Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə69/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Platondur
(e.ə. 427-347-ci illər). Sokratın şagirdi və onun çılğın
tərəfdarı olan Platon müəlliminin ölümündən sonra Afinanı tərk
etmiş, uzun müddət səyahətdə olmuş və 40 yaşında vətənə qayı-
dandan sonra mifik qəhrəman Akademin meşəsində fəlsəfə mək-
təbi yaratmışdır. Sonralar həmin məktəb akademiya adlandırıl -
111
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


mış 
dır. Sokratın 30-dan çox əsəri qalmışdır, onlardan ən
məşhurları aşağıdakılardır: “Pir”, “Dövlət”, “Parmenid”,
“Timey”, “Sofist”, “Qanunlar” və s.
Platon anlayışlar filosofudur. O, anlayışın mücərrədlik kimi rolu -
nu mütəfəkkirlər arasında birinci olaraq başa düşmüş və
təfəkkürün hissi qavrayışdan fərqlənən anlayışlardan ibarət
təbiətini açmışdır. O, ideyaları mütləqləşdirməyə meyil edir,
ideyalar dünyasını şeylər dünyasına qarşı qoyur, şeylər haqqın-
da ideyaları şeylərin özündən təcrid edirdi. Buna görə, Aristotel
onu tənqid edirdi. Aristotel belə hesab edirdi ki, şeyin mahiyyəti
şeyin özündən kənarda ola bilməz. 
Lakin Platona görə, təkcə ideyaların mövcud olması hissi
aləmə aid şeyləri izah etmək üçün kifayət deyildir. Bu şeylər
keçici olduğu üçün onlar təkcə varlıqla deyil, yoxluqla da
şərtlənməlidir. O, yoxluğu materiya ilə eyniləşdirirdi.
Atomistlər atomları cismani hesab edir, yoxluğu isə boşluğa
bərabər tuturdular. Platonda isə yoxluq materiya, varlıq isə
cisimsiz ideyalardır. Buna görə də Platonun təlimi obyektiv
idealizm kimi xarakterizə edilir. Ona görə ki, onun fikrincə,
mövcud olan əşya deyil, onun mahiyyəti – ideyadır, lakin
ideya özlüyündə mövcuddur. 
Platon fəlsəfəsi üçün mühüm məqamlardan biri də onun “gözəl-
liyi” ali ideyalardan biri hesab etməsidir. Gözəllik ideyası bütün
şeylərə gözəllik verir, o, nümunədir, modeldir, paradiqmadır.
Lakin Platona görə ən ali, ən mühüm ideya nemət ideyasıdır.
Nemət dərk edilən əşyalara təkcə mövcudluq və ondan mahiyyət
kəsb etmək qabiliyyəti vermir. Nemət ideyası hər şeydən ucadır,
o, istər dünyada, istərsə də insanların həyatında bütün gözəllik-
lərin səbəbidir. Bu, o deməkdir ki, dünyada hökm sürən qayda
məqsədəuyğun qaydadır: hər şey xoş məqsədlərə yönəlir. 
Platona görə, bütün canlı varlıqlar üçün ali məqsəd nemətə malik
olmaqdan ibarət səadətdir. Buna görə də hər bir ruh nemətə can
atır və nemət naminə hər şeyi edir. Ruh nemətə nail olmağa çalış-
maqla nemət haqqında biliklərə can atır. 
112
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


Platonun taleologiyası, obyektiv məqsədəuyğunluq haqqında tə -
li mi, onun teologiyası ilə sıx bağlıdır. Platonun nəzərində Allah
təkcə canlı varlıq deyildir. O, nemətlərin mükəmməlliyidir. Allah
özü nemətdir. Allah gözəldir və gözəlliyi sevir, buna görə də O,
özünə oxşar dünya yaradır, çünki O, yalnız o halda xoşbəxt ola
bilər ki, Onun dünyaya bəxş etdiyi həyat xoşbəxt olsun. Allah
qadir demiurqdur – o, ideyaları materiya ilə birləşdirmiş və kos-
mosu yaratmışdır. 
Platonun kosmologiyasının mərkəzində dünya ruhu haqqında –
ruhun insan bədənindəki zindana salınması, lakin çevrilməyə qa -
bil olması haqqında təlim dayanır. Ruh üç hissədən ibarətdir: Ulu
Tanrı tərəfindən yaradılan idraki hissə və aşağı səviyyəli
allahların yaratdığı səmərəli və ehtiras hissələri. İnsan düzgün
tərbiyə edildikdə ruhun idraki hissəsi ehtiraslara və xəyallara
üstün gələ bilər. 
Platonun idrak nəzəriyyəsi onun ruh haqqında təlimindən ayrıl-
mazdır. O, dərk edilən əşyaların fərqlərindən asılı olaraq idrakın
növlərini də fərqləndirirdi. Platona görə həqiqi idrak yalnız
həqiqətən mühüm ideyalar barəsində mümkündür. Bu cür
idrakın mənbəyi insanın ölməz ruhunun bədənə köçməsinə
qədər seyr etmiş olduğu ideyalar dünyası haqqında xatirələrdir.
Hissiyyata aid şeylər və hadisələr barəsində bilik əldə etmək
mümkün deyildir, onlar haqqında yalnız ehtimal söyləmək olar.
Platon idrak metodu olan dialektikanı iki yol kimi başa düşürdü:
anlayışların ümumiləşdirilməsi vasitəsilə ən aliyə çatmaq və
əksinə, ən ümumi anlayışlardan daha az ümumi anlayışlara
doğru aşağı enmək. 
Platonun cəmiyyət və dövlət barədə baxışları böyük maraq
doğurur. Bu filosofun fikrincə, insanlar öz səyləri sayəsində
mükəmməlliyə yaxınlaşa bilməzlər, buna görə də qanunlar təsis
edən və cəmiyyətin təkmilləşməsi üçün zəruri zəmin yaradan
dövlət olmalıdır. Yaxşı dövlət müdriklik, mərdlik, qaydaları
gözləmək və ədalətlilik kimi keyfiyyətlərə malik olur. 
Platona görə, ideal tipli cəmiyyət odur ki, orada insanların dav -
ra nı şının əsas hərəkətverici qüvvəsi maddi qayğılar və sti mul lar
113
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


deyil, mənəvi prinsiplərdir. Dövlət azad vətəndaşlar arasında
əmək bölgüsünə arxalanır. Məhz əmək bölgüsü vətəndaşların
hər bir təbəqəsinin fəaliyyətinin cəmiyyət üçün daha faydalı ol -
ma sını təmin edir. Ailə və xüsusi mülkiyyət bir-birinə zidd ma -
raq ların mənbələridir və bu səbəbdən onlar cəmiyyətin vəh də tini
pozurlar. Cəmiyyətin vəhdətinin ali formasına nail ol maq üçün
döyüşçülər və idarəçilər arasında şəxsi mülkiyyəti ləğv etmək,
arvadların və uşaqların ümumi olmasını tətbiq et mək, böyü mək -
də olan nəslin tərbiyəsini dövlətə həvalə etmək la zım dır. Plato -
nun ideal cəmiyyəti filosofların hökmranlıq etdiyi, əs gərlərin isə
özlərini təkmilləşdirmək və mənəvi rəşadətin daha yüksək pil-
ləsinə çatmaq qabiliyyətinə malik olduğu yunan polisidir.
Qədim Yunanıstanın ən böyük filosofu 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə