Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə78/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Ədəbiyyat
В.Асмус. История античной философии. М., 1965.
В.Асмус. Античная философия. М., 1975.
Д.Джохадзе. Диалектика Аристотеля. М., 1971.
Ф.Кессиди. Сократ. М., 1976.
А.Лосев. Античная философия истории. М., 1977.
Платон и его эпоха. М., 1979.
124
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


IV fəsil. Orta əsrlər fəlsəfəsi
Teologiya və fəlsəfə: ontologiya və qnoseologiya problemləri
Patristika 
Latın averroizmi
Tomizm Qərbi Avropada sxolastik fəlsəfənin aparıcı istiqamətidir 
Realizm və nominalizm
Teologiya və fəlsəfə: ontologiya və qnoseologiya problemləri.
Roma imperiyası süqut etdi. İmperiyanın Roma, Afina,
Konstantinopol və İsgəndəriyyə kimi mədəni mərkəzləri
avropalı barbarlar tərəfindən işğal edildi. Antik mədəniyyətin
nailiyyətləri, ilk növbədə, onun fəlsəfi fikrinin məhsulları ictimai
şüurdan sıxışdırılmağa başladı. Buna Qərbi Avropada xristian-
lığın yayılması da şərait yaradırdı. 
Xristianlaşmış hökmdarlar ellinizmin bütpərəst ideologiyasını
boğur və təqib edirdi. Antik filosofların əsərləri unudulmuşdu.
Orta əsrlərdə fəlsəfi ideyalara din libası geydirirdilər. Gözəl
Avqustin (354-430-cu illər) neoplatoniklərin təlimini xristian
teologiyasının ehtiyaclarına uyğunlaşdırmışdı. 
Sonrakı əsrlərdə sxolastik fəlsəfə demək olar ki, min il ərzində
rəsmi xristian ideologiyasında şəriksiz hökmranlıq edir. 
VIII əsrin əvvəlində ərəblərin İspaniyaya və Siciliyaya soxulması
Qərbi Avropanın müsəlman mədəniyyəti ilə intensiv əlaqələrinin
əsasını qoymuş oldu. Müsəlmanlarla xristianların əsrlər boyu
çiyin-çiyinə yaşadığı Qranada, Kordoba, Toledo və Sevilya
Avropada müsəlman sivilizasiyası mərkəzləri olmaqla, alim və
mütəfəkkirləri də cəlb edirdi. 
XII əsrin axırları - XIII əsrin əvvəllərində Şərqin müsəlman
ölkələrinin sosial-iqtisadi həyatında durğunluq, Qərbi Avropa
ölkələrində isə əksinə, irəliləyiş başlananda burada sxolastik fəl-
125
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


səfə inkişaf etdi. Bundan dərhal sonra mütəfəkkirlərin çoxu
Aristotel ənənələrinə müraciət etdilər. Buna bir sıra amillər şərait
yaratmışdı: əvvələn, Aristotelin Allahın ilk səbəb olması barədə
təliminin teoloji ruhda səslənməsi, onun fəlsəfi baxışlarından xris-
tianlığın ehkamlarının rasional interpretasiyası üçün istifadə
etməyə imkan verirdi; ikincisi, Qərbi Avropa filosoflarının əsas
aristotelşünaslıq mənbəyi Averroesin - ərəb mütəfəkkiri İbn
Rüşdün şərhləri idi. Bu isə həmin filosofların bir qisminin azad-
fikirliliyi inkişaf etdirməsinə, digərlərinin katolisizm ehkamlarının
köməyi ilə ərəbdilli fəlsəfəni təkzib etmələrinə imkan verirdi. 
Yaranmaqda olan xristian fəlsəfəsi dinlərin ehkamlarını müdafiə
etmək və əsaslandırmaq məqsədini qarşıya qoymuşdur. Erkən
xristian filosoflarını apologetlər adlandırırdılar. Onlar dini mədh
edir, onu fəlsəfəyə qarşı qoyaraq sübut etməyə çalışırdılar ki,
xristianlığın əsas prinsipləri yunan fəlsəfəsində qarşıya qoyulan
suallara daha inandırıcı cavab verir.
Orta əsr filosofları xristian monoteizminin əsasını təşkil edən iki ən
mühüm və qarşılıqlı əlaqəli prinsipi – bütpərəstlərin fəlsəfi
təfəkkürünə tamamilə yabançı olan yaradıcılıq və vəhy prinsip lə rini
elə mənalandırmağa çalışırdılar ki, varlığa və idraka əsas isbat
vasitələri kimi ən ümumi təriflər verən metafizik mənalandırmadan
fərqli olaraq, müqəddəs kitabda qeyd edilmiş dini həqiqətlərdən
çıxış etməklə, onların mənalandırılmasına bu və ya digər fəlsəfi
anlayışları cəlb etsinlər. Bu dövrdə görkəmli filosofların bütöv bir
nəsli yaranmışdır: Avqustin, Anselm, Abelyar, Siqer Brabantski,
Foma Akvinski. Yaranış ideyası Orta əsr ontologiyasının əsasını,
vəhy ideyası isə idrak nəzəriyyəsinin təməlini təşkil edirdi.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə