Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə54/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Nizami Gəncəvi
(1141-
1209-cu illər) erkən Şərq Renessans fəlsəfəsinin parlaq
nümayəndəsidir. Onun yazdığı dərin fəlsəfi məzmunlu beş
böyük poema – “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və
Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” Azərbaycanın və
bütün Yaxın Şərqin ədəbiyyat tarixinə “Xəmsə” (“Beşlik”) adı ilə
daxil olmuş, farsdilli və türkdilli şairlər həmin poemalara
çoxsaylı nəzirələr yazmışlar. Nizami poeziyasının fəlsəfi dərin-
liyini həm şairin varlığın qanunlarını və strukturunu dərk etmək
istəyi, həm də mükəmməl təhsil alması ilə izah etmək olar. Bu
87
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


təhsil onun Şərq peripatetiklərinin, xüsusən Fərabinin və İbn
Sinanın mütərəqqi ideyalarını, eləcə də zərdüştilik, qədim hind
və qədim yunan fəlsəfəsi ənənələrini mənimsəməsinə və onlar-
dan yaradıcılıqla istifadə etməsinə imkan verirdi.
Heç şübhəsiz, Nizaminin dünyagörüşündə mistisizmin və din
fəlsəfəsinin güclü təsiri hiss edilməkdədir. Biz bunu şairin fəl-
səfəsinin “zəif və mənfi cəhətlərinin” təzahürü hesab
etməməliyik. Bunlar olmasaydı, Nizaminin müasirləri, sadəcə
olaraq, onu başa düşməzdilər. Başlıca məsələ odur ki, dünyanın
dərk olunması üçün Nizaminin təklif etdiyi əsas metod medi-
tasiya və ya ənənəvi dini izah deyil, məntiqi təfəkkür idi. Nizami
fəlsəfi ümumiləşdirmələr aparmaq istedadına malik olan dahi
şairdir. O, öz qarşısında mülahizələr yürütmək üçün mücərrəd
mövzu kimi həyatın ayrıca bir parçasını deyil, həyatın bütün
panoramını, onun bütün sosial mənzərəsini görürdü. Bu, təkcə
incəsənətdə tam əks olunmağı deyil, həm də fikrin gərgin işini,
fəlsəfi nəticələr çıxarmağı tələb edir. “Leyli və Məcnun” poe-
masında:
“Ey öz varlığı da bilinməz hikmət,
Zahirə, batinə bir sənsən bələd.
Bütün bu canlılar, cansızlar ki var,
“Yaran” deməyinlə yaranmış onlar”,-
deyən Nizami “Xosrov və Şirin” poemasında elə qayda təklif
edir ki, ona əsasən Tanrının yaratdığı dünyanı dərk etmək olar:
“Hər şeydən üstündür səbəb” deyirkən,
O böyük qüdrəti sən kiçildirsən.
Varlığın əvvəli əgər səbəbsə,
Bəs səbəb pünhandır neçin hər kəsə?
... O böyük Tanrıdan olmasa fərman,
Məlumdur ki, gəlməz vücuda bir can”.
88
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


Dərk edilə bilməyən yeganə varlıq Allahdır. O, transsendentdir.
Onu dərk etmək mümkün deyil, yalnız Onun yaratdıqlarını
dərk etmək olar.
Nizaminin kosmoloji baxışları, eləcə də Yerin səthinin də 
yiş 
-
məsinin səbəbləri haqqında təsəvvürləri böyük maraq doğurur.
Şairin bu məsələlərə dair mülahizələri onun mükəmməl təhsili -
nə, ensiklopedik biliklərə malik olmasına dəlalət edir. 
Nizamiyə görə, ruh bədənlə bağlıdır və onu hərəkətə gətirir.
Hərəkət etdirəni hərəkət edəndən ayrı təsəvvür etmək mümkün
olmadığı kimi, ruhu da bədəndən ayrı təsəvvür etmək mümkün
deyildir. Lakin bədən öləndən sonra ruh bədənin hərəkətinin
səbəbi olmur, o, bir növ pərgara, Göyün dairəvi hərəkətinin səbə -
bi nə çevrilir. Nizaminin ruh və bədənin əlaqəsi barədə baxış la -
rında aristotelizm fəlsəfəsinin təsiri aşkar görünür. 
Nizaminin əksliklərin vəhdəti barədəki fikirləri də maraqlıdır.
Şairin bu məsələyə münasibətdə mövqeyi belədir: dünyada və
həyatda bir-biri ilə ayrılmaz şəkildə bağlı olan və əksliklərin
vəhdətini təşkil edən işıqlı-müsbət və qaranlıq–mənfi cəhətlər
vardır. Yer üzündə xalis sevinc olmur. Burada sevinc həmişə
kədərlə, məmnunluq iztirabla, xoşagələn qüssə ilə qarışmış olur. 
Nizami insanın ləyaqətinə inanan, yaxşılığın və ədalətin zəfər
çalmasını arzu edən humanist idi. Nizami bütün yaradıcılığı
ərzində ədalətli hökmdar idealı axtarmış və onu İsgəndərin
obrazında təcəssüm etdirmişdir: Nizaminin bu qəhrəmanı ideal
hökmdar, müdrik filosof və uzaqgörəndir. Şairin humanizmi dini
dözümlülük, azadfikirlilik, qadına hörmət ruhu ilə fərqlənir.
Mütəfəkkirin humanist konsepsiyasının özəyini təşkil edən əsas
ideya insanın böyüklüyünün və gözəlliyinin, fiziki və idraki
qüvvəsinin təntənəsidir.
Nizaminin etik baxışları böyük maraq doğurur. Şair tamahkar-
lığı, hədsiz acgözlüyü, sərvət hərisliyini pisləyir. “İqbalnamə”də
“Acgöz olma, sərvət bolluğuna uyma” deyən şair “İsgən dər na -
mə”nin başqa bir yerində tövsiyə edir: “Çox ver, az al”. “Xosrov
və Şirin” poemasında o, səxavətli olmağı nəsihət edir: “Dəniz
89
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


kimi səxavətli ol, bunun müqabilində mükafat axtarma”.
“İqbalnamə”də səxavətlilik Aristotelin və Sokratın müdriklik
haqqında fikirlərinə əsasən təsvir edilir. Aristotel pul barəsində
deyir: “Sənin yanında olan xəzinə sənin üçün ağır bir yükdür.
Əgər onu paylasan, xilas olacaqsan. Pul od kimidir, onu yığmağa
dəyməz. O, qığılcımdır, onu özündən kənara atmaq lazımdır”.
Nizami Sokratın dilindən səxavətli olmağı, kuzələri daim su ilə
dolduran çeşməyə oxşamağı məsləhət görür; kuzələr sınır, lakin
çeşmədəki su tükənmir. 
Nizami ideyalarının oxucuların zəkasına və qəlbinə uzun müd-
dət təsir göstərməsinin sirri ondan ibarətdir ki, o, insanın, insani
dəyərlərin, gözəlliyin və xeyirxahlığın nə olduğu barədə suallara
kifayət qədər inandırıcı cavablar tapmağa müvəffəq olmuşdur.
Şair bu cavabları insanın mənəvi təkmilləşmə yolunu göstərməyə
çalışan müdrik kimi poetik formada şərh etmişdir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə