Filasofiya az: filosofia qxd


Qədim yunan fəlsəfəsinin təşəkkülü



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə58/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Qədim yunan fəlsəfəsinin təşəkkülü.
E.ə. VII əsrdən IV əsrə
qədərki dövr qədim Yunanıstanın ictimai fikir tarixində əqli
inkişafın mifologiya və dindən elmi və fəlsəfi təfəkkürə doğru
yönəlməsi ilə səciyyələnir. Ətraf aləmlə səmərəli əlaqələrin
qurulması qədim yunanlara qonşuları olan misirlilərin və
babillilərin sənətkarlığını, texniki vərdişlərini və ilkin elmi
biliklərini mənimsəməyə imkan vermişdir. İstedadlı yunan-
ların bu nailiyyətlərə yaradıcı yanaşması sırf yunan
mədəniyyətinin inkişafına yeni təkan vermişdir ki, bunun da
nəticəsində ən mühüm hadisələrdən biri olan qədim yunan fəl-
səfəsi meydana gəlmişdir.
97
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


Qədim yunan fəlsəfəsinin formalaşmasının və inkişafının
başlanğıc nöqtəsi Fales (e.ə. təqribən 625-547-ci illər),
Anaksimandr (e.ə. təqribən 610-546-cı illər) və Anaksimenin (e.ə.
təqribən 588-525-ci illər) təmsil olunduqları Milet məktəbi hesab
edilir. Bəşəriyyətin bu ilk filosofları həm də təbiətşünas idilər.
Onlar bütövlükdə təbiətin, kosmosun və dünyanın mahiyyətini
anlamağa səy göstərir, bütün varlıqların əmələ gəldiyi ilkin mad-
dəni müəyyənləşdirməyə çalışırdılar. 
Kainatın eyni elementlərdən ibarət olması indi çoxları üçün aşkar
və aydındır. Amma görəsən e.ə. VI əsrdə 
Fales
nəyə əsaslanaraq
belə bir nəticəyə gəlmişdi ki, bütün varlıqlar sudan yaranır və
dağıldıqda yenidən suya çevrilirlər? Əlbəttə, zəkanın gücünə.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə