Filasofiya az: filosofia qxd


VI fəsil. Qərbi Avropa klassik fəlsəfəsi



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə92/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

VI fəsil. Qərbi Avropa klassik fəlsəfəsi
Yeni dövr fəlsəfəsi
Maarifçilik fəlsəfəsi
XIX əsr Qərbi Avropa fəlsəfəsi
Yeni dövr fəlsəfəsi.
İntibah dövründə Avropa elmin və fəl-
səfənin inkişafında çox şeyə nail olmuşdur. XVII əsr həmin
prosesdə yeni dövrün başlanğıcıdır. Hegel həmin dövrü
səciyyələndirərək yazırdı: “İnsan özünə, öz təfəkkürünə, öz
da xi lində və xaricində olan hissi təbiətə etibar etməyə baş la -
mış dır. Təbiət və incəsənət sahəsində kəşflər etmək onda ma -
raq oyadır, ona ləzzət edir. Dünya üfüqündə mühakimə ulduzu
parlamışdır, İnsan öz iradəsini və gücünü başa düşmüş, Yer -
dən, öz torpağından, öz işlərindən həzz almağa başlamışdır,
çünki onlarda ədalət və ziya əlamətləri görürdü”.
Bu dövrün fəlsəfəsi Yeni dövr fəlsəfəsi adlandırılmışdır. Həmin
fəlsəfənin əsas istiqamətləri empirizm və rasionalizm idi.
Empirizmin banisi ingilis filosofu Frensis Bekon (1561-1626-cı
illər) olmuşdur. Bekon tərəfindən işlənib hazırlanmış induktiv
metod təbiətin eksperimental şəkildə öyrənilməsinə yönəlmişdir.
O yazırdı ki, əsl elm təcrübi elmdir və o, hissi məlumatlara
rasional metodun tətbiq edilməsindən ibarətdir. Rasional meto-
dun əsas şərtləri induksiya, təhlil, müqayisə, müşahidə və
eksperimentdir.
Bekon ingilis filosoflarını ona görə tənqid edirdi ki, onlar ilahi və
bəşəri dəyərləri qarışdırırdı, o dərəcəyə çatmışdılar ki, öz fəl-
səfələrini Müqəddəs Kitabın ehkamları ilə əsaslandırırdılar. 
Bekona görə, təbiət dərkediləndir, lakin onun dərk edilməsi yo -
lunda insanların şüurunun “bütlərlə”, yəni gerçəkliyin müxtəlif
hadisələri barədə yalan və təhrik olunmuş təsəvvürlərlə çirklən-
145
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


məsi ilə əlaqədar maneələr vardır. İdrakın bilavasitə vəzifəsi
şeylərin və hadisələrin səbəblərini tədqiq etməkdir. İdrak insanın
təbiət üzərində hökmranlığını artırmağın ən mühüm amilidir. 
F.Bekon əvvəlki fəlsəfi təlimləri yenidən qiymətləndirmiş, ma -
teri yanın birinci və ayrılmaz xassəsinin hərəkət olması ideyasını
irəli sürmüşdür. Onun yaradıcılığı Yeni dövr fəlsəfəsinin və
elminin inkişafına güclü təsir göstərmişdir.
F.Bekonun təlimi digər ingilis mütəfəkkiri 
Tomas Hobbsun
(1588-1679-cu illər) əsərlərində daha da inkişaf etdirilmişdir.
Hobbs cəmiyyət və dövlət nəzəriyyəsi məsələləri ilə maraqlanır,
bu məsələlərin həllini kilsə ehkamları əsasında deyil, təbiət
aləminin bir hissəsi kimi nəzərdən keçirilən insanın təbiəti
əsasında tapmağa çalışırdı.
Hobbs idrak nəzəriyyəsinin əsaslarını işləyib hazırlayarkən belə
mühakimə yürüdür: idrak hisslərdən başlayır; hisslərin mənbəyi
duyğu orqanlarına təsir göstərən maddi dünyadır; lakin duyğu
kənar obyektin təsiri nəticəsində maddi hissəciklərin orqa nizm -
də hərəkətidir; duyğulardan başlanan idrak zəkada başa çatır ki,
o da şeylərin tərkib hissələrini dərk edir. Hobbsa görə, həqiqət
şeyi düzgün əks etdirən mühakimədir. Hobbs sensualist-
empirik dir, lakin o, ardıcıl deyil və idrakda zəkanın rolunu süni
şəkildə artırmaq, hisslərin rolunu süni şəkildə azaltmaqla rasio -
nalizm mövqeyindən büdrəyir.
İdrak nəzəriyyəsi təliminə görə, həqiqi bilik təcrübə və duyğu-
lardan əldə edilə bilməz və bu cür biliyin yeganə mənbəyi yal-
nız zəka ola bilər. Bu təlim 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə