Ii-mühazirə: Kimyada atom-molekul təlimi



Yüklə 229,5 Kb.
səhifə1/8
tarix29.11.2023
ölçüsü229,5 Kb.
#141306
növüMühazirə
  1   2   3   4   5   6   7   8
2muh


II-Mühazirə: Kimyada atom-molekul təlimi.
Kimyanın əsas anlayışları və stexiometrik qanunları.
Atom haqqında irəli sürülən ilk təsəvvürlərə hələ eramızdan 1000 il əvvəl Misir, Hindistan və digər şərq ölkələri filosoflarının fəlsəfi görüşlərində rast gəlmək olar. Yunan materalist filosofları Levkip, Demokrit, Epikürün fikrincə materiya gözlə görünməyən və daima hərəkətdə olan kiçik hissəciklərdən – atom-lardan təşkil olunmuşdur. (yunanca “atomos” – bölünməyən deməkdir.). Bu filosoflar ilk dəfə dünyanın ilahi qüvvə tərəfindən yaradılmaması və onun maddi vəhdəti haqqında ateistik fikir yürütmüşlər. Sonralar yunan filosoflarından Anaksaqor, Platon və xüsusilə Aristotel atomistik təlimi qəbul etmirdilər.
1647 ildə fransız filosofu Qassendi “Epikürün həyatı haqqında” kitabında qədim yunan filosoflarının atomistik təsəvvürlərini qəbul etmiş və bu təlimi inkişaf etdirərək, daha iri hissəciklərin – molekullların varlığı fikrini irəli sürmüşdür. Qassendi qeyd edirdi ki, atomlar bir-biri ilə birləşərək molekullar əmələ gətirir və bütün maddələr belə molekullardan ibarətdir.
Atomistik təlimi daha da inkişaf etdirən, atom-molekul təliminin banisi olan və müntəzəm elmi sistemə salan dahi rus alimi M.V.Lomonosov olmuşdur. O, 1741 ildə yazdığı “Riyazi kimyanın elementləri” adlı əsərində maddənin quruluşu haqqında korpuskul nəzəriyyəsini irəli sürmüş və bu nəzəriyyənin əsas müddəa-larını vermişdir. O, iddia edirdi ki, təbiətdə bütün cisimlər “korpuskullardan” (molekullardan), axırıncılarda öz növbəsində “elementlərdən” (atomlardan) ibarət-dir. Lomonosovun atom-molekul təlimi aşağıdakı müddəalardan ibarətdir:
1. Bütün maddələr molekullardan ibarətdir: molekullar daha kiçik hissəciklərdən – atomlardan təşkil olunmuşdur.
2. Atom və molekullar daim hərəkətdədir; onlar müəyyən kütlə və ölçüləri ilə xarakterizə olunur.
3. Bəsit maddələrin molekulları eyni, mürəkkəb maddələrin molekulları isə müxtəlif atomlardan ibarətdir.
Lomonosov ilk dəfə olaraq kimya elminə atom-molekul təsəvvürlərini daxil etmiş, bu təsəvvürlərə əsasən bəsit və mürəkkəb maddə haqqında fikir yürütmüşdür.
Lomonosovun atom-molekul nəzəriyyəsindən sonra kimya elmində atomistik təlimi
tətbiq edən ingilis alimi Con Dalton olmuşdur. Onun 1808 ildə yazdığı “Kimya fəlsəfəsinin yeni sistemi” adlı əsərində irəli sürdüyü atomistik nəzəriyyə görə bütün maddələr olduqca kiçik hissəciklərdən – atomlardan ibarətdir. O, qeyd edirdi ki, bəsit maddələr bəsit atomlardan, mürəkkəb maddələr isə “mürəkkəb atomlardan” ibarətdir. Daltonun fikrincə mürəkkəb atom (molekul) bəsit atomların mexaniki yığımından ibarətdir. Bununla yanaşı, Dalton bəsit maddələrin molekul şəklində mövcud olması ehtimalını rədd edirdi ki, bu da kimyanın inkişafına xeyli mane olurdu. Dalton atomların hərəkətdə olmasını da qəbul etmirdi. Onun fikrincə, yalnız maddələri qızdırdıqda atomlar hərəkət edir. Başqa sözlə, Daltonun atomistik təlimində kinetik təsəvvür yox idi.
Buna baxmayaraq, kimya elminin inkişafında Daltonun böyük xidməti ol-muşdur. O, ilk dəfə atom kütləsi anlayışını elmə daxil etmiş və elementlərin nisbi atom kütlələrini tapmağa çalışmışdır. Elementlərin kimyəvi işarələri də ilk dəfə Dalton tərəfindən təklif edilmişdir. Lakin onun bu təklifində çətinlik olduğundan 1814 ildə isveçrə alimi İ.Bertselius tərəfindən verilmiş üsul daha sadə olduğundan o qəbul edilmişdir. Bertseliusun təklifinə görə elementlərin kimyəvi işarələri onla-rın latınca (bəzən yunanca) adlarının baş hərfi, yaxud ikinci hərfi ilə göstərildi.
Atom – kimyəvi elementin bütün xassələrini özündə saxlayan ən kiçik hissəsinə atom deyilir. Müasir tərifi: “Müsbət” yüklü nüvədən və mənfi yüklü elektronlardan ibarət olan elektroneytral hissəciyə atom deyilir. Molekul – maddənin bütün kimyəvi xassələrini özündə saxlayan ən kiçik hissəsinə molekul deyilir.
Kimyanın əsas anlayışları
Kimyanın əsas anlayışları aşağıdakılardır: kimyəvi element, bəsit və mürək-kəb maddə, allotropiya, nisbi atom və nisbi molekul kütləsi, mol, molyar kütlə, kimyəvi işarə və formul, kimyəvi tənlik, valentlik, oksidləşmə dərəcəsi və s.

Yüklə 229,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə