Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə80/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Avreli Avqustin
(354-
430-cu illər) idi. O, XIII əsrə qədər Orta əsr Avropa fəlsəfəsinin
inkişafına çox güclü təsir göstərmişdir. Avqustin öz əsərlərində
sübut edirdi ki, Allah ali varlıq, ali substansiya, ali səadətdir. O,
neoplatonizm prinsiplərinə istinad etməklə xristian dini təlimi-
ni sistemləşdirməyə çağırırdı. O, insan həyatının mənasını
səadətə can atmaqla əlaqələndirir, səadəti isə Allahı dərk
etməkdə görürdü.
Avqustinə görə, Allah dünyanı heç nədən, zərurət üzündən
deyil, öz istəyi ilə yaratmışdır. Dünya və insan bütünlüklə
Allahdan asılıdır, Onun mövcudluğu isə təbiətin fövqündədir. 
Avqustin öz təlimində ilahi şəxsiyyət atributlarına çox diqqət
yetirir. Onun təlimində Allah mütləq qüdrət sahibidir, əbədi və
dəyişməz ideyalar Allahdadır, bu ideyalar dünyada mövcud olan
qaydanı şərtləndirir. Allah hər şeyi qabaqcadan öz qərarı ilə həll
edir. 
Avqustinin xeyir və şər məsələləri barədə baxışları maraqlıdır.
Allah hər şeyə qadirdir. Lakin onun yaratdığı dünyada hökm
sürən pisliyə görə O, cavabdeh deyildir. Allah şeyləri yaradarkən
onlara müəyyən ölçü, çəki və nizam bəxş etmişdir. Şeylərdə
yaxşılıq da vardır. Pislik isə özlüyündə mövcud olan bir şey
deyil, yaxşılığın olmamasıdır. 
Deyə bilərik ki, V-VI əsrlərdə insanın azad iradəsinin və Allahın
hər şeyi qabaqcadan müəyyənləşdirən iradəsinin qarşılıqlı nis-
bəti məsələsi latın patristikasının əsas nəzəri məsələsi olaraq qal-
maqda idi. Pelagi (təqribən 360-cı il – 418-ci ildən sonra) ilə
127
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


Avqustin arasında polemik qarşıdurma nəticəsində bu məsələ
barəsində qızğın diskussiyalar Orontedə (529-cu il) kilsə yığın-
cağına qədər davam etmişdir. Həmin yığıncaqda Pelagi təliminin
ifrat volyuntarist implikasiyaları pislənsə də, insan iradəsinin
azad olması barədə müddəanın özü əsla pislənməmişdir. Pelagi
insanın nicatını onun özünün mənəvi tərki-dünyalıq səylərindən
bilavasitə asılı hesab etdiyi halda, Avqustin mütləq qəzavü-
qədərin müdafiəçisi kimi çıxış edərək hesab edirdi ki, bütün
insanların mahiyyəti iradədir. İradə insanın nəyisə əldə etmək və
itirməmək istəyinə doğru ruhun şüurlu hərəkəti, insanın razılıq
və ya narazılığının ifadəsidir. O, əmin idi ki, insana öz qərarları
ilə, əlbəttə, bu qərarın Allahın iradəsinə müvafiq olduğu
dərəcədə dəyişmək səlahiyyəti verilmişdir. 
Avqustin xristian əxlaqçısıdır. Onun fikrincə, dini əxlaq olmayan
yerdə nicat yolu yoxdur. Yoxsulluq və miskinlik nicat üçün ən
əlverişli şəraitdir. 
Avqustin dünya tarixinin xristian konsepsiyasını ilahi qismətin
nəticəsi kimi inkişaf etdirmişdir.
Son antik dövrün ən böyük filosofu 
Boetsi
(480-524-cü illər)
olmuşdur. O, elə bir dövrdə üzə çıxmışdı ki, Qərbdə qədim
yunan dilini unutmağa başlamışdılar və latın dili burada
mədəniyyətin yeganə dilinə çevrilməkdə idi. Boetsi Aristotelin
və Porfirinin bəzi əsərlərini latın dilinə tərcümə və şərh etmişdi.
O, həm də özünün teoloji traktatları ilə məşhurdur. Ayrılıqda
götürülmüş hər bir şeyin mahiyyətinin (essensiya) və mövcud-
luğunun (ekzistensiya) nisbəti haqqında mühüm fəlsəfi məsələ
qoymuşdu. Boetsinin fikrincə, məhz mahiyyət varlığın dərk
edilməsi və təfsiri üçün ümumi başlanğıc kimi hər hansı fərdi
şeyin konkret mövcudluğundan daha vacib məsələdir. Varlıq və
mahiyyət yalnız sadə substansiya olan Allahda üst-üstə düşür.
Yaradılmış şeylərin mövcudluğu və mahiyyəti isə eyni deyildir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə