Filasofiya az: filosofia qxd


Şopenhauer və Nitsşenin volyuntarizmi



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə112/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Şopenhauer və Nitsşenin volyuntarizmi.
XIX əsrin bəzi
filosofları zəkanı mədh edir, mənəviyyat, hüquq və insanın
mahiyyəti problemlərini öyrənir, sosial inqilabların zəruri
olmasından danışırdı. Eyni zamanda, başqaları inqilabların və
onların nəticələrinin tamamilə mənasız olması barədə
mühakimələr yürüdür, üçüncülər onları maraqlandıran
məsələlərin həllini tapmaq üçün insanın iradəsi, onun fəaliyyət
və davranışının motivləri problemlərinə müraciət edirdilər.
Alman filosofu Artur Şopenhauer (1788-1860-cı illər) də iradə
məsələsini xüsusi vurğulayırdı. Onun “həyat fəlsəfəsi” Kantın,
Platonun və buddizmin təsiri altında yaranmışdır. Şopenhauer
praktiki zəkanın nəzəri zəkadan üstün olması barədə Kantın
tezislərində özünün iradi başlanğıcın ilkinliyi haqqında təli 
-
minin rüşeymlərini görürdü. Buddizmdə isə ona xoş gələn cəhət
nirvana haqqında təlim idi.
Şopenhauerin təliminin mahiyyətini belə şərh etmək olar:
şəxsiyyətin həyatının əsasını zəkadan asılı olmayan, insanın cis-
mani mövcudluğundan ayrılmaz və həqiqətən bütün mövcu 
-
datın məzmununu təşkil edən dünya iradəsinin dərkedil 
-
məzliyinin təzahürü olan iradə təşkil edir. 
Şopenhauerə görə, hadisələr dünyası subyektlərin – insanların
hissi-intuitiv təsəvvürlərinin məcmusudur. Bu hadisələrin arxa -
sında “özündə şey”lər dünyası dayanır ki, İradə də həmin
dünyadır. O, dərkolunmazdır, hər hansı varlığın mütləq
başlanğıcını təşkil edir, hadisələri və ya təsəvvürləri doğurur.
Təsəvvürlərlə birlikdə biri digərini nəzərdə tutan, qarşılıqlı
münasibətdə olan obyekt və subyekt yaranır. Bu vaxtdan
etibarən obyektsiz subyekt və subyektsiz obyekt yoxdur. İnsan
təşəkkül etdikcə, şüur yarandıqca, “təsəvvür edilən dünya”
yaranır. O vaxta qədər iradə olan dünya indi dərk edən subyek-
tin obyektinə və ya təsəvvürünə çevrilir. 
168
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


Volyuntarizmin digər nümayəndəsi, alman mütəfəkkiri 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə