Xaqani fəlsəfəyə şeylərin və hadisələrin
mahiyyətinin kəşfi və
öy rə nilməsi ilə məşğul olan elm kimi tərif verir. O, Allahın möv -
cud luğunu qəbul edir, dünyanın yaradıldığına əmindir. Əbədi
mövcud olan Tanrının yaratdığı dünya da əbədilik atributuna
malikdir, çünki onu yaradan əbədidir.
Xaqaniyə görə, maddi aləm dörd ilkin ünsürdən ibarətdir: tor-
paq, hava, su və od.
Bu dünya, o cümlədən insan özü də İlahi var-
lığın təzahürü və Allahın varlığının təsdiqidir. İnsan Allahın
kiçildilmiş surətidir. Mütəfəkkir yazır: “Mənim bütün obrazım
Odur (Allahdır), mənim bütün keyfiyyətlərim Odur, buna görə
də mənim sözlərimdə nə “mən” var, nə də “biz””.
Xaqaniyə görə, ruh “əbədi substansiyadır”
və öz təbiətinə görə,
“xalis işığa” oxşayır. O, ruhun üç növünü fərqləndirir: bitki ruhu,
heyvan ruhu və ağıllı, yaxud danışan ruh. Əgər ruh bədəni tərk
edərsə, bədən məhv olar.
Mütəfəkkir
belə hesab edir ki, həqiqətin dərk edilməsi varlığın on
kateqoriyasını dərk etməkdən ibarətdir. Aristotelin irəli sürdüyü
və İbn Sinanın fəlsəfi sistemində də rast gəlinən həmin kate-
qoriyalar bunlardır:
mahiyyət, keyfiyyət, kəmiyyət, nisbət,
məkan, zaman, mövqe, maliklik, hərəkət və iztirab. “On
məntiqi
kateqoriyanı dərk etməlisən, çünki (onları dərk edən) həqiqətə
yiyələnmiş hesab olunur”.
Xaqaniyə görə, idrak prosesində hisslər
və zəka iştirak edir və bu
və ya digər həqiqətin yəqinliyini yalnız zəka söyləyə bilər.
Böyük Azərbaycan şairi və mütəfəkkiri
Dostları ilə paylaş: