Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə83/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Realizm və nominalizm.
Orta əsr Avropa təfəkküründə realizm
anlayışı bugünkündən tamam fərqli məna daşıyırdı: həmin
dövrdə realizm təlimi iddia edirdi ki, yalnız insan təfəkküründən
asılı olmadan mövcud olan ümumi anlayışlar və ya univer-
saliyalar tam reallığa malikdir. IX-XII əsrlərdə sxolastiklərin
əksəriyyəti realistlər idi. Onların ən nəhəngi əvvəlcə Paris
Universitetində, sonra isə Oksford və Kembric universitetlərində
fəlsəfədən və ilahiyyatdan dərs deyən 
İoann Duns Skot
(1265/66-1308-ci illər) hesab edilir.
İoann Skotun fikrincə, insan biliyinin iki növünün – din və fəl-
səfənin predmetlərinin müxtəlif olmasını nəzərə alsaq, onların
arasında heç bir fikir ayrılığı ola bilməz: nəzəri bilik olan fəlsəfə
zəkaya əsaslanaraq ətraf aləmi öyrənir, teologiya isə praktiki
bilik kimi dini göstərişlərin yerinə yetirilməsi üçün insan iradəsi-
132
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


ni hansı yolla daha uğurlu istiqamətləndirmək məsələsini aydın-
laşdırmaqla məşğul olur. 
İoann Skotun təliminə görə, metafizika ən ali bilik, maksimal
idrakdır. Onun ifadə etdiyi prinsiplər bütün şeylərin dərk
edilməsinin əsasını təşkil edir. Metafizikanın əsas kateqoriyası
mütləq varlıq anlayışıdır. Bu anlayış bütün gerçək sahəni ehtiva
edir və həm biliyin, həm də etiqadın predmeti kimi məna-
landırıla bilər. Varlıq anlayışı Allaha da şamil edilir. Təbiət
Allahın təzahür pillələrinin ardıcıllığıdır. Genetik və funksional
baxımdan bütün varlıqlar Allahdan asılıdır.
Aşkar görünür ki, İoann Skotun mühakimələrində fəlsəfi ele-
mentlər teoloji ünsürləri üstələyir. 
Realizmə əks istiqamətin yaranması iradənin zəka üzərində
üstünlüyünün vurğulanması ilə əlaqədar idi və nominalizm
(“nomina” – “adlar” latın sözündəndir) adı daşıyırdı. No mi na -
listlər iddia edirdilər ki, “universaliyalar” real şəkildə insandan
asılı olmadan mövcud deyildir. Onlar yalnız ümumi adlardır və
şeylərdən əvvəl deyil, onlardan sonra mövcud olur. “İnsan”
anlayışı yalnız ümumi addır, gerçəklikdə isə yalnız ayrı-ayrı
adam lar – zəka bəxş edilmiş canlı varlıqlar mövcuddur. No mi na -
lizmin ən çox inkişaf etmiş formasını Oksford Universitetindən
olan sxolastik 
Uilyam Okkam
(təqribən 1285-1349-cu illər) işlə -
yib hazırlamışdır. 
Okkam ilahiyyatçı idi, lakin o, fəlsəfə ilə teologiyanın qarşılıqlı
münasibəti məsələsini özünəməxsus tərzdə həll edirdi: fəlsəfə
teologiyadan asılı deyil, çünki onları maraqlandıran həqiqətlər
müxtəlifdir: dini ehkamlar “təbii zəka”nın köməyi ilə isbat edilə
bilməz, lakin onların isbat edilə bilən olmaması nə qədər aşkar
görünsə, onlara inam bir o qədər güclü olur. Okkam özünün bu
konsepsiyasını Allahın mövcudluğu haqqında ehkama da tətbiq
edirdi. Okkam “Allah” dedikdə, saysız-hesabsız müxtəlif
şeylərdən üstün olan sonsuz mövcudiyyəti başa düşürdü. Allah
anlayışı irrasional anlayışdır, Allahın varlığı isbat edilə bilməz.
O, hər hansı ümumi varlığın – insan şüurunun hüdudlarından
133
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


kənarda olan varlıq kimi “universaliyaların” mövcud olmasının
mümkünlüyünü inkar edirdi. Şüurdan kənarda və ruhdan
kənarda olan hər şey təkdir. Bütün reallıqlar yeganədir. 
Amma fikirdə universaliyalara keçmək, hər halda mümkündür.
Mücərrədləşdirilmiş bilik şeylərin mövcud olub-olmamasına
ayrıla bilər. Şüur intensiyadır, yəni öz predmet aləmini yaratmaq,
məzmun, məna və əhəmiyyət kəsb etmək qabiliyyəti sayəsində
bir çox obyektləri məntiqi ifadə üçün işarələr (terminlər) yaradır.
Bununla əlaqədar, Uilyam Okkamın ümumi anlayışlar haqqında
təlimi 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə