Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə76/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Lukretsi Kar
(e.ə. təqribən 99-55-ci illər) məşhur
“Şeylərin təbiəti haqqında” poemasında təbiətdə baş verən
hadisələr və onların səbəbləri haqqında düşünür, Epikurun təli-
minin məzmununu şərh edir və öz müəlliminin müddəalarını
inkişaf etdirir.
Lukretsinin fikrincə, dünya atomlardan və boşluqdan ibarətdir.
Atomlar materiyanın əbədi hərəkətdə olan parçalanmaz hissə-
cikləridir, onlar şeylərin bölünmə dərəcəsinin son həddidir.
Təbiətdə bütün şeylər boşluqda hərəkət edən atomların müx-
təlif şəkildə birləşməsinin nəticələridir. Heç nə heçlikdən yaran-
mır, bütün şeylər toxumlardan əmələ gəlir. Bu toxumlar əbə-
didir. Bütün cisimlər və ruhlar həmin toxumlardan ibarətdir,
lakin cisimlərin toxumları ilə müqayisədə ruhun toxumları
daha xırda olur. 
İdrakın məqsədi şeylərin təbiətini açmaqdır. Dünyanı dərkinin
mümkünlüyünə əsla şübhə ola bilməz. İdrak hiss üzvləri və şüur
vasitəsilə həyata keçirilir. İnsanın biliklərinin mənbəyi ətraf
aləmdir. Dünyanın dərki biliyin insanı cürətli və sakit vəziyyətə
yaxınlaşdırmaq imkanı baxımından vacibdir. 
Lukretsi Karın etikasına görə, həyatın məqsədi şəxsiyyətin
“başqalarının diqqətini cəlb etmədən” mövcud olmasında,
dövlət həyatından və siyasi həyatdan uzaqlaşmaqda görür.
İnsanın xoşbəxtliyi onun mülayim həyat tərzində, ruhi
rahatlığındadır.
Neoplatonizm.
Roma imperiyasının yaranması mənəvi həyatda
dərin dəyişikliklərlə müşayiət olunurdu. Şərq ilə intensiv
əlaqələr nəticəsində Qərbdə dini təlimlər yayılmaqda idi.
Riyaziyyatın, astronomiyanın, mexanika və təbabətin inkişafı
nəticəsində xüsusi elmlər fəlsəfədən ayrılmışdı. Fəlsəfə isə dinin
təsirinə əvvəlki ilə müqayisədə daha artıq dərəcədə məruz qalır.
Pifaqorizm və platonizm elementlərindən ibarət müxtəlif eklek-
tik təlimlər yaranır. Belə təlimlərdən biri Plotinin (205-270-ci illər)
120
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


neoplatonizm təlimi idi. Bu təlim Platon fəlsəfəsinin dini-mistik
məzmununu gücləndirmişdi.
Plotin Misirdə anadan olmuş, İsgəndəriyyədə təhsil almış, 244-
cü ildən sonra Romaya köçmüş və orada öz fəlsəfə dərnəyini
yaratmışdı. 
Plotinin fikrincə, vahid ilahi ilk başlanğıc, bütün mövcudiyyətin
əbədi əsası və mənbəyidir. O, öz fəlsəfəsinin vəzifəsini bu ilk
başlanğıca əsaslanaraq dünyada mövcud olan bütün başqa
şeyləri əsaslandırmaqda və geriyə, ilk vəhdətə doğru aparan
yolu göstərməkdə görürdü. Plotin öyrədirdi ki, ilahi ilk başlanğıc
hər şeyə qadir olduğuna görə, kainatın bütün sərvətini – dünyəvi
ağıldan başlamış tək cisimlərə qədər, onun yoxluq kimi təsəvvür
etdiyi materiyaya qədər hər şeyi özündən emanasiya edir.
Plotin öyrədirdi ki, insan ruhdan və bədəndən ibarətdir. Ruh
bədən orqanizminin funksiyası deyil: o, özlüyündə mövcud
olan varlıqdır, bədəni idarə edir, onun ehtiraslarına qarşı
mübarizə aparır. 
Plotinə görə, idrakın iki üsulu var: hiss və ağıl. İlk başlanğıcı isə
nə hiss, nə də ağılla dərk etmək mümkün deyildir. O, hər hansı
təyinetmədən yüksəkdədir. Lakin hər halda Təkcəni dərk etmək
mümkündür. Ruh ona qədər ucala bilər, lakin hiss və ya ağlın
köməyi ilə deyil, yalnız diqqəti xüsusi şəkildə cəmləşdirməklə -
seyrçilik, tərki-dünyalıq və vahid olmayan hər şeydən təmizlən-
mək – ruhu bədəndən azad etmək, onu Təkcə ilə qovuşdurmaq
yolu ilə.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə