Ii-mühazirə: Kimyada atom-molekul təlimi



Yüklə 229,5 Kb.
səhifə6/8
tarix29.11.2023
ölçüsü229,5 Kb.
#141306
növüMühazirə
1   2   3   4   5   6   7   8
2muh

Ekvivalentlər qanunu: a) Elementin ekvivalenti və ekvivalent kütləsi: Elementin kim-vi reak-da 1 mol H2-n atomu ilə birləşən və ya onu əvəz edən miqdarına elementin ekvivalenti deyilir (E). Maddənin bir ekvivalentininkütləsi onun ekvivalent kütləsi (Meq.) və ya ekvivalent molyar kütləsi adl-r. Ekvivalent vahidi mol, ekvivalent kütlə vahidi isə q/mol-dur. Məs: HCl-də, H2O-da və NH3-da 1 molH2
­-n atomu ilə müvafiq olaraq 1 mol Cl atomu, ½ mol O2-n atomu və ⅓ mol N atomu birləşmişdir. Ona
görə də ekvivalent kütlələri ↓ kimi olacaqdır.
E(Cl) = 1 mol Meq(Cl) = 1∙35,5 = 35,5 q/mol
E(Cl) = 1/2 mol Meq(O) = 1/2∙16 = 8 q/mol
E(Cl) = 1/3 mol Meq(N) = 1/3∙14 = 4,67 q/mol
Elementin ekvivalenti yalnız hidrogenə görə deyil, həm də ekvivalenti məlum olan başqa elementə görə də hesablanır. Məs: oksidlərdə oksidi əmələ gətirən elementin ½ mol (0,5 mol) oksigenlə birləşən miqdarı onun ekvivalentini göstərir. K2O və CaO –də 0,5 mol oksigenlə uyğun olaraq 1 mol K və 0,5 mol Ca birləşmişdir. Ona görə də :
E(K) = 1 mol Meq = 1∙39 = 39 q /mol
E(Ca) = 0,5 mol Meq = 0,5∙40 = 20 q /mol
Elementin molyar kütləsi (M) ilə oksidləşmə dərəcəsi (Ok.dər.) (və ya valentliyi, V) və ekvivalent kütləsi (Meq) arasında aşağıdakı kimi əlaqə var:
Meq. = və ya Meq. =
FeO və Fe2O3 –də Fe-in ekvivalent kütlələrini hesablayaq:
Meq. (Fe2+) = = = 28 q/mol
Meq. (Fe3+) = = = 18,67 q/mol
b) Turşu, əsas və duzlarla ekvivalent kütlələri: Turşuların ekvivalent kütləsi onların molyar kütləsinin turşunun əsaslığına bölünməsindən alınan qismətə bərabərdir.
Meq. (HNO3) = = q/mol = 63 q/mol
Meq. (H2SO4) = = q/mol = 49 q/mol
Əsasların ekvivalent kütləsi onların molyar kütləsinin əsasdakı hidroksid qruplarının sayına bölünməsindən alınan qismətə bərabərdir.
Meq. (NaOH) = = q/mol = 40 q/mol
Meq. (Mg(OH)2) = = q/mol = 29 q/mol
Duzların ekvivalent kütləsi onların molyar kütləsinin duzun metal atomlarının sayı ilə turşu qalıqlarının sayının vurma hasilinə olan nisbətinə bərabərdir.
Meq. (MgCl2) = = q/mol = 47,5 q/mol
Meq. (Al2(SO4)3) = = q/mol = 57 q/mol
Oksidlərin ekvivalent kütləsi onların molyar kütləsinin oksiddəki oksigen atomları sayının 2 mislinə bölünməsindən alınan qismətə bərabərdir.
Meq. (Na2O) = = q/mol = 31 q/mol
Meq. (Al2O3) = = q/mol = 17 q/mol

Yüklə 229,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə