Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə70/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Aristotel
(e.ə. 384-322-ci
illər) Platonun şagirdi idi.
Aristoteldən çoxlu əsərlər irs qalmışdır. Onun “Orqanon” adlı
kitabına “Kateqoriyalar”, “Analitiklər”, “Topika”, “Mühakimə
haqqında traktat”, “Sofist sübutlarının təkzib edilməsi” adlı
məntiqi traktatları daxildir. Aristotelin “Metafizika” əsəri varlıq
haqqında təlimə həsr edilmişdir. Filosof təbii-elmi məsələləri
“Fizika” kitabında, “Göy haqqında”, “Heyvanların hissələri
haqqında” traktatlarında; psixologiya məsələlərini “Ruh haqqın-
da” traktatında nəzərdən keçirir. Onun “Nikomaxın etikası” adlı
etik traktatı çox məşhurdur. “Ritorika” və “Poetika” əsərlərində
isə natiqlik sənəti, poeziya və estetika məsələləri təhlil edilir. 
Bir filosof kimi Aristotel Platona həm yaxın, həm də ondan uzaq -
dır. Ona görə yaxındır ki, o, idealizm mövqelərində qalmışdır,
ona görə uzaqdır ki, elm haqqında təcrübi biliklərə meyil edirdi.
Platonun idealizmi dualizmə, materiya və formanın vəhdəti
ideyasından çıxış edən Aristotelin idealizmi isə monizmə və
empirizmə meyil edir. Aristotelin fikrincə, Platonun səhvi ondan
ibarətdir ki, o, ideyaları hərəkətlə səciyyəvi olan hissiyyat alə-
mindən ayıraraq onların müstəqil mövcudluğunu güman edirdi.
Aristotel özü isə fərdləri, məsələn, konkret insanı, konkret atı
mahiyyət adlandırırdı, növləri və cinsləri isə birincilərdən
törəmə olan ikinci dərəcəli mahiyyətlər hesab edirdi. O, şeyin
114
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


materiya (substrat) və formadan ibarət olmasını bildirirdi. Tunc
heykəldə materiya tunc, forma isə heykəlin cizgiləridir.
Aristotelin təliminə görə, forma varlığın əsas səbəbi, materiya isə
varlığın imkanıdır. 
Aristotelə görə, hərəkət və dəyişmə dünyanın əsas xassələridir.
Dünya dörd başlanğıcdan ibarətdir: materiya (anlayışın gerçək-
ləşdiyi məkan), forma (imkandan gerçəkliyə keçid baş verəndə
materiyanın qəbul etdiyi anlayış), hərəkətin səbəbi və nəhayət,
məqsəd, yəni məlum hərəkətin nəyin naminə baş verməsi. 
Aristotel üçün səciyyəvi cəhət ondan ibarətdir ki, o, Allahı hər
hansı hərəkətin qeyri-maddi forması və hərəkətsiz mənbəyi kimi
başa düşür. Aristotelə görə, Allah ali başlanğıc, nemət ideyasıdır.
Ona əbədilik, identiklik, yeganəlik kimi keyfiyyətlər xasdır. Allah
hər şeyi ilk dəfə hərəkətə gətirən qüvvə və son gerçəklikdir. Allah
mükəmməllik mücəssəməsidir, buna görə o, həm də zəka
mücəssəməsidir. Allaha oxşamaq istəyən insan öz zəkasını
inkişaf etdirməlidir. 
Allahın bütün mövcudatın əzəli və sonradan yaranmayan səbəbi
olması ideyası orta əsrlərdə müsəlman mütəfəkkirlərinə islam
ehkamlarını fəlsəfi cəhətdən əsaslandırmaqda kömək etmişdir. 
Aristotelin idrak nəzəriyyəsi onun ontologiyasına əsaslanır.
Filosof elmi biliyi təcrübə, fərziyyə və fikirdən fərqləndirir.
Biliyin əsas cəhətləri – sübutluluq, ümumilik və zərurilikdir. Hər
bir bilik əşyanın doğurduğu duyğudan başlayır. Əgər əşyaya
müvafiq duyğu yoxdursa, deməli, ona müvafiq dəqiq biliklər də
yoxdur. Əşyanın mövcudluğu biliyin mövcudluğundan öncədir. 
Elmi biliyin səciyyəsinə və onun vəzifələrinə xüsusi diqqət
yetirən Aristotelin fikrincə, elmi bilik faktı qeyd etməli, şeyin
mövcudluğunun səbəblərini aydınlaşdırmalı, faktın mahiyyətini
və faktın mövcud olub-olmamasını müəyyənləşdirən şərtləri
tədqiq etməlidir. Elmi bilik mötəbər bilikdir. 
Aristotel tarixdə ilk məntiqi sistemi – sillogistikanı yaratmışdır.
O, sillogistikanın əsas vəzifəsini müəyyən şərtlər əsasında etibar-
115
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


lı nəticələr çıxarmaq qaydalarını müəyyən etməkdə görürdü.
Həmin qaydalar belədir: bir-birinə zidd olan hökmlər eyni
əşyaya münasibətdə doğru ola bilməz; inkar və təsdiqin hər ikisi
yalan ola bilməz; düşünülmüş hər bir ifadə mühakimə pro 
-
sesində eyni mənada işlədilməlidir. 
Aristotelin məntiqi terminlər məntiqidir və onun mərkəzində
əqli nəticələr və sübutlar haqqında təlim dayanır. Bu, əsrlər boyu
elmi sübutun əsas vasitəsi olmuş formal məntiqdir. 
Qədim yunan filosofları belə hesab edirdilər ki, kosmosda
təsadüfə yer yoxdur, orada hər şey qanunauyğundur, tale alın
yazısıdır və heç nə ona qarşı çıxa bilməz: “Tale xoşluqla getmək
istəyəni aparır və müqavimət göstərəni isə sürükləyir”. Öz
sələflərindən fərqli olaraq, Aristotel təsadüf haqqında başqa kon-
sepsiya yaratmışdır: yalnız çox nadir hallarda baş verən və səbəbi
aydın olmayan hadisə təsadüfdür; bu cür hadisə vəziyyətin
müəyyən axarı sayəsində yaranır: təsadüf elmi cəhətdən izah
edilməsi mümkün olmayan fenomendir. 
Aristotel Platonun ideal dövlət layihəsində təklif etdiyi arvad-
ların, uşaqların və əmlakın ümumi olması fikrinə etiraz edir və
əsas kimi onu göstərirdi ki, arvadların və uşaqların ümumi
olması əxlaqa ziddir, əmlakın ümumi olması isə dövlətdə hərc-
mərcliyə səbəb olacaqdır. 
Aristotel ictimai iğtişaşların səbəblərini maddi mənfəət əldə
etmək istəyində görürdü. O, üsyanlara və vətəndaş iğtişaşlarına
səbəb olan psixoloji amilləri xüsusi fərqləndirirdi. Məsələn,
bərabərliyə can atmaq bu cür amillərə aiddir. Dövlətdə bu və ya
digər qrupların hədsiz ucalması, üstünlük hissi və tamahkarlıq,
islahatlar aparılmasında qətiyyətsizlik, paxıllıq, qorxu və s. siyasi
hərəkatlara və üsyanlara səbəb olur. 
E.ə. 335-ci ildə Aristotel Afinada Likeyli Apollon məbədinin
yaxınlığında özünün Likeya adlı fəlsəfə məktəbini açmışdı. O,
məktəbin dövrəsindəki bağın xiyabanlarında var-gəl edərək
mühazirələr oxuyurdu. Bununla əlaqədar Aristotelin şagirdlərini
“peripatetiklər” (“gəzişənlər”) adlandırırdılar. Bu məktəb min
116
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


ilə yaxın mövcud olmuşdur. Aristotel fəlsəfəsinin davamçıları da
peripatetiklər adlanırdı.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə