Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə100/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Birincisi,
bu azadlıq xüsusi transsendental qabiliyyətdir. Bu,
əqlin bir sıra hadisələrin səbəblərindən asılı olmayan, həmin
sıranın hisslə şərtlənməyən nizamlayıcı başlanğıc rolunda çıxış
etmək imkanıdır ki, bu da ona səbəbiyyəti transsendental
fəaliyyətin apriori nəticəsi kimi daxil edir.
İkincisi,
Kant hadisələr aləmində “nisbi” azadlıq anlayışını qə -
bul edir. Bu dünya ciddi zərurətlə dolu olduğu üçün orada
azadlıq yalnız təcrübədə dərk edilmiş zərurət kimi mövcud ola
bilər. Kant bunu “kosmoloji mənada” azadlıq adlandırır.
153
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


Üçüncüsü,
bu, özündə şey aləminin zəka ilə dərk edilə bilən
dünyasındakı azadlıq, “azadlığın ali prinsipi”, “azadlıq vasitəsilə
səbəbiyyətdir”. İnsanlar transsendent azadlıqda iştirak etməli -
dirlər: mən özümü yalnız borc anlayışına nə qədər çox məcbur
edirəmsə, azadlıq ideyası məni bir o qədər ağıl gücünə dərk
edilən dünyanın üzvünə çevirir.
Dördüncüsü,
azadlıq empirik dünyada istədiyi kimi hərəkət et -
mək qabiliyyətidir. Bu, insan iradəsinin hissiyyatın müxtəlif məc -
burilikləri arasında seçim etmək, yaxud ümumiyyətlə, hissiy 
-
yatın məcburilikdən asılı olmamaq imkanıdır. Bu, yalnız mənfi
mənada azadlıqdır, əxlaqa zidd davranışın səbəbidir.
Kant fəlsəfəsindəki bir sıra müsbət məqamlar qeyd edilməlidir:
cəmiyyətə bütöv sistem kimi yanaşma, ictimai tərəqqinin sürət -
ləndirilməsi ideyası, ziddiyyətlərin cəmiyyətin inkişafı baxımın-
dan hərəkətverici qüvvə kimi təsəvvür edilməsi. 
Kant fəlsəfəsi fəlsəfi ideyaların sonrakı inkişafında iki yolun
başlanğıcı olmuşdur: birinci yol öz ifadəsini pozitivizmdə tapmış
XIX əsrin hamar-təkamül nəzəriyyələrinə doğru aparır; ikinci yol
inkişaf nəzəriyyəsinin dialektik tədqiqinə yönəlmişdir.
Alman burjuaziyasının dəyişikliklərə meyil etməsinin ifadəçisi
olmuş 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə