Filasofiya az: filosofia qxd


Qədim yunan fəlsəfəsinin klassik əsri



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə66/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Qədim yunan fəlsəfəsinin klassik əsri.
Sofistlər rasionalizmi inki -
şaf etdirməklə, dialektikanı hazırlamaqla və kosmoloji şüurun
əsaslarını laxlatmaqla öz missiyalarını yerinə yetirdilər. Lakin
onlar bəzi prinsipsiz, bəzən tamamilə nihilist təlimlər irəli sür-
məklə özlərini hörmətdən saldılar, nüfuzlarını itirdilər. Sofist -
lərin təlimləri həm idealistlər, həm də materialistlər tərəfindən
inkar edilirdi.
İlk böyük idealist mütəfəkkir olan 
Sokrat
da (e.ə. 469-399-cu
illər) sofistlərin relyativizminə və subyektivizminə qarşı çıxırdı.
Sofistlərlə Sokrat arasında ümumi cəhət ondan ibarətdir ki,
sofistlər kimi Sokratın da nəzərində fəlsəfənin əsas problemi
onların sələflərində olduğu kimi kosmoloji problem deyil,
antropoloji problem; dünya və dünya nizamı deyil, insan və
onun həyatı idi. Onların arasında fikir ayrılıqları “insan”, “təbiət
və insanın vəzifəsi”, “xeyirxahlıq”, “mif” və başqa anlayışların
şərhi ilə bağlı idi.
Sokratdan sonra onun heç bir əsəri qalmamışdır və onun təlimi -
nin məzmununu yalnız şagirdlərinin – Platonun və Kseno fon tun
məlumatlarına əsasən təxmini müəyyən etmək mümkündür.
Platon “Sokratın apologiyası” silsiləsindən 34 dialoq yazmışdır.
Sokrat tez-tez deyirdi: “Mən bilirəm ki, heç nə bilmirəm”. Lakin
bir rəvayətə görə, Sokratın davamçısı Xerefont Apollonun mü -
qəddəs ziyarətgahına gələrək pifiya – orakula müraciətlə Allaha
belə bir sual vermişdir: “Dünyada Sokratdan müdrik adam
varmı?”. Onda belə cavab eşitmişdi: “Ondan müdrik yoxdur”.
Sokrat öz əhəmiyyətinə və fəlsəfəsinə görə o qədər nəhəng
108
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


simadır ki, tarixçilər filosofları üç qrupa bölürlər: “Sokratdan
əvvəlkilər”, “Sokratın müasirləri” və “Sokratdan sonrakılar”. 
Sokrat öz təlimini şərh etmiş və öz konsepsiyasını əsaslandır-
mışdır: insan problemindən başqa heç bir problem yoxdur; kos-
moloji şüur cəfəngiyatdır və onun mövzusu yoxdur: insan təbiətə
aid məsələlərə qarışmamalıdır – orada Allah hökmranlıq edir və
təbiətin qanunlarını öyrənmək insanın işi deyil; insanın əsas
vəzi fəsi özünü dərk etməkdir. Bu, özünüdərkdir. Özünüdərk isə
qarşıya ən köklü məsələlər qoyur. Sən bu dünyaya nə üçün
gəlmisən? Sən nə etməlisən? Sənin taleyin necədir, sənin fəaliy -
yətinin mənası nədir? 
Sokratın baxışlarında mürəkkəb məqamlar çox olmuşdur. Həmin
məqamlardan biri belədir: o, bir tərəfdən insan problemini
qaldırır, idrakın vəzifəsinin insanın özünüdərki olduğunu
bildirərək, hesab edirdi ki, insandan uca heç nə yoxdur, amma
digər tərəfdən isə, mənşəcə aristokrat olmasa da, demokratik
Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə