Filasofiya az: filosofia qxd


Bəhmənyar ibn əl-Mərzban əl-Azərbaycani



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə49/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Bəhmənyar
ibn əl-Mərzban əl-Azərbaycani
(1066-cı ildə vəfat etmişdir)
nəinki Azərbaycanın, hətta bütün Yaxın Şərq regionunun fəlsəfə
tarixində fəxri yer tutur. O, İbn Sinanın ən yaxın davamçıların-
dan biri, onun fəlsəfəsinin bilicisi və təfsirçisi idi. O, “İdrak”,
məntiqə aid “Bəzək”, “Sevinc və səadət”, “Musiqi haqqında”
kitabların və çoxsaylı traktatların müəllifidir.
Bəhmənyarın şah əsəri “İdrak” (“ət-Təhsil”) kitabıdır. Müəllif
bu kitabı öz müəlliminin əsərlərinə, onunla şəxsi söhbətlərinə,
eləcə də İbn Sina fəlsəfəsinin bəzi qaranlıq məsələlərinin
müstəqil tədqiqinə əsaslanaraq yazmışdır. Bu kitabda, ilk
növbədə, varlığı, mövcudluğu, yəni “ilkin fəlsəfə”nin
mövzusunu Şərq peripatetiklərinin necə təfsir etmələri barədə
suala cavab tapırıq. “Metafizikanın predmetinin bütün şeylər
üçün ümumi olan cəhətinin, məhz mövcudluq, yəni varlıq”
olduğunu qeyd edən Bəhmənyar mövcudluğun iki növünün –
zəruri mövcudluğun və ehtimal edilən mövcudluğun olmasını
etiraf edir. Zəruri mövcudluğun istər yaxın, istərsə də uzaq
səbəbi yoxdur. Zəruri mövcudluq heç nədən asılı olmadan
mövcuddur, o, ilk başlanğıcdır, özlüyündə mövcud olan,
özünün səbəbi olmayan, özü isə ehtimal edilən mövcudluğu
təmsil edən bütün başqa varlıqların mövcudluğunun səbəbi
olan Allahdır. Düzdür, bu halda Bəhmənyar “Allah” anlayışın-
dan və ya başqa dini terminlərdən istifadə etmir, lakin filosof
birmənalı olaraq göstərir ki, peripatetiklər İlahi atributların
82
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


rəmzi şərhi əsasında Allahın zəka, bilik, iradə və qüdrətlilik
kimi atributlara malik olmasını bildirirlər. 
Bəhmənyara görə, hər şeyin ilk mövcudata aidiyyəti vardır və
hər şeyin varlığı da Onunla bağlıdır. Buna görə də şeylərin öz
daxilində mövcud ola bilməsinin zəruriliyi və onların səbəbləri
üzündən mövcud olmalarının zəruriliyi Ona məlumdur. 
Bəhmənyar öyrədir ki, hər bir mükəmməllik və gözəllik insana
həzz verir, çünki yaxşı odur ki, hər kəs ona can atır. Hər kəsin can
atdığı şey isə varlıq və ya varlığın mükəmməlliyidir, çünki
yoxluq özünə cəlb etmir. Zəruri mövcud olan isə saf nemətdir,
çünki ona heç bir pislik qarışmamışdır. Əgər O, xalis gözəlliyə və
saflığa malikdirsə, O, özlüyündə mütləq nemətdir. O, özünü ən
mükəmməl tərzdə dərk edir. Hər hansı mükəmməllik özünə
sevgi doğurur, deməli, O, özünü sevir, lakin bu sevgi məhəbbət
vasitəsilə olmur; Onun üçün “olmaq” Özünü əzablı sevgi ilə
deyil, fəal məhəbbətlə sevmək, Özündən zövq almaq deməkdir.
Onun sevilən və sevən olması Onun mövcudluğunun eynidir. 
Beləliklə, O, ağlın gücü ilə dərk edilə biləndir – ağıl Onu dərk etsə
də, etməsə də; O, seviləndir – sevgi obyekti olsa da, olmasa da.
Mövcud şeylər zəruri varlıqdan yaranır və onların mövcudluğu
bir peşədir. Hadisələr ondan Onun iradəsi ilə eyni olan bilikləri
sayəsində yaranır. Zəruri mövcud olanın atributlarından biri
canlı atributudur. Canlı – qavrayan və fəaliyyət göstərəndir; can-
lının xassələrinə aid olan hərəkətlər Ondan bəhrələnir. Eyni
zamanda, zəruri mövcud olan gerçəyin atributuna malikdir.
Şeyin gerçəkliyi Onun varlığının fərdiləşdirilməsindədir.
Buna görə də, özlüyündə Zəruri Mövcud Olandan daha gerçəyi
yoxdur. Onunla müqayisədə hər şey qeyri-real, Onun sayəsində
hər şey realdır, Zəruri Mövcud Olan gerçək olmağa daha çox la -
yiqdir. Elə buna görə də Onun simasından başqa hər şey fanidir.
Gördüyümüz kimi, Orta əsrlərdə Yaxın Şərqin digər filosof-peri-
patetikləri kimi, Bəhmənyar da Platonun təsirindən azad deyildi.
Onun əsərlərində Quran ayələrinə istinadlar olmasa da yenə
83
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


görürük ki, o, dini həqiqətləri filosof kimi mənalandırır, fəlsəfəyə
aşkar üstünlük verməklə dini və fəlsəfəni barışdırmağa çalışır.
Bəhmənyar ağlı gerçəkliyin dərk edilməsi vasitəsi kimi qəbul
edirdi. O, məntiq elminə aid bilikləri yüksək qiymətləndirir və
məntiqi məsələlərin həllinə böyük məna verirdi. O, öz hökmləri-
ni zəkanın köməyi ilə, məntiqi üsulla isbat etməyə çalışırdı. O,
məntiqi dərindən tədqiq edir, məntiqin vəzifəsini təfəkkürü
səhvlərdən qorumaqda görürdü. Onun fikrincə, təfəkkürün həm
forma, həm də material baxımından düzgün olması həqiqəti
dərk etməyin zəruri şərtidir: istənilən materialdan ev və ya kilsə
tikmək, eləcə də müxtəlif materiallardan istənilən formada ev və
ya kilsə tikmək mümkün olmadığı kimi (hər bir tikinti üçün
müvafiq material və forma lazımdır), müxtəlif materiallardan və
istənilən formada düzgün fikir qurmaq da mümkün deyildir. Və
əksinə, təfəkkür yolu ilə dərk edilə bilən hər bir predmet üçün
ona müvafiq olan material və forma vardır ki, onlara əsasən
müəyyən predmet dərk edilir. 
Bəhmənyarın fikrincə, insanın qəlbi zəka ilə dərk edilə bilənləri
bilavasitə, maddi şeyləri isə duyğular vasitəsilə dərk edən qeyri-
maddi substansiyadır. Ruh həm də bədəni idarə edir.
Orta əsrlər Azərbaycanında fəlsəfi problemlərlə Əfzələddin
Xunaci, Nəcməddin Naxçıvani, Siracəddin Urməvi və adları hələ
onların sağlığında Azərbaycanın hüdudlarından çox-çox uzaq -
larda məlum olan digər görkəmli mütəfəkkirlər məşğul olurdu.
Onların çoxu İbn Sinanın əsərlərinə şərhlər yazdıqlarına görə
tanınmışdı. 
Orta əsrlər Azərbaycan fəlsəfəsini tədqiq etmiş tarixçi
Z.Məmmədov göstərir ki, 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə