Filasofiya az: filosofia qxd


A.Berqsonun “Həyat fəlsəfəsi”



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə109/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

A.Berqsonun “Həyat fəlsəfəsi”.
Fransız mütəfəkkiri Anri
Berqson (1859-1941-ci illər) XIX əsrin sonu – XX əsrin əvvəlində
Fransa fəlsəfəsinin ən nəhəng nümayəndələrindən biridir.
Onun “Şüurun bilavasitə məlumatları” (1889-cu il), “Materiya
və yaddaş” (1896-cı il), “Yaradıcı təkamül” (1907-ci il), “Əxlaqın
və dinin iki mənbəyi” (1932-ci il) və digər əsərlərində işləyib
hazırladığı təlimi şərti olaraq, “Həyat fəlsəfəsi” adlanan
istiqamətə aid edirlər.
Filosof A.Berqsonun maraq dairəsinin mərkəzində qnoseologiya,
psixologiya, təkamül nəzəriyyəsi məsələləri dururdu. Lakin
A.Berqsonun fəlsəfəsində əsas yeri “həyat” anlayışı tutur. O,
həmin anlayışı tədqiq edərkən təbiətin və insanın inkişafının
təkamülünü, onların vəhdətini yeni qaydada izah edən dünya
mənzərəsi yaratmağa çalışır. Filosof sosial həyatın “bioloji təməli-
ni” öyrənir; bioloji təkamül metodunu tətbiq etməklə, cəmiyyətin
mənşəyini həyatın məqsədləri ilə əlaqələndirir.
Berqsona görə, “həyat” elə bir bütövlük, kontinuum (fasiləsizlik),
axın, qarşısıalınmaz təşəkkül prosesidir ki, bu prosesdə təbiətdə
təkrarlanmayan məqamlar yaranır və qorunub saxlanır. O,
“həyat” anlayışını fasiləsiz yaradıcı təşəkkül kimi izah edir.
“Yaradıcı təkamül” həyati istəklərlə materiyanın əlaqəsindən
165
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


irəli gəlir: materiya “müqavimət göstərir”, lakin hər halda həya-
ta tabe olur, bir növ təkamül üçün tramplin rolunu oynayır. 
Nəticədə A.Berqsonun təsvir etdiyi dünya fasiləsiz inkişaf edən
və “yaradıcı şəkildə” yeni-yeni formalar doğuran vahid aləm
kimi təsəvvür edilir. 
A.Berqsonun bir sıra ideyaları müasir Qərb fəlsəfəsinin təsəvvür-
lər sisteminə daxil olmuşdur, hərçənd yeni kontekstə uyğun
olaraq dəyişmiş bu ideyalar digər forma və bir çox hallarda isə
tamamilə yeni məna kəsb etmişdir. Humanitar-antropoloji
istiqamət üçün səciyyəvi olan müasir təfəkkür üsulunda
Berqsonun təsiri aşkar hiss olunur. Özü də bu təsir təkcə elmin
məhdudluğunun və idrakın intellektual metodunun tənqidinin
əsasını qoyanlardan biri kimi deyil, həm də o dövrdə cəmiyyətin
mənəvi təsəvvürlərinin mənzərəsini yaratmış filosofun təsiridir. 
A.Berqsonun təlimi Uilyam Cems, Teyyar de Şarden, Marsel
Prust və ruhən bir-birindən çox fərqlənən digər mütəfəkkirlərə
təsir göstərmişdir. Xüsusən filosofun yaradıcılığının sonrakı
dövründə inkişaf etdirilmiş bir sıra anlayışlar (məsələn müddət,
yaddaş, konkret və s.) və müddəalar müasir personalistlərin
təsəvvürləri ilə həmahəngdir; Berqsonun konsepsiyası ilə ekzis-
tensializm arasında da oxşar məqamlar müşahidə olunur.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə