Filasofiya az: filosofia qxd


Maks Veber və onun marksizmin alternativi olan təlimi



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə108/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Maks Veber və onun marksizmin alternativi olan təlimi.
Marksdan fərqli olaraq digər alman alimi Maks Veber (1864-
1920-ci illər) belə bir ideyanı əsas götürürdü ki, varlıqla şüurun
qarşılıqlı əlaqəsi subyekt və dəyərin müəyyən münasibəti əsasın-
da qurulur. Buna görə də o, hesab edirdi ki, hər hansı hadisənin
mahiyyəti təkcə onun iqtisadi cəhətləri ilə deyil, ilk növbədə,
onun mədəni bilikləri ilə müəyyən edilir, yəni iqtisadi dəyərlərlə
yanaşı, təhlil edilən materialı dini, əxlaqi, estetik dəyərlərlə də
müqayisə etmək lazımdır.
Veber kapitalizmin modelini xeyir əldə etməyə rasional cəhd
əsasında qurmağa çalışırdı: vaxt puldur; pul təzə pul gətirir;
əxlaqın ali neməti varlanarkən pulun gətirə biləcəyi həzzlərdən
tam imtina etməkdir.
Veberin cəmiyyət haqqında “başa düşən sosiologiya” adı ilə
məşhur olan autentik elm proqramı özündən əvvəlki sosial kon-
sepsiyaların hamısına qarşı qoyulur. Veberə görə sosiologiya elə
bir elmdir ki, o, sosial təsiri interpretasiya etməklə bərabər onu
başa düşür və bununla da həmin təsirin istiqamətini və
nəticələrini səbəbiyyət mövqeyindən izah etməyə çalışır. Veber
“sosial təsir” dedikdə, başqa insanların davranışına yönəlmiş
hərəkətin hərəkət edən subyekt üçün əhəmiyyət kəsb etməsini
164
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


başa düşür. Başqa sözlə desək, hərəkətin subyektiv mənası sosi-
oloqun işi üçün əsas material olmalıdır. 
Məsələn, Veber odun doğrayan insanın hərəkətini interpretasiya
edərkən odunçunun müxtəlif subyektiv fikirlərini, onun plan-
larını və fəaliyyət motivlərini başa düşür. 
Veberə görə, sosial fəaliyyət iki məqamı əhatə edir: subyektiv
motivasiya və başqalarına oriyentasiya. O, həmin baxışları
hakimiyyət anlayışına da şamil edir. Sosial fəaliyyətin atributu
başqalarının ehtimallarına yönəlmiş olduğuna görə, hakimiyyət
siyasi münasibətlərdə iştirak edən tərəflərin qarşılıqlı niyyətləri-
ni nəzərdə tutur. Hakimiyyət yalnız bu halda legitim olur: idarə
edənlər gözləyirlər ki, onların komandalarına tabe olacaqlar;
idarə edilənlər isə ağlabatan direktivlər gözləyirlər.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə