Filasofiya az: filosofia qxd


Partiya haqqında, proletariatın müttəfiqləri, milli məsələnin həlli



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə107/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   237
-kitabyurdu.org- felsefe-ramiz


Partiya haqqında, proletariatın müttəfiqləri, milli məsələnin həlli
yolları, müxtəlif ictimai quruluşlu dövlətlərin dinc yanaşı yaşa-
masının prinsipləri haqqında təlim Leninə məxsusdur. Lenin
Rusiyada kapitalizmin inkişafının səciyyəvi cəhətlərini müəyyən
etmək üçün çox böyük iş görmüşdür. Leninin “Materializm və
empiriokritisizm”, “Fəlsəfə dəftərləri”, “Mübariz materializmin
əhəmiyyəti haqqında” və digər əsas fəlsəfi əsərlərində müxtəlif
fəlsəfi və sosial konsepsiyalarla mübarizədə marksizm-
leninizmin mövqeləri müəyyən edilmişdir. 
Leninizm sovet cəmiyyətində fəlsəfənin inkişafının ana xəttidir.
Bu cəmiyyətin dağılması və postsovet dövründə fəlsəfi fikrin
sonrakı inkişafı leninizmin müəyyən nöqsanlarını və yarımçıq
cəhətlərini üzə çıxarmışdır. Leninin təliminin ifrat ideolo-
jiləşdirilməsi və partiyalı olması sovet elmində, xüsusən huma -
nitar biliklər sahəsində bu saxta tədqiqat stereotiplərinə,
ehkamçılığın güclənməsinə, səmərəsiz sxolastikaya və ideoloji
əzbərçiliyə gətirib çıxarmışdı. 
Lenin özündən əvvəlki rus mütəxəssislərinin sosioloji fikirlərinin
dərinliyini kifayət qədər təsəvvür etmir, hətta özünün müasirləri
olan Kautski, Plexanov, Martov və onların davamçıları tərəfin dən
marksizmin Rusiya şəraitinə tətbiqi ilə bağlı irəli sürülən konsep-
siyaları qətiyyətlə rədd edirdi. 
Keçən əsrin 90-cı illərinin hadisələri, marksizm ideyaları əsasın-
da qurulmuş SSRİ-nin dağılması inandırıcı şəkildə göstərdi ki,
baş verə biləcək bütün dəyişiklikləri əvvəlcədən düzgün sezməyi
163
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


təmin edə biləcək dolğun və toxunulmaz sosial nəzəriyyə yoxdur
və ola da bilməz. 
Neomarksizm Avropa şəraitində inkişaf etməyə başlamışdır.
Neomarksizmin ən məşhur nümayəndələri D.Lukaç, A.Qramşi,
L.Altyusser, Y.Habermas və başqalarıdır. 
Lukaç marksizmin tarixi-dialektik interpretasiyasını verməyə
çalışır, Altyusser isə Marksın təlimini “formalist” mövqedən başa
düşür və bu cür interpretasiya edirdi. Altyusser üçün marksizm
sadəcə “tarixin elmi” deyil, həm də nəzəri formasiyaların özünün
təbiəti və onların tarixi haqqında, deməli, özü haqqında hesabat
verə biləcək və özünü obyekt kimi nəzərdən keçirə biləcək fəl-
səfədir. Altyusserə görə, marksizm bəşər tarixinin “üzvi” ide-
ologiyasına çevrilməli olan elmdir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə