Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə57/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

III fəsil. Antik fəlsəfə
Antik fəlsəfənin dövrlərə bölünməsi
Qədim yunan fəlsəfəsinin təşəkkülü
Fəlsəfənin inkişafında ziddiyyətli meyillər: dialektika və
metafizika
Qədim yunan fəlsəfəsinin klassik əsri
Ellinizm  fəlsəfəsi
Qədim Roma fəlsəfəsi 
Müasir filosofların əsərlərində antik fəlsəfənin
qiymətləndirilməsi
Antik fəlsəfənin dövrlərə bölünməsi.
Qədim Şərq ölkələrində
fəlsəfənin rüşeymlərinin necə inkişaf etməsini, bu ölkələrdə
mifoloji və dini təsəvvürlərin sırf fəlsəfi baxışlarla necə
qarışdığını gördük. Lakin qədim Yunanıstanda və qədim
Romada mədəniyyətin müstəqil bir hadisəsi kimi yaranmış
fəlsəfə bizim eradan əvvəl VII əsrin sonlarından eramızın
VI əsrinə qədər uzun inkişaf yolu keçmişdir. Qədim yunan və
qədim Roma filosoflarının təlimlərinin məcmusu antik fəlsəfə
adı almışdır.
Antik fəlsəfə e.ə. VII əsrin sonu – e.ə. VI əsrin əvvəllərində
Yunanıstanın özündə deyil, kiçik Asiyanın qərb sahillərində
İoniyanın yunan məskənlərində, ilk növbədə, Miletdə yaran-
mışdır. O, özünün inkişafı dövründə iki əsas və nisbətən uzun
mərhələ keçmişdir: birinci mərhələ e.ə. VII əsrin axırlarından e.ə.
II əsrə qədər davam etmiş qədim yunan ellinist dövrü, ikinci
mərhələ e.ə. II əsrdən başlamış və b.e. VI əsrinin əvvəlində başa
çatmış qədim Roma dövrüdür. Bu dövrlərin hər birində antik fəl-
səfənin inkişafının bir neçə iri və xırda mərhələsini
95
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


fərqləndirmək olar. Məsələn, qədim yunan dövrünün birinci –
Milet mərhələsi (Fales, Anaksimandr, Anaksimen, Efesli
Heraklit, Kolofanlı Ksenofan) e.ə. VII-VI əsrlərdə başlanmış və
e.ə. VI əsrin ikinci yarısında, İoniya şəhərləri öz siyasi müstəqil-
liyini itirdiyi və yunan fəlsəfəsinin inkişaf mərkəzi İtaliyanın və
Siciliya adasının yunanlar yaşayan şəhər-dövlətlərinə keçdiyi
vaxtda başa çatmışdır (Pifaqorun həmfikirlər ittifaqı, Parmenid
və Zenon rəhbərliyi altında eley məktəbi, Aqriqent adasından
olan Empedokl). 
Antik fəlsəfənin inkişafının növbəti mərhələsi e.ə. V əsrin orta-
larından başlanır. Həmin dövrdə yunan-İran müharibələrindən
(e.ə. 500-449-cu illər) sonra Afina Yunanıstanın demokratik
şəhər-dövlətlərinin – polislərin mədəni həyat mərkəzinə
çevrilmişdi (Anaksaqor, Sokrat, Platon, Epikur, Aristotel). Afina
fəlsəfi məktəbi ilə paralel olaraq Abderdə Levkipp və Demokritin
məktəbi inkişaf edir. Antik Yunanıstan fəlsəfəsi parlaq çiçəklən-
mə dövründən sonra Makedoniyalı İsgəndərin imperiyasının
yarandığı dövrdə də inkişafını davam etdirmişdir. Bundan sonra
antik fəlsəfə artıq qədim Romada, bütün Aralıq dənizi regionun-
da hegemonluğa nail olmuş Roma imperiyasının hakimiyyəti
altında inkişaf edir. Qədim Roma fəlsəfəsi (Lukretsi Kar)
Romanın respublika dövrünün axırlarında (e.ə. II-I əsrlər) yaran-
mış və Roma imperiyası dövründə təxminən onun süqutuna
qədər (b.e. V əsrin sonu, VI əsrin əvvəli) yunan fəlsəfəsi ilə para-
lel inkişaf etmişdir. 
Göründüyü kimi, antik fəlsəfə dolğun bir fenomen kimi dünya
mədəniyyətinin qədim mərkəzləri olan Hindistandan, Çindən və
İrandan çox uzaqlarda yerləşən yunan şəhər-dövlətlərində
yaranmışdır. Lakin bu fakta istinad edərək demək olarmı ki,
antik fəlsəfə bəşəriyyətin fəlsəfi şüurunun inkişafında təcrid
olunmuş bir hadisədir? Əlbəttə, olmaz. Yunanıstanın Kiçik
Asiyadakı İoniya məskənləri daha qədim sivilizasiyalara, o cüm-
lədən Misir və Babilistan sivilizasiyalarına məxsus Şərq xalqları
ilə geniş ticarət və mədəni əlaqələr saxlayırdı. Onlar həmin
xalqlar vasitəsilə astronomiya, riyaziyyat və digər elmlərə aid
96
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


biliklərin əsasları ilə tanış olmuşdular. Şərq fəlsəfi baxışlarının
əsasları da bu şəhərlərə gəlib çatmışdır. Məsələn, məlumdur ki,
Platon Zərdüştü qədim dövrün filosofu adlandırır, Aristotel isə
Xeyir ilə Şər arasında mübarizə haqqında Zərdüştün təlimi ilə
tanış idi. 
Antik fəlsəfə də, öz növbəsində, Yaxın Şərq ölkələrində fəlsəfi
şüurun inkişafına çox böyük təsir göstərmişdir. Aristotel, Platon
və Plotinin fəlsəfi təlimləri İsgəndəriyyədə və Suriyada geniş
yayılmışdı. Neoplatonizmin ən böyük nümayəndələri Porfiri
(e.ə. təqribən 304-cü ildə vəfat etmişdir) və onun şagirdi
Yamvlix (e.ə. təqribən 330-cu ildə vəfat etmişdir) əslən suriyalı
olmuşlar. Bundan əlavə, V əsrin ikinci yarısında–VI əsrin əvvəl-
lərində Bizansın hakim dairələri xristianlığı bütpərəstliyin
hücumlarından qorumaq üçün bütpərəst aristotelizmə zərbələr
endirmişdir. Məsələn, imperator Zenon 489-cu ildə dekret
verərək peripatetiklərin məktəbini, imperator Yustinian isə
Afinadakı sonuncu – neoplatonist fəlsəfə məktəbini bağlatdır-
mışdır. Bu məktəblərin davamçıları Sasanilər sülaləsinin
hakimiyyətdə olduğu İranda, o cümlədən Nisibin və
Hinduşapur şəhərlərində sığınacaq tapmışdılar. V-VI əsrlərdə
həmin şəhərlərdə fəlsəfə məktəbləri yaranmışdı. 
Antik fəlsəfə ideyalarının əsas əhatə dairəsi öz inkişafını beləcə
başa vurdu.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə