Struktur növ neft və qaz yataqlarinin axtarişi antiklinal qrupa daxil olan yataqlar



Yüklə 18,89 Kb.
tarix07.04.2018
ölçüsü18,89 Kb.
#36241

STRUKTUR NÖV NEFT VƏ QAZ YATAQLARININ AXTARIŞI

Antiklinal qrupa daxil olan yataqlar. Plataformalarda valabənzər qalxımlarla, qırışıqlıq vilayətlərdə isə antiklinoriumlarla əlaqədar olan neftli-qazlı zonaların axtarışı zamanı əvvəlcə geofıziki üsulları (seysmik, qravimetrik, kəşfiyyat və s.) tətbiq olunmalıdır. Geofıziki üsullarla konturlaşdırılan ayrı-ayrı lokal strukturların mürəkkəbliyi təyin olunmalıdır. Sonra yuxarıda verilən axtarış sistemlərinə müvafıq gələn üsulla tədqiq olunmalıdır.

Məlum olduğu kimi, valabənzər qalxımlar və antiklinoriumlar, adətən, bloklu quruluşa malik olur. Ayrı-ayrı bloklarda müxtəlif geolojı dövrlərdə tektonik hərəkətlərin istiqaməti və amplitudu müxtəlif olur. Ona qörə də axtarış zamanı valabənzər qalxımlarm və antiklinoriumlarm ayrı-ayrı bloklarmda, xüsusi ilə hipsometrik baxımdan daha yüksəkdə və aşağıda yerləşən bloklarda eyni vaxtda axtarış quyularmm qazılması məsləhət görülür.

Lokal strukturlarda kompleks tədqiqatlar aparılır. Bu tədqiqatlara geofıziki üsullar (seysmik kəşfıyyat, qravimetriya və elektrometriya), struktur-geoloji xəritəalma, struktur qazıma işləri daxildir. Həmin tədqiqatlar lokal strukturların quruluşunu dəqiqləşdirir və onları dərin axtarış qazımasma hazırlayır.

Platforma sahələrində (məsələn, Rus platformasınm bəzi vilayətlərində) rast gəlinən basdırılmış qalxımlar geofıziki üsullarla yaxşı müəyyən olunmadığından (bəzən yüksək dəqiqlikli seysmik kəşfıyyat işləri yaxşı nəticə verir), onlarla yanaşı profil sistemi üzrə struktur axtarış qazıma işləri də aparılır. Gizli lokal qalxımlarm axtarışında ayrı-ayrı stratiqrafık komplekslərin litofasial xüsusiyyətləri və qalınlıqların təhlili üsulu geniş tətbiq edilir və yaxşı nəticə verir.

Lokal strukturlarm və qalxım zonalarmm axtarışmda elektrik kəşfiyyatnın TC (Qərbi Sibir, Üstyurt) və ŞEZ (Qərbi Sibir, Qafqaz qarşısı çökəklik və s.) üsulları müvəffəqiyyətlə tətbiq olunur.

Struktur planları uyğun gəlməyən lokal qalxımların axtarışında ayrı-ayrı stratiqrafık kompleksə görə tərtib olunmuş qalınlıqlar xəritəsindən və seysmik kəşfıyyat üsullarından istifadə olunur.


TAĞLI TİP STRUKTURLARIN AXTARIŞI

Antiklinal qırışıqlarla əlaqədar olan tağlı yataqlar geniş yayılmışdır. Belə yataqların aşağıdakı növləri vardır:

- kəsiliş boyu tağı dəyişməyən (sürüşməyən) antiklinallarla əlaqədar olan,

- kəsiliş boyu tağı dəyişən (sürüşən) antiklinallarla əlaqədar olan,

- basdırılmış qırışıqlarla əlaqədar olan,

- qanadları kiçik bucaq altında yatan qırışıqlarla əlaqədar olan,

-tağı kiçik amplitudalı qırılma və diapirizmlə mürəkkəbləşmış antiklinal qırışıqlarla əlaqədar olan.

Kəsiliş boyu tağı dəyişən (sürüşən) antiklinallarla əlaqədar olan yataqların axtarışı bir qədər çətin olur. Bu şəraitdə axtarış quyularının yerini düzgün təyin etmək üçün neftli komplekslər üzrə qırışıq tağının vəziyyəti təyin edilməlidir. Bunun üçün tağları sürüşən struktur mərtəbələrin quruluşunun öyrənilməsi lazım gəlir. Üst struktur mərtəbələrin quruluşunun öyrənilməsi çətinlik törətmir. Bu məqsədlə neftli təbəqələrin əlaqədar olduğu struktur mərtəbələri öyrənmək üçün dəqiq geoloji xəritəalma və seysmik kəşfıyyat üsulları tətbiq edilir. Son zamanlar struktur mərtəbələrin uyğunsuzluq səthlərinin öyrənilməsində seysmik kəşfiyyat daha böyük əhəmiyyət kəsb edir.

Basdırılmış antiklinal qırışıqların quruluşu haqqında tam məlumat əldə etmək məqsədilə seysmik kəşfiyyat üsullarından və struktur-axtarış qazımasında istifadə edilir. Əgər gömülmüş antiklinal qırışıqlar (məsələn, Kürsəngə antiklinalı) çox dərində yerləşirsə, onları müəyyən etmək üçün mükəmməl seysmik üsullardan istifadə olunur.

Qanadları kiçik bucaq altında yatan zəif antiklinal qırışıqlar platforma əyalətləri üçün səciyyəvidir və çox nadir hallarda geosinklinal vilayətlərdə rast gəlir.



Tektonik qırılmalarla mürəkkəbləşən taglı yataqların axtarışı. Tağlı yataqların əksəri tağ hissədə qırılmalarla mürəkkəbləşir. Belə yataqlara qırılmalarla mürəkkəbləşmiş yataqlar deyilir. Bu cür qırılmaların əksəriyyəti yataqların formalaşmasından sonra baş verir. Ona görə də, belə struktur formaların tağ hissəsində su laylarına rast gəlinir. Neft və qaz yataqları isə tağətrafı zonada- qanadlarda yerləşir.

Dizyunktiv qırılmalarla mürəkkəbləşən antiklinalların tağında birinci axtarış quyusu məhsul vermədikdə hökmən digər axtarış quyuları tağətrafı zonalarda və qanadlarda qazılmalıdır. Dediklərimizə Pirallahı adasının şimalında yerləşən Darvin qırışığını misal göstərə bilərik. Belə ki, qırışığın tağ hissəsi tektonik qırılmalarla mürəkkəbləşdiyindən neft və qaz yataqları müşahidə edilmir, yəni qırılmalar yatağın dağılmasma səbəb olmuşdur. Lakin qırışığın cənub-qərb və şimal-şərq qanadlarında zəngin neft və qaz yataqları Qırməkialtı və Qırməki lay dəstələrində saxlanılmışdır.



Tektonik ekranlaşmış struktur növ yataqların axtarışı

Tektonik qirilmalar neft və qaz yataqlarının formalaşmasında əsas yer tutur. Əmələgəlmə mənşəyinə görə tektonik ekranlaşmış yataqlar bir-birindən fərqlənən iki qrupa ayrılır. Bir halda tektonik qırılmalar qaz, neft və suyun miqrasiyasından əvvəl əmələ gələrək, onların toplanması üçün ekran rolunu oynayır və belə əmələ gələn yataqlar tektonik ekranlaşmış yataqlar adlanır. Digər halda tektonik qırılmalar, əvvəl qeyd etdiyimiz kimi, yataqların formalaşmasından sonra baş verir. Onlar hidrogeoloji şəraitdən, tektonik qırılmaların amplitudundan və xarakterindən asılı olaraq əvvəl əmələgələn yataqların qorunub saxlanmasında ekran rolunu o qədər də oynaya bilmir. Belə tektonik qırılmalar neft və qaz yataqlarını ayrı-ayrı bloklara bölür və əksər hallarda yataqların dağılmasına səbəb olur. Qeyd etdiyimiz kimi, iki qrup tektonik qırılmalarm ayrılması axtarış və kəşfıyyat işlərinin effektli aparılmasına səbəb olur. Buna görə də həmin tektonik qırılmaların ayrılması axtarış və kəşfıyyat işlərinin effektli aparılmasma səbəb olur. Buna görə də həmin tektonik qırılmaların təbiəti, xarakterlərinin aydınlaşdırılması, uzanma və yatma istiqamətlərinin təyini, stratiqrafık dərinliyə getdikcə onların amplitudlarının dəyişməsi kimi məsələlərin həlli xüsusi əhəmiyyət kəsb edir. Deməli tektonik yataqların axtarışında əsas məsələlərdən biri də neft və qazın miqrasiyasının istiqamətini müəyyən etməkdir. Əgər bu iki məsələ düzgün həll edilmiş olarsa, onda tədqiq olunan sahədə axtarış və kəşfıyyat işlərinin aparılması və axtarış, quyularının yerinin seçilməsi çətinlik törətmir.



KONTAKT ƏTRAFI STRUKTUR NÖV YATAQLARIN AXTARIŞI
Belə yataqlar duz künbəzləri, diapirizm, palçıq vulkanları, maqmatik törəmələrlə əlaqədar olan qalxımlarda yerləşir. Tağ hissə isə neftlilik-qazlılıq baxımından qeyri məhsuldar hesab olunur. Çünki belə qırışıqlarda nüvə, gil, evaporit və maqmatik süxurlardan ibarət olur. Odur ki, həmin yataqların axtarışında quyular radial profillər üzrə yerləşdirilir. Çalışmaq lazımdır ki, quyular tağətrafı zonada qazılsın. Bu da mümkün olmasa maili qazmadan istifadə etmək lazımdır.
Yüklə 18,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə