Filasofiya az: filosofia qxd


Ogüst Kont (1798-1857-ci illər) işlətmişdir. Kont və ingilis  Herbert Spenser



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə111/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Ogüst Kont
(1798-1857-ci illər) işlətmişdir.
Kont və ingilis 
Herbert Spenser
(1820-1903-cü illər) sübut
etməyə çalışırdılar ki, dünyagörüşü problemlərinin tədqiqat
166
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


vasitəsi kimi elmin fövqündə dayanan hər hansı fəlsəfəyə ehti -
yacı yoxdur; kauzal fəlsəfi bilik sintezi təsviri təbii-elmi sintezlə,
şeylərin mahiyyətinin dərk edilməsi nəzəriyyəsi isə hadisələrin
nizamlanması metodikası ilə əvəz edilməlidir.
Pozitivistlər çox vaxt gələcək elmşünaslığın ayrı-ayrı problem-
lərini qabaqcadan duyurdular. Onlar sosiologiyaya mühüm yer
ayırırdılar. Onlar təbiət elmlərinin və ictimai elmlərin
metodologiyasına müəyyən qədər təsir göstərmişlər. 
A.D.Kovalyov O.Kontun və H.Spenserin sosiologiyasının
mühüm cəhətlərini açıqlayaraq yazır: “O.Kontun sosial statikası
belə bir prinsipə əsaslanırdı ki, cəmiyyətin təsisatları, etiqadları
və əxlaqi dəyərləri vahid tam şəklində qarşılıqlı əlaqəlidir. Əgər
hər hansı sosial hadisənin digər hadisələrlə yanaşı necə mövcud
olması qanunu təsvir edilmişdirsə, bu halda həmin sosial hadi -
sənin mövcudluğu izah olunur. H.Spenser orqanizmdə və
cəmiyyətdə baş verən proseslər arasında funksional analo gi ya -
lardan istifadə etmişdir. Cəmiyyətin və orqanizmin təşkil olun-
ma qanunları homoloji qanunlardır. Orqanizmin təkamül yolu
ilə inkişaf etdiyi kimi, cəmiyyətdə strukturun diferensi-
asiyasının güclənməsi də müvafiq funksiyaların diferensi-
asiyasının güclənməsi ilə müşayiət olunur. Spenserin fikrincə,
həm cəmiyyətdə, həm də orqanizmdə hissələrin qarşılıqlı üzvi
asılılığı və tam (struktur) ilə onun hissələrinin nisbi müstəqilliyi
barədə danışmaq olar. Canlı orqanizmlərin inkişafında olduğu
kimi, sosial təkamül prosesləri də təbii və genetik proseslərdir,
onları qanunvericiliyin köməyi ilə sürətləndirmək mümkün
deyildir. İnsan bu proseslərin gedişini yalnız təhrif edə və ya
ləngidə bilər. 
Təkamülün kəmiyyət-mexaniki sxemini (yeri gəlmişkən,
Darvindən asılı olmayaraq) kəşf etmiş Spenser həmin sxemə
əsaslanaraq müasir funksionalist neoevolyusionizmin bir sıra
problemlərini – struktur mürəkkəbliyi, sosial diferensiasiya və
inteqrasiya proseslərinin qarşılıqlı nisbəti və digər problemləri
qabaqcadan hiss etmişdir. 
167
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


XX əsrin əvvəlində pozitivizm öz populyarlığını itirmiş, onun
müxtəlif növləri – empiriokritisizm-maxizm (Max və Avenarius)
və neopozitivizm (Karnap və b.) yaranmışdır.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə