Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə91/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Tommazo Kampanella
(1568-1639-cu illər) natur-
fəlsəfi baxışlara şərik idi. O, fəlsəfə sahəsində sxolastika
ənənələrini kəskin tənqid edir, həm “Platonun miflərini”, həm də
“Aristotelin uydurmalarını” eyni dərəcədə rədd edirdi.
Kampanella qədim klassiklərin nüfuzundan xilas olmağa, elm-
lərin tamamilə və əsaslı şəkildə yeniləşməsinə nail olmağa çağı -
rır dı. Kampanellaya görə, təbiət və Müqəddəs Kitab insanların
həqiqəti öyrənməsi üçün iki İlahi mənbədir. O, sensualizm
ideyalarını inkişaf etdirmiş, duyğunu isə təbiəti dərkin başlıca
142
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


vasitəsi elan etmişdir. O, primalitetlər haqqında, yəni varlığın üç
əsas atributu – güc, müdriklik və məhəbbət haqqında maraqlı
təlim yaratmışdır. Filosofa görə, bütün varlıqlar bu pri-
malitetlərdən ibarətdir. Kampanellanın “Günəş şəhəri” adlı
əsərində inkişaf etdirdiyi ideal cəmiyyət haqqında utopiya
xüsusi maraq doğurur.
Qalileyin
(1564-1642-ci illər) astronomiya sahəsindəki kəşfləri
dün yanın aristotelçi-ptolemeyçi mənzərəsinin tərəfdarı olan sxo-
lastlarla onun polemikasının əsasını qoymuşdur. Qaliley ikili hə -
qi qət nəzəriyyəsindən istifadə etməklə, elmi dindən tamamilə
ayırırdı. O, təbiətin sonsuz dərkinin mümkünlüyü qənaətinə gəl -
miş di. Qaliley dərin qnoseoloji məna kəsb edən belə bir ideya irə -
li sürmüşdür ki, həqiqətin dərk edilməsi sonsuz prosesdir. O, hə -
min prosesdə eksperimentin roluna həlledici əhəmiyyət verirdi.
İntibah dövrünün fəlsəfəsi Qalileyin elmi və fəlsəfi fəaliyyəti ilə
başa çatır. 
Sxolastik biliklərin bütün sisteminə qarşı çıxan İntibah dövrü fəl-
səfəsi Avropada yeni dövr fəlsəfəsinin yaranması üçün zəmin
hazırlamışdır.
143
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


Ədəbiyyat
Античное наследие в культуре Возрождения. М., 1984.
Л.Баткин. Итальянские гуманисты: стиль жизни и стиль
мышления. М., 1978.
А.Горфункель. Томмазо Кампанелла. М., 1969.
А.Горфункель. Философия эпохи Возрождения, М., 1980.
Б.Кузнецов. Идеи и образы итальянского Возрождения. М., 1987.
Б.Рассел. История западной философии. М., 1959.
В.Руттенберг. Титаны Возрождения. М., 1976.
В.Соколов. Очерки философии эпохи Возрождения. М., 1962.
144
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org



Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə