Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə116/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Erix Fromm
(1900-1980-ci illər) “Azadlıqdan qaçma”, “Sağlam
cəmiyyət”, “Malik olmalı, yoxsa mövcud olmalı”, “Özü üçün
insan”, “Psixoanalizin böhranı” və digər əsərlərində belə bir
suala cavab tapmağa çalışır: “İnsanın təbiəti nədən ibarətdir?”.
O, öz sualına özü cavab verir və bu halda insana xas olan
172
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


cəhətlərin aşağıdakı təzahürlərini fərqləndirir: insan zəkalı var-
lıqdır; insan sosial varlıqdır; insan törətmək qabiliyyətinə malik
olan heyvandır; insan rəmzlər yaradan heyvandır. İnsanların
üzləşdiyi mövcudluq şərtləri onları bu qədər fərqləndirsə də,
onlar insan olaraq qalır.
Fromma görə, bu şərtlər heyvanın və insanın varlığındakı
fərqlərdən irəli gəlir. Kənar şərtlər heyvan üçün heç vaxt təhdid
sayılmır, heyvan təbiətlə harmoniyada mövcuddur, o, dünyanın
vəziyyətinə qovuşur, özünün uyğunlaşma qabiliyyətini inkişaf
etdirir. İnsan isə heyvani mövcudluğu səciyyələndirən “har-
moniya”nı pozan şüura malikdir. İnsanın mənlik şüuru onu
təbiətdən təcrid edir, onun köməksiz olmasını və mövcudluğu-
nun hüdudlarını üzə çıxarır. İnsan dünya ilə bir ölçülə bilməz,
o, faciəvi təcridi yaşayır, reqress və tərəqqi arasında, heyvani
vəziyyətinə qayıtmaq ilə insan kimi mövcudluğa keçid arasın-
dakı labüd seçim onun üçün səciyyəvidir. İnsan heyvan
vəziyyətinə qayıda bilmir, çünki o, artıq keyfiyyət sıçrayışı
edərək heyvandan insana çevrilmişdir. İnsan vəziyyətinə
keçmək isə mürəkkəb məsələdir. Buna baxmayaraq, insan öz
seçimini edir, çünki artıq o, təbiətə uyğunlaşa bilməz, o, özünü
təyin etməlidir. Bu isə insanın özünü təşəkkülü, itirilmiş
müvazinətin axtarışıdır. Xarici şərait insanın təşəkkülünə ciddi
təsir göstərir. 
Fromm belə hesab edir ki, insanın zəkası onun rifahı və eyni
zamanda, onun lənətidir: zəka insanı daim həll edilə bilməyən
üç əsas dixotomiyanın həllini axtarmaqla məşğul olmağa
məcbur edir. 
Birinci dixotomiya həyat ilə ölüm arasında ziddiyyətdir. İnsan
fikirləşir ki, hər şeyin sonu olacaqdırsa, nəyəsə can atmaq nəyə
gərəkdir; həyat sonludursa, yaşamaq nəyə gərəkdir; qarşıda onu
yoxluq gözləyirsə, xoşbəxtlik necə mümkün ola bilər? 
İkinci dixotomiya insanın nəyi reallaşdıra biləcəyi ilə gerçək hə -
yatda reallaşdırdığı arasında, insanın planları və onların həyata
keçirilməsi arasında ziddiyyətdir.
173
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


Üçüncü dixotomiya insanın tənhalığı ilə onun başqa insanlarla
münasibəti arasındakı ziddiyyətdir. Bu dixotomiya yadlaşma fəl-
səfi ideyası ilə əlaqələndirilir.
Bu dixotomiyaların heç birinin həlli mümkün deyildir. Fromm
bu vəziyyətdən çıxış yolunu onda görür ki, insan həqiqi varlığa
elə can atmalıdır ki, onun fəaliyyətinin totallığı ekzistensial
mahiyyət ilə mövcudluğu bir-birinə uyğunlaşdırsın. 
Bir sözlə, ekzistensializmə görə, elm həyatın mənası haqqında,
müasir insanın üzləşdiyi tarixi fəlakətlər qarşısında necə yaşa-
malı olması barədə suallara cavab verməkdə acizdir.
Ekzistensializm bu məsələlərin həll yolunu “mövcudluq” (ekzis-
tensiya) kateqoriyasında görür. Bütün problemlərin mahiyyətə -
insana xas olan varlıq üsulu mövcuddur. Terminoloji mənada bu
mahiyyəti insanın varlığı adlandırmaq olar. Deməli, elm haqqın-
da, onun predmeti haqqında, dünya haqqında danışmazdan
əvvəl onların əsasını, “insan varlığını” – şüuru nəzərdən keçir-
mək, sonra isə bu əsasda mövcud olanların hamısını insanın
mövcudluğuna müvafiq mövcud olanlar kimi başa düşmək
lazımdır. 
Ekzistensializmin iradə azadlığı problemini necə həll etməsi də
maraq doğurur. Ekzistensializm üçün iradi qabiliyyət ideyalar
sahəsində, mühitdə, adət və irsiyyət nəticəsində yarana biləcək
hər hansı həlledici təsirlərdən asılı olmayan sırf spontanlıqdır.
Erix Fromm özünün “Azadlıqdan qaçış” əsərində bildirir ki,
insanın mövcudluğu və azadlıq lap əvvəldən ayrılmazdır. O
göstərir ki, Bibliyada cənnət bağları haqqında rəvayətdə olduğu
kimi, bəşəriyyətin tarixi də seçim etməkdən başlanır. 
Ekzistensializm insana xas olan fəal iradi başlanğıcı, onun nara-
hat özfəaliyyəti gedişində özü-özünü təşkil etməsini, müxtəlif
“layihələr” yaratmasını, azadlıq nümayiş etdirərək seçim həyata
keçirməsini vurğulayır. Düzdür, bu halda fəaliyyət konkret tarixi
məzmundan məhrum olur; predmetlər şəklində ifadə olunmuş
hər hansı şüurun və davranışın obyektiv, şəxsiyyətdən asılı
olmayan məzmunu yoxdur. Lakin ekzistensializm insan iradəsi-
174
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


ni, onun psixikasını, şüurunu, onun əməli tərəfini insanın özü
tərəfindən sosial determinantlardan asılı olmayan həqiqətən
mövcud olan özünütənzimləmə qabiliyyəti kimi özünəməxsus
tərzdə qeyd edir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə