Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə113/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Fridrix
Nitsşe
(1844-1900-cü illər) də “hakimiyyət istəyi”, insanın
fəaliyyətinin stimulunu və əsas qabiliyyətini müəyyən edən
“həyat” anlayışını öz fəlsəfi axtarışlarının mərkəzi hesab edirdi.
Fenomenologiya
XX əsrdə ən geniş yayılmış fəlsəfi cərəyanlar-
dan biridir. Fəlsəfədə fenomenologiya məktəbinin banisi
Edmund Qusserl
(1859-1938-ci illər) olmuşdur. Qusserlin təli-
mində insan ruhunun böhranlı vəziyyəti ilə əlaqədar dərin
təşviş əlaməti, onun şübhə və ümidsizlikdən xilas olacağına
çılğın ümid və bizim dövrdə də aktual olan mühakimə və
ideyaları görmək olar.
Bu gün fenomenologiya problemləri məhz insan problemi,
humanizm problemi ətrafında cəmləşir. Fenomenologiyanın
mərkəzi anlayışı şüurun “intensial” olmasıdır. İntensiallıq,
yəni nəyəsə meyilli olmaq şüurun əsas xassəsidir. Qusserlə
görə, şüurun iştirak etdiyi strukturlar sırf predmet struk-
turlarından prinsipcə fərqlənir. O deyirdi ki, Mən – yəni
qavrayan, düşünən, işləyən fərd predmetlərə onların bir-bi -
rinə münasibətindən fərqli şəkildə münasibət bəsləyirəm.
Həqiqətən, predmetlər arasında münasibəti həmin pred-
metlərin xassələri ilə müəyyən edilən münasibət hesab etmək
olar, halbuki şüurun predmetə nisbəti bu qayda ilə müəyyən
edilə bilməz. Əgər predmetə münasibətin strukturu ilkin fakt
kimi çıxış edən tərəflərə aid edilmişdirsə, şüurun predmetə
münasibəti halında bu ilkin fakt həm predmeti, həm də şüu-
run özünün xarakterini “konstitusiyalaşdıran” münasibətin
özüdür. Bu halda şüur müqayisə edilən tərəflərdən biri kimi,
ümumiyyətlə, fakt qismində çıxış etmir. Deyə bilərik ki, şüura
xas olan meyillilik, eyni zamanda, həm də əks istiqamətdə
meyillilik deməkdir: şüur predmetə tərəf yönəlməklə bir növ
özündən kənara çevrilmiş olur. Buna görə də mənalı
törəmələrin təsvirində predmet strukturlarının təsvirinin adi
üsulu yaramır, yəni təsvir edilən struktur tamamilə müəyyən
fakt, təsvir özü isə həmin faktın xalis formasının fiksə edilməsi
kimi nəzərdən keçirilir, bu da praktiki olaraq sonsuz və ixti-
169
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


yari şəkildə təkrarlanmanı təmin edir. Strukturun təkrarlan-
masının zəruri şərti şüurun təkrarlanan struktura nisbətən
xüsusi vəziyyətini nəzərdə tutur. Fenomenologiyanın bu
vəziyyəti transsendental şüur kimi işarə edilir. Burada şüur ilə
onun predmeti arasında nisbət mənalandırma prosesi kimi
nəzərdən keçirilir. 
Mədəniyyət problemləri baxımından “intensiallıq” yaradıcı
mədəni şüur sahəsini məhdudlaşdıran müəyyən qadağalardır.
Bu sahənin hüdudlarından kənarda nə isə başqa mühit vardır.
Birinci qadağa: şüur, məna və ya mahiyyət prinsip etibarilə bizə
hazır şəkildə çatdırıla bilməz, kənardan verilə bilməz. Maddi
əşya bizə hazır şəkildə verildiyi halda, məna və mahiyyəti bu cür
ala bilmərik, yəni heç kəs bir şeyi başqasının əvəzindən başa
düşə bilməz. Bu o demək deyil ki, hər kəs hər şeyi özünəməxsus
tərzdə başa düşür; əksinə, bu o deməkdir ki, anlamanın bəzi
ümumi strukturları mövcuddur, lakin onlar yalnız fərdi təcrübə,
təhsil, həyat, mədəniyyət tərzi əsasında fəaliyyət göstərir. İkinci
qadağanın mahiyyəti ondan ibarətdir ki, intensiyaların iki
növünü qarışdırmaq olmaz, yəni qırmızı ev və ya qırmızı çiçək
ideyasından qırmızı ideyasını hasil edə bilmərik. Üçüncü qadağa
o deməkdir ki, mədəniyyətin obyekti (bədii obraz, elmi
nəzəriyyə, mənəvi prinsiplər və s.) yalnız intensiyaların dolayı
şəkildə çevrilməsi sayəsində mövcuddur. 
Qusserlin həqiqət haqqında təlimi biliyin özünün varlığı, şüurun
özünün ontologiyası haqqında təlimdir. Qusserl bu konsepsiyaya
təsvir anlayışını daxil edir və bu əsas anlayışın köməyi ilə
həqiqət haqqında təlimi açıqlayır. O, sadəcə “şeyləri” deyil, məna
qurumlarını təsvir edir. 
Fenomenologiya məktəbi XX əsrdə M.Haydeqqer, N.Hartman,
M.Şeler, M.Merlo-Ponti, J.Derrida və digər məşhur mütəfəkkir-
filosoflar yetişdirmişdir. 
ABŞ-da bir qrup fenomenoloq-məntiqşünas uğurla işləyir:
D.Fellesdal, X.Dreyfus, D.Smit, J.Hayqeland, J.Miller və
başqaları Freqe, Qusserl və Hintikkinin ciddi təsirini hiss edir,
170
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


mümkün dünyalar problemi, üfüq və üfüqilik problemi ilə
maraqlanırlar. Onlar fenomenologiya sahəsindən məntiq və
riyaziyyat sahəsinə keçmişlər.
XX əsrin 80-ci illərindən başlayaraq, fenomenologiya daha geniş
yayılmışdır. Fenomenoloqlar müasir bəşəriyyətin mövcudluğu,
sivilizasiyanın taleyi, sivilizasiyanın vəhdəti problemlərinə get-
gedə daha çox maraq göstərməyə başlamışlar. Onlar insanın
mənəvi hissinə böyük əhəmiyyət verirlər. Bu hiss istər instinkt -
lərlə, istərsə də emosiyalarla eyniləşdirilmir və əxlaqi
hərəkətlərin mürəkkəb, kompleks motivasiyası kimi başa
düşülür. 
Fenomenologiya öz hərəkətində ekzistensializm ilə qarşılıqlı
təsirdədir. Fenomenologiya fəlsəfəsinin antispekulyativ və
antimetafizik yönümlü olması müasir Qərb təfəkkürünün az qala
bütün istiqamətlərində “fenomenologiya motivi”nin güclənməsi-
ni şərtləndirir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə