar;  



 

4) fayda, qazanc (danışıq) (7, 249). 

Lakin onun elmi tədqiqatlarda belə geniş dərkini hüquqauyğun saymaq olmaz. 

Belə ki, marağın tələbat, ehtiyac və fayda ilə eyniləşdirilməsi etiraz doğurur.  

«Maraq» kateqoriyası bir çox elmlərin: iqtisadi nəzəriyyənin, psixologiyanın, 

sosiologiyanın, fəlsəfənin predmetini təşkil edir ki, bu da onun əhəmiyyətini sübuta 

yetirir.  

Bütün bu vaxt ərzində  və sonradan həmin anlayışın mənası  dəfələrlə  dəyiş-

mişdir.  

Maraq kateqoriyası müxtəlif elmlər tərəfindən tədqiq olunur ki, bu da onun 

ümumelmi kateqoriya olduğunu söyləməyə əsas verir.  

Fəlsəfədə maraq sosial hərəkətlərin və hadisələrin fəal subyektlərin istəklərinin 




 21

arxasında duran səbəbi hesab olunur.  

İqtisadçı alimlər maraq kateqoriyasının anlayışını müəyyən edərkən belə bir 

cəhəti etiraf edirlər ki, maraqlar sosial subyektlər arasında iqtisadi tələbatların təmin 

edilməsi üçün təkrar məhsul istehsalı ilə bağlı bilavasitə münasibətlərdir (5, 45) . 

Sosiologiyada maraq subyektlərin özlərinin həyat  şəraitinə  və mövcud 

tələbatlarına obyektiv münasibəti kimi başa düşülür.  

Psixoloq alimlər marağı insanın müəyyən psixi halı, onun diqqətinin hansısa 

predmetə yönəlməsi kimi başa düşürlər (8, 48). Özü də marağın yaranma mənbəyi 

kimi tələbat göstərilir. Marağın tələbatdan fərqini bunda görürlər ki, maraq 

kateqoriyası insanın intellektual fəaliyyəti ilə ayrılmaz surətdə bağlı olduğu halda (4, 

68), tələbat belə əlamətə malik deyildir (1, 73). 

Əlbəttə, psixoloqlar üçün marağın subyektini şəxsiyyət kimi insan təşkil edir. 

Onlar idrakın fəallığına böyük diqqət yetirirlər.  

Təqdim edilən təriflərdən göründüyü kimi, hər bir elm çərçivəsində marağın 

mahiyyəti, məzmunu, subyektləri etibarilə, habelə digər elmi kateqoriyalarla nisbətinə 

görə fərqlənən xüsusi anlayışı mövcuddur.  

Ümumelmi kateqoriya kimi maraq problemi bundan ibarətdir ki, onun fərqli 

dərki ilə əlaqədar maraq kateqoriyasının iki izahı meydana çıxmışdır. Psixoloji izaha 

görə, maraq subyektiv kateqoriya olduğu halda, sosioloji izaha görə maraq obyektiv 

və ya obyektiv-subyektiv kateqoriyadır. Elə görünə bilər ki, iki müxtəlif təzahürdən – 

insanların ictimai varlıq təzahürü kimi maraqdan (obyektiv maraqdan) və insanların 

şüurunun təzahürü kimi maraqdan (subyektiv maraqdan) söz açmaq olardı.  

Beləliklə, mövcud yanaşmaları ümumiləşdirərək, marağa forma etibarilə 

ictimai münasibəti ifadə edən, məzmunu sosial xarakterə malik tələbatdan ibarət olan 

və məqsədlərin dərkində və realizəsində təzahür edən obyektiv elmi kateqoriya kimi 

tərif vermək olar.  

Maraq kateqoriyası hüquq elminin də diqqətindən kənarda qalmamışdır. Belə 

ki, maraq kateqoriyasını  hərtərəfli öyrənmədən hüquqi tənzimləmənin real ictimai 

münasibətlərlə qarşılıqlı fəaliyyət mexanizmini müəyyən etmək mümkün deyildir.  

Rudolf fon İyerinq haqlı olaraq hüquq sisteminin sosial əsası kimi maraq 

kateqoriyasının hüquqa tətbiqinin müəllifi hesab olunur. O zaman təşəkkül tapmış 

təsəvvürə görə, hüququn təbiəti müxtəlif sosial subyektlərin maraqlarının ictimai 

tənzimlənməsi və uzlaşdırılması zərurətindən ibarət idi.  

R.f İyerinq özünün ictimai-hüquqi təlimində insanın, ictimai qrupların, cəmiy-

yətin maraqlarının müəyyən subordinasiyasını müəyyən edir, bu zaman çoxluğun ma-

raqlarına müəyyən üstünlük verilir. O, tarixi anlamda hüququ faktiki olaraq müxtəlif 

sosial subyektlərin maraqlarının subordinyasiyası və uzlaşdırılması sistemi kimi çıxış 

edən məcburetmə sistemi ilə  əsaslandırır. Onun hüquqa verdiyi tərifə görə, hüquq 

cəmiyyətin dövlət məcburetməsi ilə təmin edilən həyat şərtlərinin məcmusudur. 

Lakin bizim fikrimizcə, R.f İeyrinqin hüquq sistemində öz-özlüyündə məcbur-

etmə önəmli deyildir, onun müxtəlif sosial subyektlərin maraqlarının insanların real 

həyati maraqları ilə ictimai tənzimlənməsi və uzlaşdırılmasının zəruriliyini  əsaslan-

dırması fikri əhəmiyyət kəsb edir. R.f İyerinqin davamçıları Roskopaund (sosioloji 

hüququn müəllifi), F.Gek, Q.Ştol, R.Müller-Erzbax («maraqlar hüququ» məktəbinin 

nümayəndələri) onun təliminin məhz bu müddəasını vurğulamışlar (3, 92, 6, 89).  

R.f.İyerinq öz müasirləri arasında mülki hüquq münasibətində marağın rolunun 

ən düzgün izahını verir. Hər bir subyektiv mülki hüquq insana onun tələbatlarının 




 22

təmin edilməsinə xidmət edən hansısa əmlak, yaxud qeyri-əmlak neməti bəxş etmək 

üçün mövcuddur (2, 5).  

Hazırda hüquqda marağın ümumelmi anlamından fərqli anlayışı formalaş-

mışdır. Hüquqşünaslar hüquqda fəlsəfi anlamda münasibət (qarşılıqlı hüquq və 

vəzifələr şəklində olması mütləq sayılmayan hüquqi əlaqə) kimi deyil, həmin əlaqənin 

və onun elementləri kimi nəzərdə tutulan elementlərin – subyektlərin, onların hüquq 

və vəzifələrinin (hüquqi məzmun), onların davranışının (faktiki məzmun), habelə hü-

quq münasibətinin obyektinin və predmetinin vəhdəti kimi çıxış edən hüquq 

münasibətinin anlamına olan yanaşmaya analoji yanaşma seçmişlər.  

Bu isə o deməkdir ki, maraqların hüquqi tənzimlənməsi onların elementlərinin 

hüquqi tənzimi vasitəsilə, yəni onların lazımi hüquqi ifadəsi vasitəsilə həyata keçirilir.  

İctimai münasibətlərin hüquqi tənzimlənməsində maraq kateqoriyasının rolunu 

nəzərdən keçirmək üçün onların təsnifatının aparılması  zəruridir. Elmi ədəbiyyatda 

maraqların təsnifləşdirilməsinin bir çox əsasları  təklif olunmuşdur. Lakin hüquqi 

təhlil məqsədləri baxımından maraqların subyektlər üzrə  və ictimai münasibətlərin 

növləri üzrə təsnifatları daha mühüm hesab edilə bilər.  

Maraqların xüsusi və ümumi növlərə bölünməsi önəmlidir, çünki belə təsnifat 

mövcud olduqda hüququn xüsusi və ümumi növlərə bölünməsinin meyarı kimi 

maraqdan söz açmaq olar. Belə ki, hələ Qabriel Feliksoviç Şerşeneviç hesab edirdi ki, 

«xüsusi, ailə maraqları aləminin ictimai maraqlara qarşı qoyulması  hər kəsə o də-

rəcədə təbii görünür ki, belə bölgüdən ümumi və xüsusi hüquq arasında fərqləndirmə 

üçün əsas qismində istifadə edilir».  

Xüsusi maraqlara konkret şəxslərə və sosial qruplara xas olan, hüquqla qorunan 

maraqlar kimi tərif vermək olar. Ümumi marağa tərif verilərkən marağın ümumi-

liyinin substansional təbiəti etibarilə anlamının dəqiqləşdirilməsi zərurəti yaranır. 

Belə anlama iki yanaşma mövcuddur.  

Birinci nominalist yanaşmaya görə ümumi maraq xüsusi maraqların qarşılıqlı 

təsirinin nəticəsidir.  

İkinci realist yanaşma da ümumi marağı xüsusi maraqların fövqündə yerləşən, 

onlarla məhdudlaşmayan və belə maraqlara münasibətdə ilkin olan təzahür kimi izah 

edir. Həmçinin ümumi və dövlət maraqlarının nisbəti məsələsi meydana çıxır. Bir çox 

tədqiqatçılar Hegelin hüquq fəlsəfəsinin təsiri altında dövlət və ümumi maraqların 

eyniyyətindən çıxış edir.  

Lakin unutmaq olmaz ki, dövlət bəzən cəmiyyətdən uzaq düşür və o zaman 

bürokratik maraqlar dövlət maraqları kimi təqdim olunur, hərçənd ideal vəziyyətdə 

dövlət səmərəli və ahəngdar sosial inkişafa yönəlmiş ümumi maraqların ifadəsinə can 

atmalıdır.  

Ümumi və xüsusi maraqların balansının saxlanılması da önəmlidir. Bir tərəf-

dən, qanunvericilik səviyyəsində onların vəziyyətinin təsbiti zəruridir. Digər tərəfdən 

isə, dövlətin xüsusi maraqlar sahəsinə  əsassız müdaxiləsi imkanı yaranır, dövlət 

aparatının maraqları ümumi maraqlar kimi qələmə verilə bilər, habelə qanunlar qəbul 

edilərkən ayrı-ayrı şəxslərin maraqlarının lobbiləşdirilməsi, yəni cəmiyyətin obyektiv 

maraqlarına cavab verməyən maraqların qanunvericilik qaydasında təsbiti cəhdi 

mümkündür.  

Hüquqi tənzimləmə sistemində maraq kateqoriyasının rolu öyrənilərkən qanuni 

maraq və subyektiv hüquq kimi yaxın anlayışların müqayisəsi də  zəruridir. Cə-

miyyətin inkişafı prosesində  şəxsiyyətin tələbatlarının təmin edilməsinin müxtəlif 




 23

hüquqi vasitələri işlənib hazırlanmışdır, onların arasında subyektiv hüquqlar və 

qanuni maraqlar xüsusi yer tutur.  

Subyektiv hüquqları öyrənməyə başlamış ilk hüquqşünas alimlər iradə nəzəriy-

yəsini ifadə etmiş Fridrik Karl fon Savinyi və maraqlar nəzəriyyəsi ilə  çıxış edən 

Rudolf fon İyerinq olmuşlar. Bu gün hər iki nəzəriyyəni nəzərə aldıqda subyektiv 

hüquq dedikdə adətən dövlət tərəfindən yaradılan və obyektiv hüquq normaları 

vasitəsilə  təmin edilən, subyektin özünün ictimai maraqlarına və  tələbatlara zidd 

olmayan maraq və tələbatlarının təmin edilməsi məqsədilə fəaliyyətinə şərait yaradan 

hüquqi imkan başa düşülür. Subyektiv hüquqa qarşı  həmişə  vəzifə durur və onlar 

birlikdə hüquq münasibətini təşkil edirlər.  

Subyektiv hüquq kimi qanuni maraq də hüquqi icazədir, yəni hüquqi vasitədir, 

digər tərəfdən isə o həm də xüsusi sosial təzahürdür.  

Elmi  ədəbiyyatda qanuni marağın mövcudluğunu  şərtləndirən səbəblərin bir-

biri ilə  sıx surətdə bağlı olan kəmiyyət, keyfiyyət və iqtisadi qrupları  fərqləndirilir. 

Lakin bizim fikrimizcə, məhz kəmiyyət səbəbləri kateqoriyanın özünün mahiyyətini 

izah etməyə daha yaxşı kömək göstərir. O cümlədən, ictimai həyatın faktiki mü-

nasibətin hüquqi münasibətə çevrilməsi yolu ilə tənzimlənməsi mümkün olmayan bir 

çox sahələri mövcuddur. Belə halda qanuni maraq sadə icazədən tənzimləmə üsulu 

kimi istifadə etməyə imkan verir. Qanuni maraqlar həmçinin hüquqdakı boşluqlar 

probleminin həllinə kömək göstərir. Münasibətlərin bütün müxtəlifliyində normativ 

aktlar qəbul edilərkən bütün yeni yaranan sosial imkan və maraqların nəzərə alınaraq 

subyektiv hüquqlar dərəcəsinə qaldırılması, yəni qanunvericilikdə ifadəsi mümkün 

deyildir.  

Beləliklə, qanuni maraq həm müstəqil müdafiə predmeti, həm də xüsusi hüquqi 

vasitə kimi çıxış edərək, ayrı-ayrı  şəxslərin maraqlarının realizəsi və müdafiəsi 

imkanının genişlənməsinə təkan verə bilər.  

 

ƏDƏBİYYAT 

1.

 



Абалкин  Л.И.  Экономические  законы,  интересы  и  методы  хозяйственной  дея-

тельности // Коммунист, 1967, №6. 

2.

 

Борзенко  Л.  Учредительство  и  железные  дороги.  Очерк  железнодорожного  права / 



Интерес и право. Сочинение д-ра Рудольфа фон Иеринга, Ярославль: 1980, с. 153.  

3.

 



Завьялов Ю.С. Проблема интереса в марксистской теории социалистического права: 

Дис. канд. юрид, наук. М.: 1968, 298 с. 

4.

 

Интересы  и  стимулирование  в  современной  российской  экономике  (Сборник  науч-



ных работ) /Отв. ред. Б.Я.Гершкович. Пятигорск: 1996, 142 c. 

5.

 



Интересы в системе экономических отношений социализма /Отв. Ред.: Палкин Ю.И., 

Пахомов Ю.Н. Киев: Науково думка, 1974, 240 с.  

6.

 

Куликов А.К. Категория интереса в социологической теории Роско Паунда // Пра-



воведение. 1977, № 6 . 

7.

 



Ожегов С.И., Шведова Н.Ю. Толковый словарь русского языка. М.: Наука, 1997.  

8.

 



Радаев В.Я. Экономические интересы при социализме. М.: 1971, 120 с. 

9.

 



Тихомиров  Ю.А.  Публично-правовое  регулирование:  динамика  сфер  и  методов. 

Журнал российского права. М.: 2001, №5, с. 3. 

10.

 

Тарановский Ф.В. Интерес и нравственный долг в праве. Варшава: 1999, 20 с. 



 


 24

ИНТЕРЕС КАК КАТЕГОРИЯ, ЕГО ВЫРАЖЕНИЕ В ПРАВЕ 

 

Э.А.ХАЛАФОВ 

 

РЕЗЮМЕ 

 

Интересы  всегда  выступают  мощным  фактором  жизнедеятельности  людей,  созда-

ния  и  функционирования  государственных  и  общественных  институтов,  служат  важ-

ным побудительным стимулом и выражают общественные притязания на участие в пра-

вотворчестве и создании правовых актов, в правоприменении. 

Право  в  сути  своей  есть  нормативно  юридически  закрепленный  государственной 

волей  и  защищенный  интерес.  Именно  нормы  права(  имеются  в  виду  нормы-правила 

поведения) и заключают в себе основной компонент интереса.  



 

INTEREST AS A CATEGORY, ITS EXPRESSION IN THE LAW 

 

E.A.KHALAFOV 

 

SUMMARY 

 

Interest always acts as the powerful factor of people’s live creations and functioning of 

state and public institutes, serves as the important incentive stimulus and expresses public 

claims on participation in law-making and creation of legal acts in application of law. 

The right in the essence is a standard legally fixed by the state will and the protected 

interest. Norms of the right (norms-rules of behaviour mean) comprise the basic component of 

interest. 

 

 



: Xeberler%20Jurnali -> Sosial%202010%202
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 T
Sosial%202010%202 -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elmlər seriyası
Sosial%202010%202 -> №2 Sosial-siyasi elmlər seriyası 2010
Sosial%202010%202 -> PolitologiYA
Sosial%202010%202 -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elmlər seriyası
Sosial%202010%202 -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elmlər seriyası


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə