Filasofiya az: filosofia qxd


Müasir filosofların əsərlərində antik fəlsəfənin qiymətlən



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə77/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Müasir filosofların əsərlərində antik fəlsəfənin qiymətlən 
di 
-
rilməsi.
Müasir filosofların əksəriyyətinin yekdil fikrincə, fəlsəfə
bu sözün həqiqi mənasında, qədim yunanların dühası ilə yaran-
mışdır.
Yunan sivilizasiyası tarixdə ilk sivilizasiyadır ki, onun
daşıyıcıları olan qədim yunanlar elmi, fəlsəfi, estetik və digər
təsəvvürləri kifayət qədər yüksək səviyyədə konseptuallaşdır-
mağa nail olmuşlar. Zehni fəallığın məhz bu tipinin – biliyi kon-
121
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


septuallaşdırmaq və bunun sayəsində təkcə faktlar və onların
təsvirləri ilə deyil, həm də anlayışlarla əməliyyat aparmaq
qabiliyyətinin, yəni nəzəri düşünmək bacarığının yaradılmasına
və geniş tətbiqinə görə bəşəriyyət yunanlara borcludur. 
Lakin fəlsəfə tarixinə dair müasir əsərlərdə antik fəlsəfənin
şərhinə və qiymətləndirilməsinə az diqqət yetirilir. Çox ehtimal
ki, məsələyə bu cür yanaşmanın əsasını vaxtilə Hegel qoymuş-
dur. Hegelin əsərlərində Levkippin və Demokritin təlimlərinə
etinasız münasibət müşahidə olunur. O, Epikurun idrak
nəzəriyyəsini “çox bayağı nəzəriyyə”, onun ruh haqqında təli -
mini isə “boş sözlər” adlandırır. Hegel Aristoteli də tənqid edir,
lakin vurğulayırdı ki, Aristotel “insanların təsəvvürlərinin bütün
dairəsini əhatə edir”, “Aristotelin zəkası real universumun bütün
cəhətlərinə və sahələrinə nüfuz etmiş, onların dağınıq zəngin
müxtəlifliyini anlayışa tabe etdirə bilmişdir”. O, təəssüflə deyir-
di ki, Aristotelin əsərləri əsrlər boyu tamamilə unudulmuşdur:
“Aristotelin fikir xəzinəsi əsrlər boyu ... demək olar ki, naməlum
qalmışdır və Aristotel haqqında ən səhv xurafatlar yayılmışdır”.
İngilis filosofu Karl Popper antik mütəfəkkirlərin təlimlərinə çox
diqqət yetirirdi. Digər ingilis fəlsəfə tarixçisi Çernis bildirirdi ki,
Aristotel özünün dörd səbəb (maddi, formal, fəal və məqsəd)
haqqında təlimindən çıxış edərək, Sokratdan əvvəlki filosofların
təlimini prokuros yatağına pərçim etməyə çalışmış, onları yalnız
özünün maddi səbəb haqqındakı təliminin təsdiqi kimi nəzərdən
keçirmişdir.
Bakılı alim A.Makovelskinin çoxsaylı əsərlərində antik
filosofların təlimləri tədqiq edilir. Onun “Qədim yunan atomist -
ləri” adlı monoqrafiyası (Bakı, 1946) Levkippin və Demokritin
fəlsəfi təlimlərinin təhlilinə həsr edilmişdir. O, antik atomistikanı
qədim fəlsəfə tarixinin ən mühüm bölməsi, qədim dövrün fəlsəfi
fikrinin bu cərəyanının nümayəndələrinin bədii yaradıcılığını
həcminə görə ən dəyərli və ən zəngin mənbə hesab edir.
Antik mütəfəkkirlərin fəlsəfəsinin ən yaxşı bilicilərindən olan
A.Losev öz əsərlərində Platonun və Aristotelin təlimlərini dəqiq
122
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


və hərtərəfli təhlil etmiş, lakin sonuncunun təlimini “ziddiyyətli
və düşünülməmiş anlayışlar toplusu” kimi qiymətləndirmişdir.
Onun “Antik tarix fəlsəfəsi” kitabında (Moskva, 1977) antik
mütəfəkkirlərin zaman və məkan, mədəniyyət və tarixi proses
anlayışlarını necə tədqiq etdikləri göstərilmişdir. 
Antik filosofların dialektik və elmi dərinliyi V.Asmusun “Antik
fəlsəfə tarixi” (M., 1965) və “Antik fəlsəfə” (M., 1976) əsərlərində
açıqlanır. V.Asmusun fikrincə, qədim yunan filosoflarında
dünyanın və kosmosun şeylərin ölçüsü, harmoniyası və nizam-
lanmış quruluşu kimi xüsusi anlayışını aşkar etmək olar.
Dünyaya bu cür baxış yunanların rasionalizminin səciyyəvi cəhə-
tidir. Bununla yanaşı, onlar cəmiyyətin tarixində və insan fər-
dinin davranışında irrasional amili lazımınca qiymətlən 
dir 
-
məmişlər. 
Stoiklər istər dünyada, istərsə də insanda irrasional olanları prin-
sipcə inkar edirdilər. Yunan rasionalizminin bu mənfi cəhəti
antik dünyanın məhv olmasının və xristianlığın təntənəsinin
mənə vi səbəblərindən biri idi. 
Antik fəlsəfə problemlərinin öyrənilməsi müasir həyatı və onun
problemlərini adekvat başa düşmək üçün əlavə imkanlar və
vasitələr yaradır. Tarixi yaddaşın işləməsi sosial-mədəni tərəqqi -
yə həmişə dayaq olmuşdur.
123
F ә l s ә f ә
downloaded from KitabYurdu.org



Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə