neoplatonizm təlimi idi. Bu təlim Platon fəlsəfəsinin dini-mistik
məzmununu gücləndirmişdi.
Plotin Misirdə anadan olmuş, İsgəndəriyyədə təhsil almış, 244-
cü ildən sonra Romaya köçmüş və orada öz fəlsəfə dərnəyini
yaratmışdı.
Plotinin fikrincə, vahid ilahi ilk başlanğıc, bütün mövcudiyyətin
əbədi əsası və mənbəyidir. O, öz fəlsəfəsinin vəzifəsini bu ilk
başlanğıca əsaslanaraq dünyada mövcud olan bütün başqa
şeyləri əsaslandırmaqda və geriyə, ilk vəhdətə doğru aparan
yolu göstərməkdə görürdü. Plotin öyrədirdi ki, ilahi ilk başlanğıc
hər şeyə qadir olduğuna görə, kainatın bütün sərvətini – dünyəvi
ağıldan başlamış tək cisimlərə qədər, onun yoxluq kimi təsəvvür
etdiyi materiyaya qədər hər şeyi özündən emanasiya edir.
Plotin öyrədirdi ki, insan ruhdan və bədəndən ibarətdir. Ruh
bədən orqanizminin funksiyası deyil: o, özlüyündə mövcud
olan varlıqdır, bədəni idarə edir, onun ehtiraslarına qarşı
mübarizə aparır.
Plotinə görə, idrakın iki üsulu var: hiss və ağıl. İlk başlanğıcı isə
nə hiss, nə də ağılla dərk etmək mümkün deyildir. O, hər hansı
təyinetmədən yüksəkdədir. Lakin hər halda Təkcəni dərk etmək
mümkündür. Ruh ona qədər ucala bilər, lakin hiss və ya ağlın
köməyi ilə deyil, yalnız diqqəti xüsusi şəkildə cəmləşdirməklə -
seyrçilik, tərki-dünyalıq və vahid olmayan hər şeydən təmizlən-
mək – ruhu bədəndən azad etmək, onu Təkcə ilə qovuşdurmaq
yolu ilə.
Dostları ilə paylaş: